Məhkəmə qərarları › İş №e-2(010)-2623/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2623/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2623/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabeh Cavabdeh çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması, eyin zamanda həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır, lakin hazırda mülkiyyətindən istifadə edə bilmir. Belə ki, cavabdeh şəxs qeyd edilən mənzili tərk etmir və bütün mənzildə yerləşən əmlaklar hazırda oradadır. İddiaçı dəfələrlə müraciət etsə də müraciəti cavabsız qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, Konstitusiyanın 13-cü maddəsinə əsasən ev onların mülkiyyətindədir və onların mülkiyyəti toxunulmazdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 1089, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.15 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla İddiaçı hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla İddiaçı adına xx.xx.2025-ci il tarixində qeydiyyata alınmışdır. Sorğu edilmiş notariat işində olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 1089, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.15 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla Cavabdeh hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla Cavabdeh adına xx.xx.2025-ci il tarixində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-369 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 1 Yeni qaydalarla: AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzili 72000 manata satdı, alıcı İddiaçı isə həmin qiymətə aldı. Həmin Müqavilənin 13-cü bəndinə əsasən, satıcı Cavabdeh xx.xx.2025-ci il tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş, **********18-05101-093117 reyestr nömrəli çıxarışa əsasən, aim Cavabdeh məxsus olan BAKİ ŞƏHƏRİ, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15a, mənzil 17 Yeni qaydalarla: AZ 1089, ünvan 3 ünvanında yerləşən Ümumi sahəsi 54.15 kv.m. olan mənzilin satılmasına, bağışlanmasına, ipotekaya (girova) qoyulmasına etiraz etmir. Eyni zamanda, bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə əmlakı tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixindən qeydiyyatdadır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.... 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkətietməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 34. Yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən istifadə qaydalarını pozan şəxsin yaşayış sahəsindən çıxarılması 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli 4Ə-369 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nə əsasən, Cavabdeh məxsus ünvan 1 Yeni qaydalarla: AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzil 72000 manata İddiaçı satılmışdır. Həmin məbləğ İddiaçı tərəfindən ödənilmiş, mənzil, dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı adına qeydiyyata alınmışdır. Müqavilənin etibarsız hesab edilməsi üçün əsas mövcud deyil. Hazırda iddia tələbi – iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması, eyni zamanda həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsindən ibarətdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, öz etiraz və ona əsaslanan dəlillərini məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, İddiaçı və Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə satıcının daşınmaz əşyanı alıcıya təhvil verməsi (mülkiyyətinə verməsi), alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, sözügedən mənzilin dəyərini ödəmiş, lakin Cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmiş, mənzili alqı-satqı müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçıya faktiki təhvil verməmişdir. Belə ki, cavabdeh mənzili müqavilə ilə müəyyən edilmiş müddət ərzində iddiaçıya təhvil verməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, mənzil hazırda iddiaçının mülkiyyətində olduğundan, eləcə də cavabdehin iddiaçıya aid mənzilə hüquqlarının olduğunu göstərən hallar mövcud olmadığına görə o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh mübahisəli mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırdıqdan, həmçinin məhkəmə iclaslarında iştirak edərək iddia tələbinə öz etirazlarını bildirmədikdən, cavabdehin və onun əşyalarının mənzildə olduğu ehtimal edilir və bu səbəbdən, cavabdeh və ona məxsus əşyalar həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, daha sonra isə mənzil mülkiyyətçiyə təhvil verilərək, mənzilə müdaxilə cavabdehə qadağan edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılmalı, qeyd edilən mənzilə müdaxilə cavabdehə qadağan edilməli, cavabdehə məxsus olan əşyalar mənzildən çıxarılmalı, eyni zamanda həmin mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılsın, qeyd edilən mənzilə müdaxilə cavabdehə qadağan edilsin, cavabdehə məxsus olan əşyalar mənzildən çıxarılsın, eyin zamanda həmin mənzil boşaldılsın və iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar