Məhkəmə qərarları › İş №e-2(010)-3001/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3001/2023

13.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3001/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyatyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədiyi 15000 manat pulun Cavabdehndən alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi və qeyd olunan pul məbləğinin verilməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin sökülməsi eyni vaxtda icra olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında idiaçı İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdilər ki, cavabdehdən torpaq alınmış, həmin torpaq sahəsi iddiaçılara sənədsiz, dələduzluq yolu ilə satılmışdır. Cavabdeh əvvəlki təsisçisi Babayev Füzuli barəsində cinayət işi açılmış və o, məhkəmə hökmü ilə məhkum olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə şəxslərin evdən çıxarılmasını qət etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə həmin Rayon Məhkəməsinin qətnaməni ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnamədə hazırki iddiaçıların adların olmamasına baxmayaraq, onların hüquqlarına toxunur. Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi indiyənədək də icra edilməmişdir. 2023-cü ildə isə icra məmuru iddiaçılara torpaq sahəsinin boşaldılması ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Bu səbəbdən də onlar məhkəməyə müraciət edərək mübahisəli tikilinin təmirinə xərclənmiş 15000 manat məbləğində pulun icra sənədinin icra olunması anında qaytarılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş üzrə tərəfləri dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə Cavabdeh hüquqi ünvanı ünvan 1ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinin tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddədə göstərilmiş hüquqlar ilə bağlı deyil və müstəsna aidiyyəti barədə müddəalar tətbiq edilməməlidir. İddianın predmeti – pul tələbidir. Bu səbəbdən də iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə, cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olduğundan həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsində baxılması mümkün deyildir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35ci maddəsinin tələblərinə əsasən Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbi barədə 2(010)-3001/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar