Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2940/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı uşağın atanın yanında qalması tələbinə dair Göyçay Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2011-ci il tarixdə doğulmuş Abbas cavabdehin himayəsinə verilmişdir. Buna baxmayaraq, oğlu ilə mütəmadi görüşmüş, Bakı şəhərinə gedərək birlikdə vaxt keçirmiş, yay tətillərində uşağı Göyçay şəhərinə gətirmişdir. 2024-cü ilin iyun ayında yay tətilində dincəlmək üçün Göyçay şəhərinə gələn oğlu Abbas geri qayıtmaq istəmədiyini, onun yanında yaşamaq istədiyini bildirmişdir. Cavabdeh ilə uşağın onun yanında qalması barədə razılaşa bilməmiş və cavabdeh uşaq tələbi mübahisəsi ilə mediasiya sessiyasının keçirilməsi üçün ona təklif göndərmişdir. Uşağın iradəsinə zidd olduğu üçün cavabdehin təklifinə razılıq verməmişdir. xx.xx.2024-cü il tarixdə Göyçay şəhərində cavabdehin uşaq tələbi üzrə mediasiya sessiyası keçirilərkən oğlu Abbas açıq-aşkar surətdə onunla qalmaq istədiyini bildirmişdir. Həmin vaxtdan 2 aydan çox müddət keçsə də, cavabdeh uşaq tələbi ilə məhkəməyə müraciət etməmiş, bununla yanaşı Elm və Təhsil Nazirliyinə şikayət edərək sənədləri geri alıb oğlunun Göyçay şəhər 9 saylı orta məktəbə köçürülməsini ləğv etmişdir. Yeni tədris ili başlayandan bu vaxta kimi oğlunun Göyçay rayonunda orta təhsil alması üçün çalışsa da, uşaq rəsmi olaraq anasının himayəsinə verildiyi və sonuncu, uşağın Göyçay rayonundakı məktəbə köçürülməsinə etiraz etdiyi üçün Göyçay rayonunda orta məktəbə yerdəyişməsi mümkün olmamış, müxtəlif orqanlara və vəzifəli şəxslərə etdiyi müraciətlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi oğlunun onun yanında saxlanılması ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra müraciətinin istəyinə uyğun olaraq müsbət həll oluna biləcəyi barədə cavab vermişdir. Cavabdehin hərəkətləri nəticəsində oğlunun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi ilə nəzərdə tutulan təhsil hüquqları pozulur. Oğlunun onun yanında yaşadığı müddətdə cavabdeh uşağın saxlanılması üçün ona maddi köməklik göstərməmişdir. Halbuki, pedaqoq olan və “İdrak” kursunda dərs deyən cavabdehin maddi imkanı qənaətbəxşdir. İddia tələbinin dəyişdirilməsi İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maddi vəziyyətinin yetərli olması səbəbindən cavabdehdən aliment tələbinin olmadığını bildirmişdir. İddia tələbinə etiraz Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(010)-1938/2012 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. X4 nikah pozulandan sonra anasının himayəsində olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X4 nikah pozulandan sonra cavabdehin himayəsində olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-1435/2013 nömrəli qətnaməsinə əsasən, iddiaçıdan aliment tutulması qərara alınmışdır. 2015-ci ilin əvvəllərindən tərəflər arasında barışıq olması (faktiki) səbəbilə aliment ödənilməsi dayandırılmışdır. Həmin vaxtdan iddiaçı cavabdehə qanuni olaraq aliment ödəmir. Uşağın bütün maddi ehtiyacları cavabdeh tərəfindən təmin edilmişdir. Daha sonra, tərəflər arasında faktiki ər-arvad münasibətləri yenidən pozulmuşdur. Bununla belə, cavabdeh uşağın atası ilə ünsiyyətdə olmasını daim təmin etmiş, onların görüşünə şərait yaratmış, valideyn-uşaq münasibətinin itməsinin qarşısını almış, iddiaçını ata kimi uşağın tərbiyəsində iştirak etmək üçün əlindən gələni etmişdir. 2024-cü ilin iyun ayında iddiaçı uşaqla ünsiyyətdə olmaq üçün onu Göyçay şəhərinə aparmışdır. Orada iddiaçı tərəfindən uşağa müəyyən təsirlər göstərilərək, anasına qarşı öyrədilmiş, ona anasının yanına getməməsi təlqin edilmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehin xəbəri və razılığı olmadan qanunsuz olaraq X4 ilə bağlı sənədləri Bakı şəhəri 278 nömrəli tam orta məktəbdən alaraq, onu Göyçay şəhəri Ə.Q.Qantəmir adına 9 saylı tam orta məktəbdə qeydiyyata aldırmışdır. Cavabdeh, bu baş verənlərdən xəbər tutan kimi lazımı addımları atmağa çalışaraq, xx.xx.2024-cü il tarixdə Abbas Məmmədovun sənədlərini yenidən Bakı şəhəri 278 nömrəli tam orta məktəbə təqdim edərək qeydiyyata aldırmışdır. Əlavə olaraq vurğulamaq lazımdır ki, birgə nikahdan doğulmuş Abbas Məmmədov 7 il rus bölməsində təhsil almışdır. Atası (iddiaçı) xx.xx.2024cü il tarixdə onu Göyçay şəhəri Ə.Q.Qantəmir adına 9 saylı tam orta məktəbə qeydiyyata aldırarkən, azərbaycan dili bölməsinə yerləşdirmişdir. Halbuki, Göyçayda da rus dilli bölmələri olan keyfiyyətli məktəblər mövcuddur. Məsələn, 3 nömrəli məktəb buna nümunədir. Lakin, buna baxmayaraq, atası (iddiaçı) onu sırf bilərəkdən azərbaycan dilli bölməyə yerləşdirib. Bu hal uşağın lazımı qaydada və keyfiyyətli təhsil almasına, oxuduqlarını başa düşməsinə və inkişaf etməsinə imkan vermir. Beləliklə, iddiaçının hərəkətləri nəticəsində uşağın təhsil hüququ birbaşa şəkildə pozulmaqla, dövlətin inkişafına mühüm rol oynayan təhsil siyasətinə maneəyə rəvac vermişdir. Göründüyü kimi, doğulandan cavabdehin yanında qalan X2 anasının yanında qalması daha məqsədəmüvafiqdir. Cavabdeh uşağın təhsili ilə xüsusi maraqlanmış, onun dünyagörüşünün artırılmasında, asudə vaxtının səmərəli keçirilməsində, psixi və fiziki inkişafında xüsusi səy göstərmişdir. Odur ki, X2 iddiaçıdan alınaraq cavabdehin yanında saxlanılması və onun saxlanılması üçün sabit pul məbləğdə alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, uşağın izahatında dedikləri tamamilə yalandır. Onun içki içmək kimi pis vərdişləri yoxdur. Əgər onun “gecə həyatı” varsa, o, niyə gecələri evdə olur? Uşaq tam öyrədilib. Uşağın onun yanında qaldığı vaxtlarda o, atası ilə ünsiyyətinə və görüşməsinə mane olmamışdır. Lakin, uşaq atanın yanında qaldığı vaxtdan onunla danışmır və görüşmür. O, 1 aya yaxındır ki, uşağının səsinə həsrət qalmışdır. O, uşağının yaxşı yaşaması və inkişafı üçün əlindən gələni etmiş, bəzən saat 05:00-dan işə getmiş, 21:00-da evə gəlmişdir. Bundan əlavə, evlərə hazırlıq keçmək üçün getmişdir ki, uşağı yaxşı yaşasın. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iddia tələbini qəbul etməyərək uşağın doğma anasından ayrı yaşamasının uşağın mənafeyi baxımından düzgün sayılmadığını bildirdi və iddianının rədd olunmasını xahiş etdi. Uşağın fikri Məhkəmə baxış iclasında təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə fikri dinlənilən xx.xx.2011-ci il təvəllüdlü X4 izahatında bildirdi ki, hazırda atası ilə yaşayır. 12 yaşınadək anası ilə qalmış, sonra Göyçaya getmişdir. Anası heç vaxt atasının yanına getməsinə mane olmamışdır. Axırıncı dəfə anasının yanına qayıtmaq istəməmişdir. Çünki, anası səhər gedir, axşam gəlir. Anası başqa kişilərlə danışır. Onunla olanda da bir dəfə başqa kişi ilə görüşə gedib. Bu da onun xoşuna gəlmir. Bundan başqa, anası xalasıqızı ilə birlikdə içki içir və sərxoş olur. Bu barədə anasına irad bildirəndə isə anası onu döyür. Atası ona oyuncaq almış, lakin anası həmin oyuncağı da qırmışdır. Bir dəfə də anası onu oxumaq üstündə döymüşdür. Anası başqa şeylərə hirslənəndə də onun üstünə düşür. Anası onunla maraqlanmır. Sonuncu dəfə atasına səbəbləri izah etmiş, atası da ona “kiminlə istəyirsənsə, onunla da qal” demişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-1435/2013 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 93 manat məbləğində aliment alınması və iddiaçıya verilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 üç yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, 85 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı və X3 nikahının pozulması haqqında xx.xx.2014-cü il tarixdə 253 nömrəli akt qeydi tərtib olunmuş, nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Orucova soyadı verilmişdir. X6 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞS/2024- MT02130 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı uşağın uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (60 manat) iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 11/391 nömrəli məhkəmə-psixoloji ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X2 hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. X2 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxmır. Göyçay rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 54 nömrəli rəydən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 atası İddiaçı yanında yaşaması məqsədəuyğun hesab edilir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikah münasibətlərindən bir uşaq – xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşağın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən anasının yanında qalması qət edilsə də, uşaq hazırda faktiki olaraq atasının yanında qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 192.3. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin tərəflərin birgə nikah münasibətlərindən doğulan uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd edilən maddi hüquq normasının tələblərindən göründüyü kimi, valideynlərin ayrı yaşaması halında birgə və ya faktiki nikah münasibətlərindən doğulan uşaqların yaşayış yerinin, yəni uşaqların valideynlərindən hansının yanında qalmasından ibarət məsələnin həlli qanunla valideynlərin ixtiyarına buraxılmış, yalnız bu barədə mübahisə olduqda müvafiq mübahisənin məhkəmə qaydasında həll edilməsi imkanı nəzərdə tutulmuşdur. Mübahisəli hüquq münasibətlərinin məhkəmə tərəfindən həlli edilməsi zamanı qanunla həmçinin uşaqların hüquq və mənafelərinin, onların rəyinin və sair halların, ən əsası uşaqların üstün maraqlarının və diqqətəlayiq olan digər mənafelərinin nəzərə alınmalı olması imperativ şərt kimi təsbit edilmişdir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmış, bu nikahdan bir uşaq – xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(010)-1938/2012 nömrəli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 anasının yanında qalması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-1435/2013 nömrəli qətnaməsinə əsasən isə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 93 manat məbləğində aliment alınması və iddiaçıya verilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 üç yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən anasının himayəsinə verilməsi, 2024-cü il tarixdən isə atasının yanında qalması işin mübahisəsiz halıdır. İşin mübahisə edilən halı tərəflərin birgə nikahından doğulmuş uşağın yaşayış yerinin atanın və ya ananın yanında olmasının uşağın ən yaxşı mənafelərinə uyğunluğunun müəyyən edilməsi ilə bağlıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni və əsaslı həlli məqsədilə məhkəmə tərəfindən ilk növbədə zəruri prosessual addımlar atılmış, iş üzrə tərəflərin mənzil-məişət şəraitinə dair müayinə aktlarının və onlara əsaslanan rəyin verilməsi vəzifəsi aidiyyəti qəyyumluq və himayəçilik orqanlarına həvalə edilmiş, eləcə də iş üzrə məhkəmə-psixoloji ekspertizasının keçirilməsi qərara alınmışdır. Göyçay rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 54 nömrəli rəydən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 atası İddiaçı yanında yaşaması məqsədəuyğun hesab edilmişdir. Həmin rəyin tədqiqindən aydın olur ki, tərəflər arasında yaranmış mübahisəli məsələ ilə bağlı tərəflər qəyyumluq və himayəçilik komissiyasının iclasına dəvət olunmuş, hər iki tərəfin, eləcə də uşağın fikri öyrənilmişdir. Uşaqla fərdi söhbət zamanı uşaq “atasının ona yaxşı baxdığını, atasının yanında yaşamaq istədiyini” bildirmişdir. Bundan əlavə, xx.xx.2011-ci il təvəllüdlü X2 qəyyumluq və himayəçilik orqanına verdiyi yazılı izahatının məzmunundan da aydın olur ki, uşaq hazırda atası ilə birlikdə Göyçay şəhərində yaşayır və uşağın atasına bağlılığı daha çoxdur. Həmçinin, uşağın anasının onun tərbiyəsi və təhsili ilə maraqlanmaması səbəbindən atası ilə qalmasının onun sağlam gələcəyi üçün ən yaxşı mənafeyinə uyğun olması barədə təsəvvürləri mövcuddur. Qeyd edilənlərlə yanaşı, məhkəməyə təqdim edilmiş müayinə aktlarından da hər iki tərəfin yaşadığı ünvanda uşağın normal yaşayışını təmin etməsi və sağlam inkişafı üçün qənaətbəxş şərait yaradıldığı görünür. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 11/391 nömrəli məhkəmə-psixoloji ekspertizasına dair ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X2 hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. X2 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxmır. Həmin ekspert rəyinin tədqiqindən aydın olur ki, ekspertiza qarşısında qoyulmuş sualların aydınlaşdırılması məqsədilə müayinə olunan X2 anası Cavabdeh və ya atası İddiaçı bağlılığını, uşağın hansı valideynin himayəsində qalmasını seçərkən hər hansı kənar psixoloji təsir altında olub-olmamasının müəyyən edilməsi üçün uşaqla müxtəlif psixoloji metodikalardan istifadə edilməklə ətraflı tədqiqat aparılmışdır. Həmçinin, müayinə olunan uşağın məhkəmə-psixoloji ekspertizası zamanı ekspertlə rahat şəkildə ünsiyyətə daxil olması, ona verilən suallara aşağıdakı qaydada cavablandırması aşkar edilmişdir: “...Mən 18 dekabr 2011-ci ildə Bakı şəhərində anadan olmuşam. 9-cu sinifə keçmişəm. Gələcəkdə mühafizəçi işləmək istəyirəm. Atamın adı Toğrul, anamın adı isə Tutudur. Bacım və qardaşım yoxdur. Hazırda atam, babam və nənəmlə birlikdə Göyçayda yaşayırıq. Anamın atasıgil Bakıda yaşayır. Anam məni Göyçaydan götürüb, Bakıya babamgilə gətirmişdir. Hər il yayda Göyçayda atamgilə gəlib, qalırdım. Keçən il gələndə isə geri qayıtmadım. Atamla nənəmgilin yanında qaldım. Anamla telefonla danışıb, görüşürəm. İstəyəndə anam yanıma gəlir, görüşürük. Atamgil anamla danışıb, görüşməyimə icazə verirlər. Atam deyir ki, “kiminlə istəyirsənsə, onunla qal”. Mən hər ikisini də istəyirəm. Ancaq Göyçayda atamgillə qalmaq mənə daha rahatdır”. Məhkəmə, qəyyumluq və himayəçilik komissiyasının tərəflərin həyat şəraitinə dair müayinə aktlarına və uşağın fikrinə əsaslanan rəyi və məhkəmə-psixoloji ekspertizasının nəticələrinə dair ekspert rəyi ilə bağlı nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, hər iki rəyin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur və həmin rəylərin heç biri “məcburilik” meyarı ilə əhatə olunmur. Həmin rəylərin hər biri iş üzrə təqdim edilmiş və məhkəmə iclasında bilavasitə tədqiq olunan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmədən kənar, yəni qəyyumluq və himayəçilik orqanında, eləcə də məhkəmə ekspertizası mərkəzində xx.xx.2011-ci il təvəllüdlü X2 dinlənilmək hüququ təmin edilsə də, uşağın fikrinə yekun hüquqi qiymət verilməsi məqsədilə sonuncunun təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə məhkəmə iclas zalında iştirakı təmin edilmiş və fikri öyrənilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. xx.xx.2011-ci il təvəllüdlü X4 məhkəmə baxış iclasında təhsil aldığı müəssisənin nümayəndəsinin şəxsən iştirakı ilə şifahi izahat vermiş, hazırda atasının yanında yaşadığını, bu birgə yaşayışın onun sağlam gələcəyi və hərtərəfli inkişafı üçün daha əlverişli olduğunu bildirmiş və anasının biganə münasibətinə görə onun yanında qalmaq istəmədiyini bildirmişdir. Qeyd edilənlərdən əlavə, cavabdehin iddia tələbinə yazılı etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 7 il müddətində “rus” bölməsində təhsil aldığını və təhsil müəssisəsini dəyişərək “azərbaycan” bölməsində aldığı təhsilin onun mənafelərinə zidd olduğunu göstərmişdir. İşin faktiki halları isə müəyyən edilir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Göyçay rayon Təhsil Sektoru üzrə 9 nömrəli tam orta ümumtəhsil məktəbinin VİİİA sinfində təhsil alır, şagir məktəbdə oxuduğu müddət ərzində özünü səliqəli, nümunəvi və intizamlı şagird kimi aparmışdır, sinif yoldaşları və müəllimlərlə münasibəti normaldır, kollektivdə xüsusi hörməti var və təhsil nəticələrinə görə də səviyyədə xeyli irəliləyiş var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Həmin məcəllənin 58.5-ci maddəsinə əsasən, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Həmçinin, həmin məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. İstinad edilən maddi hüquq normalarının məcburi göstərişlərinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiqi zamanı aşkar olur ki, iddiaçı cavabdehlə birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 ümumi orta təhsil almasına qədər onun təhsil müəssisəsini dəyişməklə, uşağın qanunla qorunan maraqları ziddinə hərəkət etməmiş, əksinə bu dəyişiklik uşağın təhsilində irəliləyiş əldə etməsinə səbəb olmuşdur. Yəni, iddiaçının uşağın təhsil müəssisəsini dəyişməklə onun maraq və mənafelərinə zərər vurması ilə bağlı cavabdehin iddiaya etirazının dəlili uydurma olmaqla əsassız hesab edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə görə uşağın təbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyəti hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmasından asılıdır. Həmin konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımı həyat səviyyəsi hüququna malikdir. Lazımı həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1 və 60.1-ci maddələri). Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafelərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olan uşağın atasının yanında qalmağa yönələn iradə ifadəsini, uşağın yaşını, qəyyumluq və himayəçilik komissiyasının, həmçinin məhkəmə-psixoloji ekspertizasının rəyini, uşağın atasına münasibətdə daha çox bağlılığının üzə çıxmasını, ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, birgə nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X2 atasının yanında qalmasının müəyyən edilməsi uşağın qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli və ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 atasının, yəni iddiaçının yanında qalması müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalması müəyyən edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-2940/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2940/2025
16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver