Məhkəmə qərarları › İş №e-2(010)-3046/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3046/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3046/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi (Yeni qaydalarla: AZ 1091, ünvan 1 ünvanında yerləşən 0.311 ha torpaq sahəsi və ümumi sahəsi 61.2 m2 olan daşınmaz əmlakdan (qeyri-yaşayış sahəsindən) Cavabdeh çıxarılması və həmin ərazinin ona təhvil verilməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə şifahi vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı mülki işin icraatının məhkəmənin icraatında olan e-2(010)-3041/2025 nömrəli mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, sübutların təqdim edilməsi məqsədi ilə hazırlıq iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, məhkəmə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şifahi vəsatəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü işlərin olması, həmin tələblər arasında qarşılıqlı əlaqənin mövcudluğu, eləcə də müvafiq məhkəmə işlərinin nəticəsinin birinin digərinə təsir imkanları, çəkişmə prinsipinə əməl edilməklə işlərə qanunla müəyyən edilmiş prosessual müddət daxilində tam, obyektiv, hərtərəfli və qərəzsiz baxılması ilə bağlı rəhbər müddəalar əsas götürülməli və müvafiq iddia tələbləri bir icraatda baxılmaq üçün birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair e-2(010)- 3046/2025 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair e-2(010)- 3041/2025 nömrəli mülki işə birləşdirilməli və iddia tələblərinə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair e-2(010)-3046/2025 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair e-2(010)- 3041/2025 nömrəli mülki işə birləşdirilsin və iddia tələblərinə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar