Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2755/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 293291,84 manat dəymiş ziyanın, auditora ödənilmiş 1000 manatın, vəkil üçün ödənilmiş 1390 manat xidmət haqqının, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət üçün ödənilmiş 490 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun, 50 manat mediassiya, ümumilikdə 296271,84 manat pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 192371,84 manat dəymiş ziyanın, auditora ödənilmiş 1000 manatın, vəkil üçün ödənilmiş 1390 manat xidmət haqqının, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət üçün ödənilmiş 490 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun, 50 manat mediasiya, ümumilikdə 194281,84 manat pulun cavabdeh X3 tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirmişdir ki, Cavabdeh İddiaçı MMC-nin Kürdəmir regional üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. O İddiaçı MMC-də maddi məsul şəxs olmuşdur. Cavabdeh İddiaçı MMC-nin küllü miqdar təşkil edən pulunu mənimsəmişdir. Bu fakt müstəqil auditor hesabatı ilə təsdiq olunur. Belə ki, Cavabdeh fəaliyyətində müəyyən şübhəli məqamlar olduğu üçün onun fəaliyyətinin yoxlanılması məqsədilə müstəqil auditor cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatında qeyd edilir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə vururmuş zərərin miqdarının, çatışmazlığın 310791,84 manat olduğu aktda öz təsdiqini tapır. Eyni zamanda bildiririk ki, cavabdeh iddiaçının əmək müqaviləsi üzrə işçisi olmaqla maddi məsul şəxs olmuşdur. Ona görə mediasiya haqqında qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesinin keçirilməsi ilə bağlı təkliflərində iştirak etmədiyi üçün müvafiq mediasiya orqanı tərəfindən arayış təqdim edilmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh İddiaçı MMC-yə vurduğu zərərin qalan borc məbləği 293291,84 manatdır. Göründüyü kimi, cavabdehin fəaliyyəti nəticəsində İddiaçı MMC-yə ziyan dəymiş, cavabdeh həmin ziyanın ödənilməsi ilə bağlı öhdəliklərini də dəfələrlə tələb edilməsinə baxmayaraq icra etməmişdir. Hal-hazırda dəymiş zərərin bir hissəsi cavabdeh tərəfindən ödənilmiş və dəymiş zərər 1922371.84 manat təşkil edir. Bundan əlavə 1000 manat auditora ödənilmiş, 1390 manat vəkilə ödənilmiş xidmət haqqı, 490 manat ödənilmiş dövlət rüsumu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin tutulmasını və qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 27 ildir ki, İddiaçı MMC-də satış təmsilçisi kimi işləmiş və qida məhsullarını satmışdır. Hətta həmin şirkətin direktoru vəzifəsində də işləmişdir. İddiaçı MMC şirkəti onu şirkətə təhvil verilməmiş pul vəsaitlərini yığması məqsədilə göndərmişdir. Lakin həmin dövrdə həm pandemiya başlamış, həm də müharibə başladığından dükanlardan bəziləri partladılmışdır. İddiaçı MMC-yə 2021-ci ilin sentyabr ayında yeni rəhbər təyin olunmuş və Kürdəmir nümayəndəliyi ləğv olunmuşdur. 34000 manatlıq mallar şirkətin anbarında qalmışdır. 2021-ci ilin dekabr ayında şirkətin baş mühasibi onu çağıraraq 4456486,56 manatlıq dövriyyələri olması barədə məlumat vermiş və başqa problemləri olmamasını bildirmişdir. Şirkətin baş mühasibi ona cəmi 175000 manat borcları olmasını bildirmiş və may ayında 44000 manat pul yığılaraq təhvil verilmişdir.Qalan 132000 manat pulun onun tərəfindən qaytarılmasını tələb etmişlər. Onun tərəfindən keçən dövr ərzində 102000 manat pul ödənilmişdir. O şirkətdə aparılmış audit yoxlaması ilə razı deyildir. Cəmi olaraq 19000-20000 manat borc qaldığını bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 avqust 2018-ci il tarixli aktın surətində qeyd edilir: “Biz, aşağıda imza edənlər, İddiaçı MMC-nin kassiri X1 və baş anbardarı X2, İddiaçı MMC-nin “Kürdəmir” rayon (şəhər) üzrə satış təmsilçisi vəzifəsində işləyən maddi məsul şəxs olan X8 bu aktı tərtib və təsdiq edirik ondan ötəri ki, 14 avqust 2018-ci il tarixdə aparılmış anbar qalığı və pul vəsaitinin üzləşməsi zamanı müəyyən edildi ki, 14 avqust 2018-ci il tarixə Kürdəmir rayon (şəhər) üzrə satış təmsilçisi X4 öhdəliyində İddiaçı MMC-yə məxsus 300.000 manat dəyərində mal qalığı və 308.201,11 manat dəyərində nəğd pul vəsaiti vardır”. İş materiallarından göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş müstəqil auditorun hesabatından görünür ki, İddiaçı MMC-də satış təmsilçisi vəzifəsindən çalışan (Kürdəmir bölgəsi üzrə) X8 ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixə son haqq hesab (borc məbləği) aparılmışdır və həmin borc ilə bağlı aşağıdakılar müəyyən edilmişdir: Tərəflər arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli Akta əsasən X4 öhdəliyində İddiaçı MMC-yə məxsus 300.000,00 manat dəyərində mal qalığı və 308.201,11 manat nəğd pul vəsaiti olmaqla cəmi 608.201,11 manat borc olmuşdur; xx.xx.2018-ci il tarixdən sonrakı dövrlər ərzində aşağıdakı əməliyyatlar baş vermişdir: -İddiaçı MMC tərəfindən X5 cəmi 4.712.752,31 manat məbləğində mal təhvil verilmişdir.- X8 tərəfindən İddiaçı MMC-yə 4.428.632,00 manat nəğd şəkildə, 253.198,55 manat bank hesabı vasitəsilə ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən X5 308.893,66 manat ödəmədən endirim edilmişdir. - İddiaçı MMC tərəfindən X5 19.437,37 manat debitor borc təhvil alınmışdır. Yekun olaraq xx.xx.2022-ci il tarixə X4 İddiaçı MMC-yə cəmi 310.791,84 manat borcu vardır. Aktda İddiaçı MMC ilə X8 arasında hesablaşmaların araşdırılması məqsədilə X8 dəfələrlə şirkətə dəvət olunmağı qeyd olunmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X5 teleqram göndərilərək xx.xx.2022-ci il tarixdə saat 10:00-da İddiaçı MMC-nin Abşeron rayon Məmmədli kəndində yerləşən inzibati binasına dəvət edildiyi, X8 məlumatı almasına baxmayaraq qeyd edilən tarixdə və ondan sonra da şirkətə yaxınlaşmadığı bildirilmişdir. Göstərilən səbəbdən akt onun iştirakı olmadan tərtib edilmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən, X4 ünvanına (Bakı şəhəri, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 548) İddiaçı MMC–nin müraciəti əsasında aparılan audit araşdırmasında iştirak etmək üçün teleqram (№ AZ1000/**********, xx.xx.2022-ci il) göndərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən Kürdəmir bölgə təmsilçiliyi tərəfindən İddiaçı MMC-yə vurulmuş zərərin miqdarının, çatışmazlığın 310.791,84 manat olması ehtimal olunur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə üzrə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İstinad edilən maddələrin məzmunundan görünür ki, zərərin əvəzi zərərvuran şəxs tərəfindən ödənilməlidir, belə ki, işçi öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamışdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə ərzində cəmiyyətə 293291,84 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh İddiaçı MMC ilə xx.xx.2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə imzalamış və sonradan 99010 manat məbləğində borcu cəmiyyətin kassasına ödəmişdir. Qalan məbləğ 192371.84 manat cavabdeh tərəfindən ödənilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, 192371.84 manat məbləğində İddiaçı MMC-yə borclu olduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 192371.84 manat məbləğində pul vəsaiti və 490 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə hesab edir ki, bundan əlavə 1000 manat auditora ödənilmiş, 1290 manat vəkilə ödənilmiş xidmət haqqı, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 192371,84 (yüz doxsan iki min üç yüz yetmiş bir manat, səksən dörd qəpik) manat məbləğində maddi zərər və 490 (dörd yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Məhkəmə xərci - 1000 (bir min) manat auditor xərci, 1290 (bir min iki yüz doxsan) manat vəkilə ödənilmiş xidmət haqqı, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2755/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2755/2022
05.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver