Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3003/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 onun mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzilin istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2022ci tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və Reyestr nömrəsi **********88-10301 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iş üzrə cavabdehlərdən olan Cavabdeh2 mülkiyyətində olan ünvan 2 da yerləşən yaşayış evini Bakı şəhəri 1 saylı DNK-da ona satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********88-10301 olan Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 onun tam mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6, Cavabdeh6, Cavabdeh5 ünvan 2 mənzili ona satdıqdan sonra müəyyən müddət ərzində qeydiyyatdan çıxacaqlarını bildirsə də, lakin onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023- cü il tarixli arayışından görünür ki, cavabdehlər ünvan 2 ünvanında qeydiyyatda qalmışdırlar. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X8 ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 157.40 kv.m , 0,014430 ha torpaq sahəsində olan mənzil İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********88- 10301). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X4, Cavabdeh6, Cavabdeh4 qeydiyyatdadırlar. Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notarisu X3 tərəfindən təsdiqlənmiş və satıcı Cavabdeh2, ipoteka saxlayan "xxxx" ASC, alıcı/borc alan/ipoteka qoyan İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli A/S/İ/DKM-BİR/BF-526-2022 saylı (reestr nömrəsi 4Ə- 210) alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X2 ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX tərəfindən xx-xx-2022-ci il tarixində verilmiş qeydiyyat nömrəsi ********** və Reyestr nömrəsi **********88-10301 olan daşınmaz əmlak dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcıipoteka qoyanın İddiaçı mülkiyyətinə verir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmalıdır. 4Ə-210 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə notariat işindən görünür ki, müqavilənin Bakı şəhəri 1saylı Dövlət Notariat Ofisində rəsmiləşdirilməsi zamanı, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 müqavilə predmeti olan daşınmaz əmlakdan – evindən müqavilə notarial qaydada təsddiq olunduğu tarixdən ən geci 1 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürüblər. AZEMİS elektron-məhkəmə sistemindən əldə olunan məlumata əsasən, xx.xx.2014cü il təvəllüdlü Cavabdeh3 yetkinlik yaşına çatmayan Cavabdeh1 uşağıdır, xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 yetkinlik yaşına çatmayan Cavabdeh5 uşaqlarıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətini əhatə edir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X8 ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 157.40 kv/m olan mənzil X1 mülkiyyətindədir. Həmin evi o, alğı-satqı və ipoteka müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixində almışdır. Cavabdehlər – müqavilə üzrə satıcı Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 - qeydiyyatdan alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqləndikdən sonra 1 ay ərzində çıxacaqlarını öhdəsinə götürsələr də, qeydiyyatdan çıxmamışdırlar. Cavabdeh3 Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı, Cavabdeh6 və Cavabdeh4 Cavabdeh5 yetkinlik yaşına çatmayan uşaqları olduğundan, onlar da valideynləri ilə birgə qeydiyyatdan çıxarılmalı idi. Bu baxımdan, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, bu iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid yaşayış sahəsinə istifadə hüquqlarının qaldığını göstərən hallar olmadığına görə iddia bu hissədə təmin edilməlidir. Lakin, cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılması səlahiyyəti məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti olduğundan, iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3003/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3003/2023
09.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver