Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2708/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) ilə 1277,29 manat pulun və 32,78 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1310,07 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 2708/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 12/6901 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01080nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin ödənilməmiş 2021-ci ilin sentyabr ayı üzrə qalıq 78 manat sərfiyyat borcu, 2021-ci ilin oktyabr-dekabr ayları üzrə 236,20 manat sərfiyyat borcu və limitdən əlavə 22,15 manat sərfiyyat bocu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 438,52 manat sərfiyyat borcu və limitdən əlavə 38,23 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar dekabr ayları üzrə 391,56 manat sərfiyyat borcu və limitdən əlavə 9,04 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 446,85 manat sərfiyyat borcu və limitdən əlavə 25,15 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar ayı üzrə 89,26 manat sərfiyyat borcu, cəmi 1774,96 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin oktyabr ayından 2025-ci ilin fevral ayına qədər cavabdeh 497,67 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1277,29 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh İddiaçınə olan borcu 2021-2025ci illər aralığında yaranmışdır. Hazırda cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli olduğu borc məbləği, 1277,29 manat sərfiyyat borcu təşkil etməkdədir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
6. xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh məxsus evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
7. İddiaçı tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh yaşadığı mənzil üzrə sayğac göstəricilərinə əsasən qaz sərfiyyatına görə borcu 1277,29 manat təşkil edir.
İşin faktiki halları.
8. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 12/6901 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehin ödənilməmiş 2021ci ilin sentyabr ayı üzrə qalıq 78 manat sərfiyyat borcu, 2021-ci ilin oktyabr-dekabr ayları üzrə 236,20 manat sərfiyyat borcu və limitdən əlavə 22,15 manat sərfiyyat bocu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 438,52 manat sərfiyyat borcu və limitdən əlavə 38,23 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar dekabr ayları üzrə 391,56 manat sərfiyyat borcu və limitdən əlavə 9,04 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 446,85 manat sərfiyyat borcu və limitdən əlavə 25,15 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar ayı üzrə 89,26 manat sərfiyyat borcu, cəmi 1774,96 manat sərfiyyat borcu qalmışdır. 2021ci ilin oktyabr ayından 2025-ci ilin fevral ayına qədər cavabdeh 497,67 manat ödəniş etmişdir. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, abonentin saldosu üzrə ümumi 1277,29 manat təşkil edir. “
9.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.[50]
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
4. X1 və İstismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.https://eqanun.az/framework/21691 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
12. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 12/6901 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehin ödənilməmiş 2021-ci ilin sentyabr ayı üzrə qalıq 78 manat sərfiyyat borcu, 2021-ci ilin oktyabr-dekabr ayları üzrə 236,20 manat sərfiyyat borcu və limitdən əlavə 22,15 manat sərfiyyat bocu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 438,52 manat sərfiyyat borcu və limitdən əlavə 38,23 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar dekabr ayları üzrə 391,56 manat sərfiyyat borcu və limitdən əlavə 9,04 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 446,85 manat sərfiyyat borcu və limitdən əlavə 25,15 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar ayı üzrə 89,26 manat sərfiyyat borcu, cəmi 1774,96 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin oktyabr ayından 2025-ci ilin fevral ayına qədər cavabdeh 497,67 manat ödəniş etmişdir. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği abonentin saldosu üzrə ümumi 1277,29 manat təşkil edir. “
16. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. 17.Göründüyü kimi tərəflər arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh məxsus evi keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür.
18. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
19. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
20. Göründüyü kimi iddiaçı cavabdehin müqavilə əsasında təbii qazdan istifadə etdiyini, qazın istehlakı nəticəsində borcun yaranmasını qeyd etmiş və bununla bağlı abonent saldosunu təqdim etmişdir. Abonent saldosundan görünür ki, cavabdeh tərəf 2021-ci ilin oktyabr ayından 2025-ci ilin mart ayına kimi cəmi 497,67 manat ödəniş etmiş və istehlakçı təbii qazdan istifadə etməsi ilə bağlı yaranmış borcun qalan hissəsini İddiaçınə ödəməmişdir.
21. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən təbii qazdan istifadə nəticəsində yaranmış borcun tələb edilməsi ilə bağlı iddia tələbi əsaslıdır. Odur ki, iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
23. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1277,29 manat pul vəsaiti və 32,78 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir. 25.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh(abonent **********01080) təbii qazdan istifadəyə görə yaranmış 1277,29 (bir min iki yüz yetmiş yeddi manat, iyirmi doqquz qəpik) manat pul vəsaiti və 32,78 (otuz iki manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova