Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3137/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1240.49 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 32.41 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1272.90 (bir min iki yüz yetmiş iki manat doxsan qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin İddiaçı şöbəsüizrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməsi. Dəqiqləşdirilmiş iddia tələbi İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciə edərək, qeyd etmişdir ki, ərizə məhkəməyə təqdim edildiyi dövrdən bu günə qədər keçən müddət ərzində cavabdehin borc məbləğində azalma olmuşdur. Buna görə də borc məbləğinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. xx.xx.2022-ci il tarixə cavabdehin borc məbləği 1001.36 manat təşkil edir. Belə ki, 06.2022-ci il tarixə qalıq borc 1240.49 manat təşkil etmişdir. 06/20xx-xx/2022-ci il tarixlərdə sərfiyyat borcu - 75.75 manat, limitdən artıq istifadəyə görə hesablanmış məbləğ 27.12 manat təşkil etmişdir. Borcdan ödəniş - 342.00 manat həyata keçirilmişdir. (1240.49 + 75.75 + 27.12) - 342.00 manat = 1001.36 manat. Buna görə də iddia tələbini “Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1001.36 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 32.41 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1033.77 ( bir min otuz üç manat 77 qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi” barədə qətnamə qəbul edilməsi şəklində qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha əvvəllər və ən sonuncu dəfə xx.xx.2018-ci il tarixində AKX-00394xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00007 nömrəli abonent kodu verilmişdir. Göstərilən ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2022-ci il tarixdə ZENNERG4T-4 mexanika tipli, **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixə istehlakçı Cavabdeh İddiaçı İB-yə borcu 1240.49 manat təşkil eməkdədir. Borcun yaranma əsasları bu cür olmuşdur: Mexaniki sayğacın sərfiyyat göstəriciləri üzrə: 2272.87 manat; Limiti keçdiyi üçün hesablanmış məbləğ: 99.38 manat; Uçotu pozulmuş qaz sərfiyyatının bərpası - 10.50 manat; Gazrep proqramından keçirilən borc- 156.03 manat olmuş, xx.xx.2020-ci il tarixdə 95.00 manat ödəniş edilmişdir. 156.03 manat - 95 manat = 61.03 manat. Bu məbləğdən isə smart sayğac üzrə istifadə edilməmiş ödənişin qalığı, yəni 9.29 manat çıxılmışdır. 61.03 - 9.29= 51.74 manat; Ödəniş - 1194 manat (2272.87 + 99.38+10.50+51.74) - 1194.00 = 1240.49 manat. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı və müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, cavabdeh tərəfindən az midarda ödəniş həyata keçirildiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizə məhkəməyə təqdim edildiyi dövrdən bu günə qədər keçən müddət ərzində cavabdehin borc məbləğində azalma olmuşdur. Buna görə də borc məbləğinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. xx.xx.2022-ci il tarixə cavabdehin borc məbləği 1001.36 manat təşkil edir. Belə ki, -06.2022-ci il tarixə qalıq borc 1240.49 manat təşkil etmişdir. 06/20xx-xx/2022-ci il tarixlərdə sərfiyyat borcu - 75.75 manat; Limitdən artıq istifadəyə görə hesablanmış məbləğ- 27.12 manat təşkil etmişdir. Borcdan ödəniş - 342.00 manat həyata keçirilmişdir. (1240.49 + 75.75 + 27.12) - 342.00 manat = 1001.36 manat. Tərəflərin izahatları İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, öz izahatında göstərdi ki, onun ünvanındakı təbii qazdan istifadə üçün quraşdırılmış sayğac mexaniki idi və smart sayğac quraşdırılması üçün İdarəyə müraciət etmişdir. Bir müddət sonra İdarənin əməkdaşları onun ünvanındakı mexaniki qaz sayğacını dəyişib, smart sayğac quraşdırmışlar. Həmin sayğacın quraşdırılması üçün o, 100 manat pul vəsaiti ödəmişdir. Axşam vaxtı qaz sayğacı yandı, ekran qaraldı. Zəng vurub bu barədə məlumat verdikdən sonra gəlib sayğacı yenidən dəyişdirdilər. Həmin vaxt 280 manat borcu var idi. Smart qaz sayğacını dəyişdikləri zaman ona bildirilmişdir ki, 1200 manat məbləğində borcu var. O da həmin borcu hissə-hissə ödəməyə başlamışdır. İş materialları İddiaçı və abonent Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX- 00394xx/xx-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 06/20xx-xx/2022 tarixlərini əhatə edən 06 oktyabr 2022-ci il tarixli saldosundan görünür ki, **********00007 saylı abonent Cavabdeh 06/2022-ci il tarixinə borcu 1240.49 manat, 06/20xx-xx/2022-ci il tarixlərdə sərfiyyat borcu 75.75 manat, limitdən artıq istifadəyə görə hesablanmış borcu 27.12 manat, ödənişi - 342.00 manat, 09/2022-ci il tarixinə borcu 1001.36 manatdır. İşin faktiki halları İddiaçı İB və Cavabdeh arasında xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İB abonent X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bundan sonra abonentin ünvanına İddiaçı tərəfindən **********00007 nömrəli abonent kodu verilmiş, qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB Cavabdeh faktiki istifadə edilmiş, dəyəri ödənilməmiş sayğac üzrə 1001.36 manat qalıq borcu olduğunu iddia edərək, həmin borcun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh məhkəmə isə borcu olmasını qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Yuxarıda da istinad edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüş. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə borcu (1001.36 manat) yaranmışdır. Bu baxımdan iddiaçı həmin borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdir.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 32.41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32.41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1001.36 (bir min bir manat otuz altı qəpik) manat məbləğində zərər və 32,41 (otuz iki manat qırx bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1033,77 (bir min otuz üç manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1001.36 (bir min bir manat otuz altı qəpik) manat məbləğində zərər və 32,41 (otuz iki manat qırx bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1033,77 (bir min otuz üç manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova