Məhkəmə qərarları › İş №e-2(010)-3108/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3108/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3108/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 9.584,52 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 115,85 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9.700,37 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı İB-in Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 12/2986 nömrəli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında ”Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-in Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00290 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Bununla bağlı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 9.710,35 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9.740,35 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-in Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, məhkəmədən 13.022,37 manat ((534,9 manat 07.12-ci il tarixə olan qalıq borc + 600,3 manat sayğac üzrə istifadə edilmiş, lakin ödənilməmiş sərfiyyat məbləği + 12.893,6 manat aktlar üzrə borc) – 154,71 manat borca görə aparılan tutulma – 851,72 manat həyata keçirilmiş ödəmə) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13.052,37 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-in Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/920 saylı rəyindən görünür ki, ünvan 2 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edildi. Belə ki, müəyyən edildi ki, yaşayış evinə təbii qazın ötürülməsi paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirilir. Məhkəmə xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli aktlar ümumiyyətlə iş materiallarında mövcud olmadığını, bundan başqa iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizədə cavabdeh barəsində 07.2020 - 10.2021-ci il tarixləri arasında təbii qazdan qanunsuz qoşulma ilə bağlı 16 akt tərtib edildiyi qeyd edilmiş, bu səbəbdən iddia tələbinin həcmi müvafiq hissədə artırılaraq, cavabdehdən qanunsuz qoşulmaya görə dəymiş zərər kimi 12893.6 manat məbləğində tələb edilmiş pul məbləğinin əsasını təşkil edən, 07.2020 - 10.2021-ci il tarixləri arasında cavabdeh barəsində tərtib edilmiş hər hansı təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt iş materiallarına əlavə edilməməsi səbəbi ilə həmin hissələrə dair iddia tələbinə qiymət verməmişdir. Məhkəmə iş materiallarında mövcud olmayan aktların təqdim edilməsini iddiaçıdan tərəfdən tələb etməmiş, eyni zamanda işdə olmayan aktlar üzrə borc məbləği üzrə qiymətləndirmə aparmaqdan imtina etmişdir. Qətmanənin 8-ci səhifəsinin 10-cu abzasında qeyd edilir: Hər nə qədər iş materiallarında olan abonentin saldosundan həmin tarixlərdə “qalıq və aktlar” bölməsində müəyyən məbləğ yazıldığı görünsə də, bu təklikdə məhkəmənin həmin məbləğləri akta görə hesablanmış dəymiş zərər məbləği kimi qəbul etməsi üçün kifayət deyil. Belə ki, bunun üçün ilk növbədə müvafiq aktlar, daha sonra bu aktlar əsasında hesablanmış itirilmiş qazın həcmini göstərən müvafiq tələbnamələr iş materiallarında mövcud olmalı idi. Belə olan halda məhkəmə yalnız iş materiallarında faktiki mövcud olan aktlar üzrə qiymətləndirmə aparır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərər kimi 4.904,4 manat, istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borc kimi 600,3 manat olmaqla, ümumilikdə 5.504,7 manat məbləğində pul tutularaq İddiaçı İB-nə ödənilməlidir. Suraxanı Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(010)-239/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5504.7 manat (beş min beş yüz dörd manat yetmiş qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı İB Cavabdeh qarşı Suraxanı Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(010)- 239/2022 nömrəli qətnaməsi ilə borc məbləğinin qiymət verilməyən hissəsinin tutlması tələbi ilə yenidən iddia qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, cavabdehin aşağıda qeyd olunan, təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş cədvəldə qeyd edilən aktlar əsasında; yəni xx.xx.2014-cü il tarixli 083835 saylı akt əsasında 86,40 manat; xx.xx.2014-cü il tarixli 087550 saylı akt əsasında 396,00 manat; xx.xx.2015-ci il tarixli 070010 saylı akt əsasında 216,00 manat; xx.xx.2016-cı il tarixli 080404 saylı 255,60 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 258,10 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 390,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 127,70 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 379,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 371,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 756,00 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 303,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 174,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 45,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 67,00 manat; xx.xx.2017-ci il tarixli 01235390 saylı akt əsasında 84,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 67,00 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 62,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 67,00 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 577,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 449,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 319,68 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 608,80 manat olmaqla cəmi: 10.590,96 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İstehlakçı tərəfindən 851,72 manat ödəniş həyata keçirmişdir. Smart tipli sayğac üzrə karta yüklənən məbləğdən borca görə 154,72 manat tutma aparılmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-nə hazırkı iddia tələbi üzrə irəli sürülmüş, borc məbləği ümumi olaraq: 10.590,96 manat (aktlar üzrə borc) -851,72 manat(ödəniş)- 154,72 manat (borca görə tutma) = 9.584,52 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək verdyi izahatında göstərdi ki, qaz idarəsinin əməkdaşları gəlib deyirlər ki, qaza qanunsuz qoşulub. Təbii qazdan istifadə edir, lakin qazdan istifadə etmək üçün sayğacı yoxdur. O, qazla bağlı ona yazılmış cərimələrdən narahat deyil. Əməkdaşlar gəlib qazı kəsirlər, o isə onlar gedəndən sonra qazı kənar xəttə qoşur. Onun təqaüdünü (pensiyasını) vermədiklərinə görə o da belə edir. Ona pensiya verilsə, o da qazın borcunu ödəyəcəkdir. İş materialları. İddiaçı və abonent Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12/2986 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı açıb götürərək rezin boru vasitəsilə özbaşına birləşdirib təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı açıb götürərək rezin boru vasitəsilə özbaşına birləşdirib təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı açıb götürərək rezin boru vasitəsilə özbaşına birləşdirib təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı açıb götürərək rezin boru vasitəsilə özbaşına birləşdirib təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin özbaşına sayğacı qaz xəttindən açıb götürüb rezin boru vasitəsilə birbaşa birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD –nin Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və digər mühəndisin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Əmircan qəs.Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə qaynaq vasitəsi ilə təbii qazın təchizatı dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD-in Suraxanı rayon üzrə qrup rəhbərinin, mühəndisin və çilingərin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktda görünür ki, Cavabdeh Əmircan qəsəbəsi, Neftçi küç.29 ünvanında mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə qaynaq vasitəsi ilə dayandırılmışdır. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktların iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrin iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, cavabdehin təbii qazdan istifadə qaydalarını pozması nəticəsində İddiaçı İB-nə xx.xx.2020-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2020-ci il tarixli akt üzrə 3888 m3, xx.xx.2020-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2020-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2020-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2020-ci il tarixli akt üzrə 2520 m3, xx.xx.2020-ci il tarixli akt üzrə 2520 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 2520 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 2520 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 1440 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2021-ci il tarixli 864 m3 , xx.xx.2021-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 1944 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 2520 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 2520 m3, xx.xx.2021-ci il tarixli akt üzrə 4810 m3, xx.xx.2022-ci il tarixli akt üzrə 3744 m3, xx.xx.2022-ci il tarixli akt üzrə 4320 m3 zərər dəydiyi hesablanmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-239/2022 saylı qətnaməsindən (hakim S.Miriyevanın sədrliyi ilə) görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/920 saylı rəyinə əsasən ünvan 2 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edildi. Belə ki, yaşayış evinə təbii qazın ötürülməsi paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirilir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-239/2022 saylı qətnaməsindən (hakim S.Miriyevanın sədrliyi ilə) görünür ki, İddiaçı İB-in Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5504.7 manat (beş min beş yüz dörd manat yetmiş qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilməsi, Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İşin faktiki halları. İddiaçı İB və Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bundan sonra abonentin ünvanına İddiaçı tərəfindən **********00290 nömrəli abonent kodu verilmiş, qaz sayğacı quraşdırılmışdır. Abonentin istifadəsində olan qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə halları aşkar olunmuş, bu səbəbdən müxtəlif tarixlərdə ümumi hesablanmış məbləğ 10590,96 manat olmaqla aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında İddiaçı İB-yə dəymiş zərər hesablanmışdır. Sonradan istehlakçı tərəfindən 851,72 manat borcundan ödəniş edilmişdir. Smart tipli sayğac üzrə karta yüklənən məbləğdən borca görə 154,72 manat tutma aparılmışdır. Ona görə də iddiaçı tərəf 9.584,52 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101. Ekspert rəyi. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

Göründüyü kimi, İddiaçı İB tərəfindən cavabdehdən tələb edilən borc qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş aktlar əsasında hesablanan dəymiş zərərdən ibarətdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Suraxanı rayon məhkəməsinin (hakim Səlimə Miriyeva) qanuni qüvvəyə minmiş və artıq preyudisial xarakter almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdehin ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı mövcuddur. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında da kənar xəttə qoşulduğunu və qeyri-qanuni yolla təbii qazdan istifadə etdiyini etiraf edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin kənar xəttə qoşulduğunu və qeyri-qanuni yolla təbii qazdan istifadə etdiyi etiraf olunduğundan iddiaçı faktı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Odur ki, cavabdeh qeyri-qanuni yolla təbii qazdan istifadə etməklə iddiaçıya maddi zərər vurmuşdur və iddiaçı bu zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Lakin qeyd edilməlidir ki, xx.xx.2014-cü il tarixli 083835 saylı akt (86,40 manat) ; xx.xx.2014-cü il tarixli 087550 saylı akt (396,00 manat); xx.xx.2015-ci il tarixli 070010 saylı akt (216,00 manat); xx.xx.2016-cı il tarixli 080404 saylı (255,60 manat); xx.xx.2021-ci il tarixli ******* saylı akt (266,40 manat); xx.xx.2022-ci il tarixli ******* saylı akt (319,68 manat) və xx.xx.2022-ci il tarixli ******* saylı akt (608,80 manat), ümumiyyətlə, iş materiallarında mövcud deyil. Nəzərə alınmalıdır ki, məhkəmə iş materiallarında mövcud olmayan aktlar üzrə qiymətləndirmə apara bilməz. Hər nə qədər iş materiallarında olan abonentin saldosundan həmin tarixlərdə “qalıq və aktlar” bölməsində müəyyən məbləğ yazıldığı görünsə də, bu təklikdə məhkəmənin həmin məbləğləri akta görə hesablanmış dəymiş zərər məbləği kimi qəbul etməsi üçün kifayət deyil. Belə ki, bunun üçün ilk növbədə müvafiq aktlar, daha sonra bu aktlar əsasında hesablanmış itirilmiş qazın həcmini göstərən müvafiq tələbnamələr iş materiallarında mövcud olmalı idi. Belə olan halda məhkəmə yalnız iş materiallarında faktiki mövcud olan aktlar üzrə qiymətləndirmə aparır. Yekunda, məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərər kimi xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 258,10 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 390,20 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 127,70 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 379,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 371,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 756,00 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 303,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 174,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 45,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 67,00 manat; xx.xx.2017-ci il tarixli 01235390 saylı akt əsasında 84,20 manat; xx.xx.2017ci il tarixli ******* saylı akt əsasında 67,00 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 62,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 67,00 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252,00 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 577,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 449,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518,40 manat, ümumilikdə 8.446,08 manat məbləğində pul tutularaq İddiaçı İB-yə ödənilməlidir.

Məhkəmə xərcləri.

İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 115,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan hissəsi, yəni 115,85 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8.446,08 manat məbləğində pul və 115,85 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 8.446,08 (səkkiz min dörd yüz qırx altı manat, səkkiz qəpik) manat məbləğində pul və 115,85 (bir yüz on beş manat, səksən beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8.561,93 (səkkiz min beş yüz altmış bir manat, doxsan üç qəpik) İddiaçı İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar