Məhkəmə qərarları › İş №e-2(010)-2966/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2966/2023

05.10.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2966/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X47 qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan olunması barədə” ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: *. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı Maraqlı şəxs2 yanında iki azyaşlı oğlu ilə 20*2ci ilin dekabr ayında Türkiyəyə, oradan da Suriyaya getmişdir. Orada isə X24 ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların nikahından 07.07.20*3-cü il təvəllüdlü X9, *7.03.20*5-ci il təvəllüdlü X7 və *7.07.20*7-ci il təvəllüdlü X8 doğulmuşdur. Bacısı Maraqlı şəxs2 28.08.20*7-ci ildə İraq Respublikasının Təlafər şəhərində təyyarə güllə-baranında vəfat etmişdir. Bacısı vəfat edəndən sonra uşaqlar İraq hökuməti tərəfindən əsr götürülmüşdür. Bacısının ilk evliliyindən anadan olmuş bir övladı İraqda vəfat etmişdir, digər övladı xx.xx.2005-ci il təvəllüdlü X25 və ikinci evliliyindən anadan olan 07.07.20*3-cü il təvəllüdlü X9, *7.03.20*5-ci il təvəllüdlü X7 və *7.07.20*7-ci il təvəllüdlü X8 20*9-cu ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 06.*2.20*9-cu il tarixli, *99 saylı və xx.xx.2023-cü il tarixli, 83 saylı Sərəncamlarına əsasən o, bacısı Maraqlı şəxs2 övladlarının qəyyumu təyin olunmuşdur. Bacısının övladları - xx.xx.2005-ci il təvəllüdlü X25, 07.07.20*3-cü il təvəllüdlü X9, *7.03.20*5-ci il təvəllüdlü X7 və *7.07.20*7-ci il təvəllüdlü X8 onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Lakin xəstəliyi ilə əlaqədar işləyə bilmədiyinə görə uşaqların maddi tələbatını qarşılaya bilmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, *8 yaşına çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin qəyyumluğu altında olan bacısı uşaqlarının anaları Maraqlı şəxs2 ölməsini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Qəyyumluğu altında olan xx.xx.2005-ci il təvəllüdlü X25, 07.07.20*3-cü il təvəllüdlü X9, *7.03.20*5-ci il təvəllüdlü X7 və *7.07.20*7-ci il təvəllüdlü X4 anaları - bacısı Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçinin tələbi:

2. Qəyyumluğu altında olan xx.xx.2005-ci il təvəllüdlü X25, 07.07.20*3-cü il təvəllüdlü X9, *7.03.20*5-ci il təvəllüdlü X7 və *7.07.20*7-ci il təvəllüdlü X4 anaları Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

3. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi.

4. Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.

5. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilən ərizədə mülki işə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

6. Məhkəmə iclasında şahid qismində dindirilən X25 izahatında qeyd etdi ki, anası Maraqlı şəxs2, o və qardaşı ilə birlikdə 20*2-ci ilin dekabr ayında Türkiyəyə, oradan da Suriyaya getmişdir. Orada isə X24 ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların nikahından digər bacı-qardaşları doğulmuşdur. Anası Maraqlı şəxs2 28.08.20*7-ci il tarixdə İraq Respublikasının Təlafər şəhərində təyyarə güllə-baranında vəfat etmişdir. Anası vəfat edəndən sonra onlar İraq hökuməti tərəfindən əsir götürülmüşdür. Qardaşı da İraqda vəfat etmişdir. O və digər bacı-qardaşları isə 20*9-cu ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və xalasının himayəsinə verilmişdir. Onlar hal-hazırda xalası ilə birlikdə yaşayırlar.

7. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.

8. V-ЖГ seriyalı 308862 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.*977-ci il tarixdə anadan olmuşdur. X36, anası Xudaverdiyeva Balacaxanımdır.

9. İİİ-ЖГ seriyalı 462534 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*975-ci il tarixdə anadan olmuşdur. X36, anası Xudaverdiyeva Balacaxanımdır. *0. AZ-T seriyalı *27650 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 xx.xx.2005-ci il tarixdə Bakıda anadan olmuşdur. X*4, anası X*5r. **. AZ-İV seriyalı 4*0946 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 07.07.20*3-cü il tarixdə anadan olmuşdur. X3, anası Maraqlı şəxs2dır. *2. AZ-İV seriyalı 4*0947 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 *7.03.20*5-ci il tarixdə anadan olmuşdur. X3, anası Maraqlı şəxs2dır. *3. AZ-İV seriyalı 4*0948 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 *7.07.20*7-ci il tarixdə anadan olmuşdur. X3, anası Maraqlı şəxs2dır. *4. “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 X39 ilə rəsmi nikaha daxil olmuşdur. Maraqlı şəxs2 ümumilikdə 6 uşağı olmuşdur: 2*.05.*996-cı il təvəllüdlü X32 (doğum yeri:Bakı); 30.05.*997ci il təvəllüdlü X33 (doğum yeri:Bakı); xx.xx.2005-ci il təvəllüdlü X25 (doğum yeri:Bakı şəhəri); 07.07.20*3-cü il təvəllüdlü X9 (doğum yeri:Suriya); *7.03.20*5-ci il təvəllüdlü X7 (doğum yeri:İraq) və *7.07.20*7-ci il təvəllüdlü X8 (doğum yeri:İraq) *5. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının *99 nömrəli, 06.*2.20*9-cu il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X25, 07.07.20*3-cü il təvəllüdlü X26, *7.03.20*5-ci il təvəllüdlü X*7 və *7.07.20*7ci il təvəllüdlü X** valideynləri barədə məlumat əldə etmək mümkün olmamışdır. Uşaqlar bir müddət İraq Respublikasının Bağdad şəhərində yerləşən uşaq evində saxlanılıb və 03.*2.20*9-cu il tarixdə Azərbaycan Respublikasına gətiriliblər. Müəyyən edilmişdir ki, ərizəçi X3* azyaşlıların xalasıdır. X2 bacısı övladları xx.xx.2005-ci il təvəllüdlü X25 üzərində himayəçi; 07.07.20*3-cü il təvəllüdlü X26, *7.03.20*5-ci il təvəllüdlü X*7 və *7.07.20*7-ci il təvəllüdlü X*8 üzərində isə qəyyum təyin edilməsi (azyaşlıların mülkiyyət hüququ saxlanılmaq şərti ilə) qərara alınmışdır. *6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna 3*.07.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən 30.09.20*3 tarixdə çıxması barədə İAMAS bazasında məlumat qeyd olunmuşdur. *7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə, dalan 2, ev *6 ünvanında qeydiyyatda olan xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 Daxili İşlər Nazirliyinin müvafiq uçotları üzrə yoxlanılarkən Azərbaycan Respublikasının ərazisində təqsirləndirilən, eləcə də xəbərsiz itkin düşmüş şəxs qismində axtarışı barədə məlumat müəyyən edilməmişdir. *8. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 30.09.20*3-cü il tarixdə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getmişdir. Onun İraq ərazisində öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də, rəsmi sənəd DTX-nın ünvanına daxil olmamışdır. *9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə, dalan 2, ev *6-da qeydiyyatda olan xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 barəsində Abşeron rayon Polis İdarəsində axtarış işi açılmamışdır.

20. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə, dalan 2, ev *6-da qeydiyyatda olan Maraqlı şəxs2 itkin düşməsi ilə əlaqədar Suraxanı RPİ-i, onun şöbə və bölmələrində araşdırma aparılmamış və itkin düşən şəxsin axtarışı ilə əlaqədar axtarış işi açılmamışdır. 2*. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna *8.08.2023-cü il tarixli cavab məktubundan görünür ki, Həsənova (Xudaverdiyevə) Mahirə Vaqif qızı *5.08.*995-ci il tarixdə 294 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində 28.05.*958-ci il təvəllüdlü X34 ilə nikaha daxil olmuş, həmin nikah xx.xx.2004-cü il tarixdə 33 saylı aktla Abşeron rayon qeydiyyat şöbəsində pozulmuşdur. Valideynləri 28.05.*958-ci il təvəllüdlü Hüseyn Həsənov və xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 olan 30.05.*997-ci il təvəllüdlü X*9 doğumu *4.*0.*997-ci il tarixdə 704 saylı aktla, 2*.05.*996-cı il təvəllüdlü X20 doğumu 24.05.*996-cı il tarixdə 263 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Mahirə (Heydərova) xx.xx.2004-cü il tarixdə *79 saylı aktla Abşeron rayon qeydiyyat şöbəsində 24.05.*98*-ci il təvəllüdlü X39 ilə nikaha daxil olmuş, həmin nikah isə 26.09.20*2-ci il tarixdə *70 saylı aktla elə həmin qeydiyyat şöbəsində də pozulmuşdur. X4 doğumu xx.xx.2020-ci il tarixdə 87 saylı, X6 doğumu xx.xx.2020-ci il tarixdə 85 saylı, X5 doğumu xx.xx.2020-ci il tarixdə 86 saylı aktla tək ananın ərizəsi əsasında, habelə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(0*0)-*36*/2020 saylı qətnaməsinə əsasən Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.

22. Abşeron Rayon Məhkəməsinin *0.*2.2007-ci il tarixli, 2-368/2007 saylı qətnaməsi ilə X27 iddiasının təmin olunması; iddiaçı X39 ilə cavabdeh X28 arasında bağlanmış, Abşeron rayon VVADQ şöbəsində qeydə alınmış, 03 iyul 2004-cü il tarixli, *79 saylı nikah qeydinin ləğv edilməsi; 04 iyul 2005-ci il tarixdə anadan olmuş X*2 X*3 yanında qalması; X*3 qarşılıqlı iddiasının qismən təmin olunması; X2* 04 iyul 2005-ci il tarixdə anadan olmuş X* üçün X*3 xeyrinə hər ay 36 manat məbləğində aliment tutulması qət edilmişdir.

23. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(0*0)-*36*/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs2 07 iyul 20*3-cü ildə Suriya Ərəb Respublikasında bir oğlan uşağı, *7 mart 20*5-ci ildə İraq Respubikasında bir qız uşağı, *7 iyul 20*7-ci ildə isə İraq Respublikasında bir qız uşağı doğması faktının müəyyən olunması qət edilmişdir.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.*. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 305.*.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*3. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin (vəkilinin) izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin olunmalıdır.

27. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 30.09.20*3-cü il tarixdə ölkə hüdudlarını tərk edərək getmiş və geri qayıtmamışdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 30.09.20*3-cü il tarixdə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getmişdir. Onun İraq ərazisində öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də, rəsmi sənəd DTX-nın ünvanına daxil olmamışdır.

28. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, xx.xx.*977-ci il təvəllüdlü Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilməlidir.

29. Maraqlı şəxs2 ölüm gününün dəqiq müəyyən edilməsi mümkün olmadığından, ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 3*. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə:

32. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

33. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*6- 220, 3*2-3*5, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün - Maraqlı şəxs2 ölüm günü hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar