Məhkəmə qərarları › İş №e-2(010)-3139/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3139/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3139/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı borc tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 6211,63 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 25 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 86 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 6622.63 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İnteqral» QSC-nin nümayəndəsi ərizə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, tərəflər qeyd olunan şərtlərlə barışıq sazişi imzalamışlar: 1.Sazişin Predmeti 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1 İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 6597,63 (altı min beş yüz doxsan yeddi manat altmış üç qəpik) manat borcu etiraf edərək, həmin məbləğdən 750 manatı xx.xx.2024-cü il tarixində ödəyərək, geri qalan 5847,63 manat borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı QSC-ti iddianın predmeti olan 5847,63 manat məbləği cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə hissə sazişdə qeyd edilmiş ödəniş cədvəlinə uyğun həyata keçiriləcək: 1.1.3. iddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir.

3. XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.

4. TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir. DİGƏR MÜDDƏALAR 5.1. Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2. Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Məhkəmə hesab edir ki, hazırki barışıq sazişi qanunvericiliyin tələbləri baxımından əsaslı və qanuni olduğundan təsdiq edilməlidir. Barışıq sazişinin təsdiqini əngəlləyən hər hansı bir hal mövcud deyil. AR MPM-nin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı:

İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə bağlanmış barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.Sazişin Predmeti 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1 İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 6597,63 (altı min beş yüz doxsan yeddi manat altmış üç qəpik) manat borcu etiraf edərək, həmin məbləğdən 750 manatı xx.xx.2024-cü il tarixində ödəyərək, geri qalan 5847,63 manat borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı QSC-ti iddianın predmeti olan 5847,63 manat məbləği cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: 1.1.3. iddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir.

3. XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.

4. TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir. DİGƏR MÜDDƏALAR 5.1. Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2. Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. İddiaçı tərəfindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar