Məhkəmə qərarları › İş №e-2(010)-3033/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3033/2023

20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3033/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Maraqlı şəxs ASC-yə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlu hesab edilməsi və həmin müddətin uzadılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Maraqlı şəxs ASC-yə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlu hesab edilməsi və həmin müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış pul vəsaitinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsinin üzrlu hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı özünün ünvanı ünvan 1nin məzmunundan görünür ki, cavabdeh 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinin ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsidir. Göründüyü kimi iddiaçı iddia ərizəsini Suraxanı rayon məhkəməsinə təqdim etmişdir. Hazırda iddiaçının cavabdehə qarşı iddia ərizəsində irəli sürdüyü tələb mirasın qəbulu müddətinin ötürülməsinin üzrlu hesab edilməsi və həmin müddətin uzadılması tələbidir. Qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyətinin müəyyən edilməsi, həmin şəxsin məhkəmə iclasına çağrılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsini məhkəməyə təqdim edirkən məhz MPM-nin 35.2-ci maddəsinin tələbinə zidd olaraq, iddiasını Suraxanı rayon Məhkəməsinə vermişdir. Hazırda məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən iddiaçının və cavabdehin rəsmi olaraq Bakı şəhəri Suraxanı rayonunun ərazisində qeydiyyatda olmasına (yerləşməsinə) dair heç bir hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı tərəfindən aidiyyət qaydalarına riayət olunmadığından İddiaçı cavabdeh 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Maraqlı şəxs ASC-yə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlu hesab edilməsi və həmin müddətin uzadılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh 4 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Maraqlı şəxs ASC-yə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlu hesab edilməsi və həmin müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehə qarşı iddia ərizəsində göstərdiyi tələblə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar