Məhkəmə qərarları › İş №e-2(010)-2574/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2574/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2574/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ünvan 1 ünvanında yerləşən 4 saylı 2 otaqlı mənzildə sərbəst girişçıxışına (daxil olmasına) olan maneənin, müdaxilənin, eləcə də qeyd olunan mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin Cavabdeh2 və X1 qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə etdiyini bildirdi. Həmçinin işin digər mülki işlə bir icraatda birləşdirilməsi məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında işin digər mülki işlə bir icraatda birləşdirilməsi xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ e-2(010)-2574/2025) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş başqa bir mülki işlə (№ e-2(010)-1929/2025) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)- 1929/2025 nömrəli mülki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı ”mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 47, M6, m4) istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu iki işə bir icraatda baxılması məqsədəmüvafiqdir. Odur ki, bu işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki iş (№ e-2(010)- 2574/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı ”mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işlə (№ e-2(010)- 1929/2025) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki iş (№ e-2(010)-2574/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı ”mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işlə (№ e- 2(010)-1929/2025) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar