Məhkəmə qərarları › İş №e-2(010)-3133/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3133/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3133/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh "xxxx" MMC-yə dəymiş 649.35 manat maddi zərərin və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə cəmi 679.35 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsini təmin edən məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsini imzalayan şəxsin İddiaçı nümayəndəsi Nümayəndə olduğu qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanıldıqda da müəyyən edilir ki, həqiqətən ərizə elektron qaydada Nümayəndə adlı şəxs tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə həmin şəxsin İddiaçı nümayəndəsi olduğunu təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Bu səbəbdən iddia ərizəsini elektron qaydada imzalayan şəxsin iddiaçının nümayəndəsi kimi səlahiyyətli şəxs olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İşdən görünür ki, iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Son olaraq, məhkəmə onu da qeyd edir ki, İddiaçı MMC-nin bank rekvizitləri iş materiallarından müəyyən olunmadığından ödənilmiş rüsumun qaytarılmasının təmin edilməsi mümkün olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar