Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3038/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı3, İddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi (vəkili) İddiaçı2 vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların cavabdehin Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28M saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi (vəkili), İddiaçı2 vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28M saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı2 Cavabdeh ilə 11 noyabr 2001-ci ildə ailə qurmuş və Cavabdeh da həmin tarixdən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 nömrəli evin 37 nömrəli mənzilə gəlin köçmüşdür. 2015-ci ilin dekabr ayının sonunda İddiaçı2 özünə məxsus mənzili satib, Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən və hazırda da Cavabdeh yaşadığı 28 M nömrəli evi satın almışdır. Bundan sonra onlar həmin evə köçüb yaşamış, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 nömrəli evin 37 nömrəli mənzilini isə kirayə verib, alınan kirayə haqqı hesabına dolanışıqlarını təmin etmişlər. Hətta o, sonradan 28 M nömrəli evə köçən zaman öz mənzilindəki özünə məxsus bütün mebelləri, qab-qacağı, paltarlarını və bütün digər əmlakları da ora aparmışdır. Mülkiyyət hüququ üzrə özünə məxsus olan 37 nömrəli mənzili isə ayı 200 manat olmaqla kirayəyə vermiş, hər ay aldığı kirayə haqqını nəvəsi Səfərin hazırlıq kurslarına və ailənin dolanacaq ehtiyaclarına sərf etmişdir. Cavabdeh İddiaçı2la evli olduğu müddətdə işləməmiş və evə qazanc gətirməmişdir. 2020-ci ilin əvvəllərində İddiaçı2 məhkəmə hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddət ərzində o və İddiaçı1 bir müddət həmin evdə yaşasalar da, İddiaçı1 Türkiyə Respublikasında universitetə qəbul edilməsi ilə əlaqədar o, nəvəsi İddiaçı1 ilə birlikdə 2021-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getmiş, Türkiyədən qayıtdıqda isə Cavabdeh onları həmin evə buraxmamışdır. Bundan sonra o, məcburiyyət qarşısında qalıb orda-burda yaşamağa başlamış, lakin bütün əmlakları Cavabdeh yaşadığı 28 M nömrəli evdə qalmışdır. O, sahə müvəkkilinin köməyi ilə cavabdehin yaşadığı 28 M nömrəli evə getmiş və əmlaklarını götürmək istədikdə Yeganə onun geyim əşyalarını küçəyə ataraq qalan əmlakını verməkdən imtina etmişdir. Hazırda da onun əşyaları cavabdehin yaşadığı həmin evdədir. Hazırda İddiaçı2 cəzasını çəkib qurtarmış, onlar öz evinə gedib, evə daxil olmaq istədikdə də cavabdeh onları öz yaşadıqları evə buraxmamışdır. İddiaçı Tixtov X3 ölkəyə gələndə də cavabdeh onu öz evində yaşamağa qoymur. İddia tələbinin predmeti olan yaşayış evi qanunsuz tikili olsa da, həmin ev yaşayış sahəsi olduğuna, həmin ev onların birlikdə yaşamaqları üçün nəzərdə tutulduğuna və onların daimi yaşayış yeri olduğuna görə onların həmin evdə yaşamaq hüquqları vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi (vəkili) İddiaçı2 vəkili Nümayəndə məhkəmə iclasında eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28M saylı fərdi yaşayış evində yaşamışlar. 2015-ci ilin dekabr ayının sonunda İddiaçı2 özünə məxsus mənzili sataraq mübahisəli evi almışdır və bütün ailəbirlikdə həmin evə köçərək orada yaşamışlar. Sonradan İddiaçı2 həbs olunmuş və İddiaçı3 isə nəvəsi Səfərlə birlikdə Türkiyə Respublikasına getdiyindən Cavabdeh mübahisəli mənzildə tək yaşamış və onları sonradan həmin mənzilə buraxmamışdır. Mübahisəli fərdi yaşayış evi qanunsuz tikili olsa da, iddiaçılar həmin evdə yaşadıqlarından və onların həmin mənzildə əmlakları yerləşdiyindən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh nikahdan sonra İddiaçı3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 nömrəli evin 37 nömrəli mənzilə gəlin köçmüş, hətta həmin mənzilə 09 yanvar 2006-cı il tarixdən pasport qeydiyyatına düşmüşdür. Lakin Suraxanı rayon Məhkəməsinin 2(010)-4504/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüququ olmayan hesab edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilsə də, qətnamə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş, İddiaçı3 isə onun əsasında Yeganə xanımı pasport qeydiyyatından çıxarmışdır. İş materiallarına sübut qismində əlavə etdiyi Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 12565/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-4504/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddia ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 nömrəli evin 37 nömrəli mənzilin kirayəyə verilməsi isə həqiqətə uyğun deyil, İddiaçı3 öz mənzilində uzun müddət yaşamış, gəlini Cavabdeh qanunsuz olaraq qeydiyyatdan çıxardıqdan sonra isə mənzili onun razılığı olmadan qızına bağışlamış, sonradan isə satmışdır. İddiaçı3 bu qanunsuz əməlinin araşdırılması, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12565/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən pasport qeydiyyatına qaytarılması istiqamətində artıq prosessual araşdırma başlanılmışdır. İddiaçı2 iddia ərizəsində də qeyd etdiyi kimi, məhkəmə hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddət ərzində Cavabdeh İddiaçı3 da yaşadığı mənzildən qovmuş, onu həmin evə buraxmamışdır. Məhkəmə işə baxarkən nəzərə almalıdır ki, İddiaçı2 uzun müddət narkotik vasitələrin istifadəçisidir. Həmçinin Suraxanı rayon Məhkəməsinin müvafiq hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Onun Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 M saylı fərdi yaşayış evində olması, istifadə hüququnun yaranması və fərdi yaşayış evinə köçürülməsi üçün heç bir hüquqi əsası yoxdur. Cavabdeh İddiaçı3 da yaşadığı mənzildən qovulması hissəsinə isə bildirmək istəyir ki, İddiaçı3 mənzildən qovulması faktına aid hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında “qonşuların ərizəsi” adlı sənəd iş materiallarına əlavə olunmamışdır. Elektron məhkəmə portalı üzərində əlavə olunmuş sənədlər siyahısında mövcud sənəd yoxdur. Mülki iş üzrə araşdırma aparan məhkəmə qanunvericiliyin tələbinə istinad edərkən nəzərə almalıdır ki, hazırki işin mahiyyəti üzrə mübahisə mediasiya sessiyasından keçməlidir. Lakin iddiaçı məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Cavabdeh hazırkı tələb üzrə tərəf deyil. Belə ki, sözü gedən mənzil başqa şəxsin istifadəsindədir. Mövcud mənzil ilə bağlı iddia tələbi də məhz ona qarşı qaldırılmalıdır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 M saylı fərdi yaşayış evinin faktiki yeganə sahibidir. Buna dair Yeganə xanımla "xxxx" ASC, "xxxx" ASC və "xxxx" QSC arasında müvafiq müqavilələr imzalanmış, həmçinin cavabdeh göstərilən ünvanda pasport qeydiyyatına düşmüşdür. Ən əsası isə Cavabdeh sözü gedən torpaq sahəsi və üzərində olan tikiliyə dair müvafiq olaraq Bələdiyyəyə vergi də ödəyir. Lakin iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 M saylı fərdi yaşayış evinə heç bir hüquqarı yaranmadığından, onlar əsassız olaraq fərdi yaşayış evinə köçmələrini tələb edirlər. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, vaxtı ilə İddiaçı3 kirayəçisi olmuşdur. O, həmin evdə 2016-2018-ci ilin əvvəlinə kimi kirayə qalmışdır. O özü 2018-ci ilin əvvələrində Çöllük küçəsində ev almışdır, lakin orada yaşaya bilmədiyindən, yenidən Zoyaya müraciət etmişdir ki, həmin evi ona kirayəyə versin. Lakin o zaman ona məlum olmuşdur ki, Zoya evi satmışdır. Zoya özünə 70 illik yubiley keçirmişdir və həmin yubiley ona məxsus olan Çöllük küçəsində yerləşən fərdi yaşayış evində baş tutmuşdur. O zaman həmin evdə Zoya, nəvəsi Səfər və gəlini Yeganə yaşayırdılar. Zoyanın oğlu Eldar isə həbsdə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, O, Zoyanı 2001-ci ildən tanıyır, Yeganəni isə evləndikdən sonra tanımışdır. 2016-cı ildə Eldar indiki Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evini almışdır və həmin evdə Zoya, onun oğlu Eldar, gəlini Yeganə və nəvəsi Səfər birgə yaşayırdılar. Eldar bir neçə dəfə həbs olunub. Bundan əlavə Zoyanın binada da mənzili var idi, lakin həmin evi kirayə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Zoya ilə iş yoldaşıdır. İddiaçı3 Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. O Azərişıq ASC-nin Xətai rayon İstismar idarəsində Zoya ilə birlikdə işləmişdir. O İddiaçı3 xahişi ilə təmənnasız olaraq həmin evdə işıqlandırma işlərini görmüş, su motorunu dəyişmişdir. 2017-ci ildə kollektiv olaraq İddiaçı3 tədbirində iştirak etmişdir. Həmin evdə İddiaçı3, onun gəlini və nəvəsi yaşayırdı. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 3, 75 saylı mənzilini İddiaçı2 almışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik haqqında 01 iyul 2015-ci il tarixli şəhadətnamənin surətində qeyd edilir: “ 31 dekabr 2014-cü ildə vəfat etmiş X10 vərəsəsi, atası 28 yanvar 2013-cü ildə vəfat etmiş X5 ünvan 1 ünvanında yaşayan oğlu İddiaçı2dir və o, miras əmlakdan irs almalıdır. Səhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 20 dekabr 1995-ci il tarixli 30/76982 qeydiyyat nömrəli “Qeydiyyat Vəsiqəsi”nə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 19 may 2015-ci il tarixli 05A4/979 nömrəli “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”a əsasən ünvan 2 ünvanında yerləşən iki otaqlı, yaşayış sahəsi 29.11 kv.m, ümumi sahəsi 51.21 kv.m olan mənzildən ibarətdir”. İş materiallarında olan ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(010)-4504/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüququ olmayan hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(010)-6816/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvan üzrə (abunə kodu **********0028) ilə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ləğv edilmiş və müqavilə İddiaçı3 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli e-2(010)-1977/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı2 Cavabdeh qarşı "aliment borclarını ödəməkdən azad edilmə" tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(010)-2704/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı2 arasında 29 noyabr 2005-ci ildə bağlamış və həmin tarixdə Suraxanı rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 1151 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilməsi, xx xxxxxxxx 2003-cü təvəllüdlü İddiaçı1 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalması müəyyən edilməsi, xx xxxxxxxx 2003-cü təvəllüdlü İddiaçı1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı2 hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(103)-12565/2018 saylı qətnaməsinin surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(010)-4504/2018 saylı qətnaməsi qismən, iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Hövsan Bələdiyyəsi tərəfindən verilmiş Tədiyyə Bildirişindən müəyyən olunur ki, Suraxanı rayonu Hövsan qəsəbəsi O. Şabanov küçəsi ilə bağlı əmlak vergisi və torpaq vergisi vergi ödəyicisi kimi X6 tərəfindən ödənilmişdir. Beləliklə, təqdim olunmuş sübutlar və verilmiş izahatlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə cavabdeh İddiaçı2 arasında 29 noyabr 2005-ci ildə nikah bağlanmış və cavabdeh iddiaçılara məxsus evə gəlin köçmüşdür. İddiaçı2 xx.xx.2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzili miras əmlak kimi qəbul etmiş və həmin mənzili xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satmışdır. Sonradan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28M saylı fərdi yaşayış evini almışlar və ailəlikcə hamısı həmin mənzilə köçmüşlər. İddiaçı2 məhkəmənin hökmünə əsasən həbs olunmuş və İddiaçı3 isə nəvəsi Səfərlə birlikdə Türkiyə Respublikasına getmişlər. Sonradan tərəflər arasında mübahisə yaranmış və Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(010)- 2704/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı2 arasında 29 noyabr 2005-ci ildə bağlamış nikah pozulmuşdur. Mübahisələndirilən fərdi yaşayış evi qanunsuz tikilidir. Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(010)-6816/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvan üzrə (abunə kodu **********0028) ilə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ləğv edilmiş və müqavilə İddiaçı3 adına rəsmiləşdirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 4-cü bəndinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mülki işin materiallarından, tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə deyil, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mübahisəli fərdi yaşayış evi qanunsuz tikili olsa da, həmin evə dair qazın alqı-satqısı, elektrik enerjisinin alqı-satqısı, su təhcizatı barədə müqavilə bağlandığından və onların həmin evə köçürülməsinə cavabdeh tərəfindən maneə yaradıldığından iddia təmin olunmalı və iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28M saylı fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28M saylı fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-3038/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3038/2022
26.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver