Məhkəmə qərarları › İş №e-2(010)-281/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-281/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-281/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı medasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazisi üzrə təyin edilmiş təhsil haqqı və aylıq xərc məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazışinin 2 və 4-cü bəndlərinin qanunvericliyin yuxarıdakı tələblərinə zidd olduğunu nəzərə alaraq bu bəndlərin etibarsız hesab edilməsi, xx.xx.2007ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqının ödənilməsindən, habelə İddiaçı övladlarına ödədiyi aylıq 500 (beş yüz) manat aylıq xərcin hər ayın 1-dən 5-dək X2 bank hesabına ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil daha sonra iddia ərizəsinə əlavə verərək xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqının ödənilməsinin azaldılaraq hər uşağa görə 500 manat və əlavə xərcin isə 300 manatadək müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında qarşılıqlı razılığa əsasən mediasiya prosesi gedişində barışıq sazişi imzalanmış və həmin barışıq sazisinin 2-ci bəndinə görə İddiaçı uşaqların təhsili bitənə kimi təhsil haqqı olaraq hər ay hər uşağa görə 1000 manat olmaqla, umumilikdə 2000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı hər ay 500 manat aylıq xərcin də uşaqlara görə ödənilməsinə razılaşmışdır. Bu razılaşmadan sonra digər tərəf Rzayeva Aysel ünvan 1 ünvanda olan mənzildə övladına bağışladığı 1/2 hissə pay huququndan istifadə edərək mənzilin qalan hissəsinə pay hüququndan istifadə etmək uçun onu evə buraxmamışdır. İddiaçı bu mənzili kirayə verərək oradan əldə edilən pulu təhsil haqqına yonəltmək istəsə də, qarşı tərəf buna imkan verməyərək mənzili zəbt etdiyindən təhsil haqqını ödəməyə imkanı olmamışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişi şərtindən görünür ki, bu sazişin (müqavilənin) 2-ci bəndində qeyd edilən təhsil haqqı barədə razılaşma aşağıda qeyd edilənlərə əsasən qanunun tələblərinə ziddir: Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddənin tələbindən göründüyü kimi“ valideynlərin əlavə xərclərə cəlb edılməsi yalnız "müstəsna hallarda" (xəstəlik, əmək qabiliyyəti olmayan və s) hallarda mümkündür. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsa da, hazırda iddia tərəfinin hüquqlarını pozur. Belə ki, yaranmış hazırkı vəziyyətdə iddiaçının həmin məbləği ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay hər uşağa 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqının ödənilməsinin azaldılaraq hər ay hər uşağa görə 500 manat və əlavə xərcin isə 300 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında qarşılıqlı razılığa əsasən mediasiya prosesi gedişində barışıq sazişi imzalanmış və həmin barışıq sazisinin 2-ci bəndinə görə İddiaçı uşaqların təhsili bitənə kimi təhsil haqqı olaraq hər ay hər uşağa görə 1000 manat olmaqla, umumilikdə 2000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı hər ay 500 manat aylıq xərcin də uşaqlara görə ödənilməsinə razılaşmışdır. Bu razılaşmadan sonra digər tərəf Rzayeva Aysel ünvan 1 ünvanda olan mənzildə övladına bağışladığı 1/2 hissə pay huququndan istifadə edərək mənzilin qalan hissəsinə pay hüququndan istifadə etmək uçun onu evə buraxmamışdır. Bununla bağlı hazırda iddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Onlar arasında olan şifahi razılaşmaya əsasən iddiaçı həmin mənzili kirayə verməli idi, lakin bu barədə barışıq sazişində qeyd aparılmamışdır. İddiaçı bu mənzili kirayə verərək oradan əldə edilən pulu təhsil haqqına yonəltmək istəsə də, qarşı tərəf buna imkan verməyərək mənzili zəbt etdiyindən təhsil haqqını ödəməyə imkanı olmamışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişi şərtindən görünür ki, bu sazişin (müqavilənin) 2-ci bəndində qeyd edilən təhsil haqqı barədə razılaşma aşağıda qeyd edilənlərə əsasən qanunun tələblərinə ziddir: Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddənin tələbindən göründüyü kimi “ valideynlərin əlavə xərclərə cəlb edılməsi yalnız "müstəsna hallarda" (xəstəlik, əmək qabiliyyəti olmayan və s) hallarda mümkündür. Hazırkı barışı sazişi məhkəmə tərəfindən təsdiq olunsa da, hazırda iddia tərəfinin hüquqlarını pozur. Belə ki, yaranmış hazırkı vəziyyətdə iddiaçının həmin məbləği ödəməyə imkanı yoxdur. Tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı hal-hazırda hər iki uşaq üçün cavabdehə 1000 manat məbləğində pul ödəyir. Bundan əlavə iş materiallarından da görünür ki, iddiaçının özü 270 manat əmək haqqı aldığı halda, cavabdeh isə 1000 manatdan cox əmək haqqı alır. Qeyd olunanlara əsasən xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay hər uşağa 1000 (min) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat tutulmalı olan təhsil haqqı azaldılaraq hər ay hər uşağa görə 500 manat, cəmi 1000 manat və əlavə xərcin isə 300 manatadək müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması qət edilmişdir.

7. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması, atanın uşaqlarla ünsiyyəti, uşaqlar orta məktəbi bitirənədək atanın hər ay hər uşağa görə 1000 manat təhsil xərci, əlavə olaraq 500 manat aylıq xərc üçün pul ödəməsi barədə qarşılıqlı razılığa gəlmişlər. 8.Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək Rzayeva (Rəhmanova) Aysel Frunze qızı və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilmişdir: 1. Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü Rəhmanov Rafael və xx.xx.2009-cu il təvəllüdlü X5 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla ümumilikdə 2000 manat təhsil haqqı ödəyəcək.

9. İddiaçı övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1-dən 5-dək X4 bank hesabına ödəyəcək”.

10. Əmək müqaviləsi məlumatından müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də baş direktor işləyir və aylıq 270 manat əmək haqqı alır. 11.Əmək müqaviləsi məlumatından müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də müəllim vəzifəsində çalışır və aylıq 1020 manatdan əmək haqqı alır.

İşin faktiki halları.

12. Cavabdeh və İddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar.

13. Tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşdur.

14. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması, atanın uşaqlarla ünsiyyəti, uşaqlar orta məktəbi bitirənədək atanın hər ay hər uşağa görə 1000 manat təhsil xərci, əlavə olaraq 500 manat aylıq xərc üçün pul ödəməsi barədə qarşılıqlı razılığa gəlmişlər.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1568/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş hər iki uşağın ananın yanında qalması qət edilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarı. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və bu uşaqlar hazırda cavabdehin yanında qalırlar.

23. İddia tələbindən görünür ki, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması, atanın uşaqlarla ünsiyyəti, uşaqlar orta məktəbi bitirənədək atanın hər ay hər uşağa görə 1000 manat təhsil xərci, əlavə olaraq 500 manat aylıq xərc üçün pul ödəməsi barədə qarşılıqlı razılığa gəlmişlər.

24. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4037/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan barışıq sazişi təsdiq olunmuşdur. Həmin məhkəmə baxışı zamanı hazırkı İddiaçı ərizəni qəbul etməyərək bildirmişdir ki, barışıq sazişi bağlanarkən ərizəçi ilə aralarında razılaşmışlar ki, iki mənzilindən birini kirayə verib kirayə haqqını uşaqların təhsilinə xərcləsinlər, digər mənzildə isə ərizəçi ilə birlikdə yaşasınlar. Lakin nikah pozulduqdan sonra evə qayıtdıqda ərizəçi 102 qaynar xəttinə zəng edərək onu şikayət etmişdir. Bu hadisədən sonra məcbur olub evdən çıxmış və kirayə ev tutaraq orada yaşamağa başlamışdır. Bu vəziyyətdə sazişin icra edilməsinin mümkün olmamasını və məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir.

25. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMC-də baş direktor işləməklə hər ay 270 manat əmək haqqı alır və Cavabdeh "xxxx" MMC-də müəllim vəzifəsində çalışmaqla hər ay 1020 manatdan əmək haqqı alır.

26. Məhkəmə hesab edir ki, valideynlər uşaqların təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. hüquqlara malikdirlər. O cümlədən valideynlər uşaqların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək, həmçinin təhsilin ödənişli olub-olmamasını müəyyən etmək kimi hüquqlara malikdirlər.

27. Tərəflər arasında barışıq sazişi bağlansa da, hazırda iddiaçı barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği mübahisələndirir və tam olaraq ödəmək qabiliyyətində olmadığını bildirir və həmin məbləği kirayə veriləcək mənzil əsasında əldə edəcəyini zənn edərək barışıq sazişini imzaladığını qeyd edir.

28. Məhkəmə uşaqların saxlanılması ilə bağlı məsələlərdə yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin nəzərə alınmalı olduğunu və hər ay 270 manat əmək haqqı alan iddiaçının hər ay 2500 manat pul vəsaiti ödəməsini ağlabatan hesab etmir.

29. İddiaçı özünün işlədiyini, lakin gəlirinin az olduğunu və cavabdehin isə rəsmi olaraq işlədiyini və onun maddi vəziyyətinin qənaətbəxş olmasını bildirir.

30. Bundan başqa iddiaçı barışıq sazişi üzrə müəyyən edilmiş məbləğdən tamamilə imtina etmir və həmin məbləğin ağlabatan miqdarda azaldılmasını xahiş edir. Bundan əlavə iddiaçının özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında medasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazisi üzrə təyin edilmiş təhsil haqqı xərci və aylıq xərc məbləği azaldılmalı və İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirinədək İddiaçı 2000 manat təhsil haqqının azaldılaraq hər ay hər uşağa görə 500(beş yüz) manat və 500 manat əlavə xərc azaldılaraq hər ay iki uşağa görə 300(üç yüz) manat müəyyən edilərək Cavabdeh xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisi üzrə ödənilməsi nəzərdə tutulmuş 2000 (iki min) manat təhsil haqqı və 500 (beş yüz) manat aylıq xərc məbləği azaldıllsın. xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisinin 2-ci bəndində: “Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla, ümumilikdə 2000 (iki min) manat təhsil haqqı ödəyəcək” kimi qeyd olunan məbləğ azaldılaraq hər ay hər uşağa görə 500 (beş yüz) manat, cəmi 1000 (min) manat müəyyən edilərək Cavabdeh xeyrinə ödənilsin. xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisinin 4-cü bəndində: “İddiaçı övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1-dən 5-dək X4 bank hesabına ödənilsin” kimi qeyd olunan aylıq xərc azaldılaraq, cəmi 300 (üç yüz) manat müəyyən edilərək Cavabdeh xeyrinə ödənilsin. Təhsil haqqı xərcinin və aylıq xərcin azaldılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar