Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2928/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Ərizəçi cavabdehlər SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X* Xidmətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdehlər SOCAR-ın Nəqliyyat İdarəsinin 6 syalı Texnoloji Nəqliyyat Departamentinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X* Xidmətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də, iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası MPM-nin tələblərinə, yəni iddia ərizəsinin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etmədən, cavabdehlər SOCAR-ın Nəqliyyat İdarəsinin 6 syalı Texnoloji Nəqliyyat Departamentinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X* Xidmətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.*0.*0**-ci il tarixdə X* ilə baş verniş bədbəxt hadisə faktının müəyyən olunması, həmin tarixdə baş vermiş hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehlər SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “bədbəxt hadisə faktının müəyyən olunması” tələbini cavabdeh SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı yönəltmiş, amma dövlət rüsumunun ödənilməsi haqqında sənədi məhkəməyə təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.*.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin, iddiaçının iddia tələbinin mahiyyəti əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlı deyildir. Azərbaycan Respublikası MPM-nin *5*.*.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı, həmçinin, istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinin üzərinə də qoyulması tələbini irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, bu tələblə bağlı iddia ərizələri inzibati mübahisələrə dair işlərə aid olduğundan onun məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Həmçinin, qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Əgər iddiaçının tələbi müvafiq faktla bağlıdırsa, o, qanunvericilikdə müəyyənləşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin *5*.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5*, *63, *67, *68-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdehlər SOCAR-ın Nəqliyyat İdarəsinin 6 syalı Texnoloji Nəqliyyat Departamentinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X* Xidmətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan *0 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2928/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2928/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver