Məhkəmə qərarları › İş №e-2(010)-2586/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2586/2023

04.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2586/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İbrahım oğluna qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. X3 ilə alıcı İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, 07 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsinin ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 24 nömrəli vərəqində qeydə alınmış Çıxarışa və 07 fevral 2007-ci il tarixli 433 nömrəli arayışa əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini İddiaçı satmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində **********72 reyestr nömrəsi, ********* nömrəli qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********72 reyestr nömrəli daşınmaz əmlakın pasportundan görünür ki, Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinin planı tərtib edilmişdir. Əsas olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 01 fevral 2007-ci il tarixli, ********* nömrəli daşınmaz əmlakın dövlət reeystrindən çıxarış, Abşeron rayon 2 saylı DNK-nin 07 fevral 2007-ci il tarixli, 4Ə-2-142 nömrəli alqı-satqı müqaviləsi.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 22 fevral 2000-ci il tarixli, 01 saylı əmrlə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 4 iyul 1996-cı il tarixli 236 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün 1000 kv.m. torpaq sahəsinin Süleymanov Səfərə ayrılması qərara alınmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 22 fevral 2000-ci il tarixli protokolu.

5. 1 saylı Zeytun Sovxozu tərəfindən tərtib edilmiş aktdan görünür ki, Abşeron Rayon İHB-nin 236 saylı, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 06 saylı, 04 iyul 1999-cu il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 02 saylı, 22 fevral 2000-ci il tarixli protokoluna əsasən X2 ayrılmış torpaq sahəsi ölçülüb sərhədinə taxta nişangah qoyulduqdan sonra S.Süleymanova təhvil verilmişdir.

6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli iş üzrə qəbul etdiyi 13 iyun 2019-cu il tarixli qərarına əsasən ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar 23 iyul 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və 30 iyul 2019-cu il tarixli məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli, **********2 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarının icrası təmin edilmiş, ünvan ünvanında yerləşən 0,095 ha torpaq sahəsinə dair X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 05 noyabr 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh və İddiaçı üçüncü şəxs qismində cəlb edilmişdir. ünvan nun ərazisində yeləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ləğv edilmişdir.

9. Həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-585 saylı, 10 may 2019cu il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 29 noyabr 1999-cu il tarixli, 08 saylı əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamının 8-ci bəndinə əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün 1000 kv.metr torpaq sahəsi Cavabdeh ayrılmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokolu.

10. 1 saylı Zeytun sovxozunun 08 saylı, 29 noyabr 1999-cu il tarixli əmrindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində sovxoza məxsus ərazidə yerləşən fərdi ev tikmək üçün Cavabdeh 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokolu.

11. 1 saylı Zeytun Sovxozu tərəfindən tərtib edilmiş aktdan görünür ki, Abşeron Rayon İHB-nin 236 saylı, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli sərəncamına əsasən Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokoluna əsasən Cavabdeh ayrılmış torpaq sahəsi ölçülüb sərhədinə taxta nişangah qoyulduqdan sonra Cavabdeh təhvil verilmişdir.

12. 2 saylı Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı məktubuna əsasən Cavabdeh iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X2 məxsus olan ünvan nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşübdüşməməsinin, düşdüyü təqdirdə naturada yeri göstərilməklə buna dair rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, **********55 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Torpaq sahəsi naturada 950 kv.metr olmaqla təqdim olunmuş plan-ölçüdə qeyd olunan koordinat nöqtələri ilə tam olaraq üst-üstə düşür. Sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən **********20 reyestr nömrəsi ilə X4 mülkiyyətindədir. Cavabdeh tərəfindən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədin göstərilən sahəyə aid olub-olmaması məlum deyildir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2020-ci il tarixli, **********60 saylı məktubdan görünür ki, torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı əsasında X1 adına **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi sonradan Bakı şəhəri 24 saylı DNK-nun 209 saylı, 28 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. Bundan əlavə müraciətə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********72 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları da eyni ilə həmin sahəyə aiddir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli, **********75 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarına əsasən X1 adına qeydiyyata alınmış ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə İddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən yerli baxış zamanı göstərdiyi sahə eynlik təşkil etməklə üst-üstə düşür.

16. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92 saylı, 16 avqust 2021-ci il tarixli məktubdan görünür ki, X4 adına çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə müraciətə baxılmış və bildirilmişdir ki, ünvan ünvanında yerləşən 0,095 ha torpaq sahəsinin X4 adına qeydiyyata alınmasına əsas olmuş 24 saylı DNK-nın 4Ə-209 reyestr nömrəli xx.xx.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsi idarənin arxivində saxlanılmamışdır.

17. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 563515 saylı Çıxarışdan görünür ki, ünvan ərazisində yerləşən 0,095 ha torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 899 nömrəli reyestr kitabının 85210 nömrəli vərəqində **********20 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 09 sentyabr 2019cu il tarixdə qeydiyyata alınmışdır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh, İddiaçı və X8 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iddianın rədd edilməsi qərara alınmışdır.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-18/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X5, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X4 cavabdehlər X6 və X7 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Cavabdeh, X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və cavabdeh X5 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiaçı Cavabdeh iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, eyni tarixli və saylı qərardadla X4 cavabdehlər X6 və X7 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6338/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X5, İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) «torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X4 cavabdehlər X6 və X7 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Cavabdeh, X5 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sərəncamın və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-18/2022 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İşin faktiki halları

21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İddia tələbi

22. İddiaçı Cavabdeh İbrahım oğluna qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

24. Cavabdeh İbrahım oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

25. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bu mübahisə 3 ildir ki, davam edir. xx.xx.2007-ci il tarixli çıxarışa əsasən mübahisələndirilən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bununla əlaqəli mülki işlər olub və iddiaçının xeyrinə qəbul olunmuş qətnamələr mövcuddur. Həmin qətnamələrdən apellyasiya şikayəti verilsə də, təmin edilməmiş, qətnamələr qüvvədə qalmış, kassasiya şikayəti isə verilməmiş və qanuni qüvvəsini almışdır. Həmçinin, həmin iş üzrə ekspertizalar təyin edilmiş və torpağın iddiaçıya məxsus olduğu öz təsdiqini tapmışdır. İddiaçı hazırda mülkiyyətinin müdafiəsi və cavabdehin mülkiyyətindəki torpaq sahəsi və tikilidən qanuni yolla çıxarılmasını istəyir. Cavabdeh isə keçmişdən həmin torpaq sahəsinin onların ata-babalarına məxsus olduğunu və həmin torpaq sahəsindən çıxmaq qarşılığında onlara pul verilməsini istəyir. Halbuki, həmin torpaq sahəsində hasarı iddiaçı tikib, darvaza qoyub, balaca tikili tikib, cavabdeh isə darvazanı qıraraq oranı zəbt edib yaşayır və çıxmayacaqlarını bildirir. Hazırda cavabdehin iki iddia ərizəsilə birlikdə inzibati məhkəməyə müraciət etməsi mülki işin lüzumsuz yerə uzadılması üçün edilmiş hərəkətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də cavabdehin iddiasını qəbul etmir və torpaq sahəsinin qanuni çıxarış əsasında İddiaçı məxsus olmasını bildirir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239. Torpaq sahəsinə buraxılma 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarı.

Öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

32. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

33. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi ilə bağlı əvvəllər mübahisələr olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə Cavabdeh iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X2 məxsus olan ünvan nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuş və iddia rədd edilmişdir.

34. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadstrı və ünvan reyestr xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********54 nömrəli mütəxəssis rəyindən görünür ki, X4 mülkiyyətində olan ünvan ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşür, "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edilmişdir ki, X4 mülkiyyətində olan ünvan ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən Cavabdeh ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən Cavabdeh ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

35. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/4194 nömrəli digər ekspertiza rəyindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşdüyü müəyyən olunur, “Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edildi ki, X4 mülkiyyətində olan ünvan ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən Cavabdeh ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmək sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə, göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X2 ayrılmış 1000 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən Cavabdeh ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

36. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X10 07 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini İddiaçı satmış və qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən də İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

37. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları qalmamışdır və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsində və tikilidə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və torpaq sahəsindən çıxmaqdan imtina etməsi iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, cavabdehin mübahisəli torpaq sahəsindən və tikilidən çıxmaması mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan “öz istədiyi kimi” istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh İbrahım oğlundan İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

40. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi və tikili boşaldılaraq İddiaçı təhvil verilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi və tikili boşaldılaraq İddiaçı təhvil verilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar