Məhkəmə qərarları › İş №e-2(010)-2985/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2985/2022

03.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2985/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixində keçirdiyi məhkəmə iclasında tərəflər iştirak etməmişdir. İddiaçının nümayəndəsi X1 AZEMİS vasitəsi ilə ərzə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bankın hesabına qaytarılmasını xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə cavabdehə qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalı və dövlət hökümət portalı vasitəsilə dövlət rüsümü olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait iddiaçı Bank "xxxx" ASC-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət hökümət portalı vasitəsilə dövlət rüsümü olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində vəsait iddiaçı Bank "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar