Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3156/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı) qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ünvan 1 ünvanında yerləşən evin 2/20 hissədə payına olan mülkiyyət hüququna 12000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə öz razılığı olmadan xitam verilməsi, həmin pay üzərində İddiaçı mülkiyyət hüququnun tanınması. İddia tələbinin dəlilləri İddiaçı ümumi sahəsi 173.4 kv/m olan, ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisidir. Həmin ev 2/20 hissədə mərhum Koroğlu Axtarəli oğlunun, 2/20 hissədə Cavabdeh, 16/20 hissədə isə iddiaçının paylı mülkiyyətindədir. İddiaçı həmin evi 20.000 (iyirmi min) manata notarial qaydada alğı-satqı müqaviləsi əsasında üçüncü şəxslər X3 və X2 xx.xx.2015-ci il tarixində almış və o, həmin tarixdən evdə ailəsi ilə birlikdə yaşayır. Evi iddiaçıya satan şəxslər paylarla bağlı hər hansı mübahisənin olmadığını, vaxt tapan kimi Cavabdeh da notariat kontoruna gəlib öz payını təqdim edəcəyini, mərhum Koroğlu Axtarəli oğlunun payı ilə bağlı vərəsəlik məsələləri həll olunduqdan sonra o payın da iddiaçının mülkiyyətinə verilməsi təmin olunacağını bildirmişlər. Buna baxmayaraq sonradan Cavabdeh ilə payın təqdim olunması ilə bağlı aparılmış danışıqlar fayda verməmiş, Cavabdeh payı vermək istəmədiyini bildirmiş və bu səbəbdən də mübahisə yaranmışdır. Hesab edir ki, cavabdehin payı cüzidir, real surətdə ayrıla bilmir və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi yoxdur. Bu səbəbdən də iddiaçı ona ədalətli kompensasiya verməklə müvafiq pay üzərində mülkiyyət hüquqlarına xitam verilməsini məqsədəuyğun hesab edir. xx.xx.2017-ci ildən sonra daşınmaz əmlakın 16/20 hissəsi iddiaçının mülkiyyətinə keçmiş və həmin sözü gedən evdə ondan başqa heç kim yaşamır. Çıxarışda adı keçən Koroğlu Axtarəli oğlu vəfat etmiş, Cavabdeh isə öz cüzi payını könüllü şəkildə iddiaçıya satmaq istəmir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsaslanaraq həmin payın kompensasiya müqabilində əldə etmək tələbi əsaslıdır. Kompensasiya məbləğinin mövcud bazar qiymətlərinə uyğun ədalətli müəyyən olunması üçün məhkəmədən müvafiq ekspert rəyinin alınmasında köməklik göstərməsini də xahiş edir. Cavabdehlə məsələni məhkəmədən kənar qaydada həll etməyə istiqamətlənmiş cəhdləri davamlı şəkildə rədd edilmişdir. Nəzərə almaq lazımdır ki, 2/20 hissəsində payın naturada ayrılması mümkün deyil, cavabdeh özü də bunu heç vaxt tələb etməmişdir. İddiaçının isə 16/20 hissədə olan paydan istifadə ilə bağlı mühüm mənafeyi var. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı özünün dediyi kimi mülkiyyətində olun sahədə nəinki ailəliklə, heç özü belə yaşamır. İddiaçı həmin sahədə ona məxsus sahənin müəyyən hissəsini zəbt etməklə, bəzi istifadə, sahiblik və mülkiyyət hüquqlarını pozmaqla qanunsuz olaraq ticarət mağazası tikdirmiş və ondan istifadə etməklə onlara küllü məbləğdə maddi və mənəvi zərər vurmuş və vurmaqda davam edir. İddiaçının ona məxsus "pay” deyə qeyd etdiyi əmlak pay deyil və DƏDRX-nin ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən onun şəxsi mülkiyyətidir və ona dair bütün, o cümlədən sərəncan vermək hüquqlarından onu, o, istəmədiyi təqdirdə, qanunla nəzərdə tutulan məlum hallar istisna olmaqla, heç kim onu məhrum edə bilməz. Bu hal, yalnız və yalnız qanuni yolla alqı-satqı yolu ilə mümkün ola bilər, hansı ki, özü bunu istəmir. Bacısı, mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Muradova Gültamamın guya o, və mərhum atasının digər vərəsələrinin öz əmlaklarını iddiaçıya vaxt tapan kimi təqdim edəcəyi barədə söz verməsinin ona baxılan mülki işə heç bir aidiyyatı yoxdur. Ona görə ki, o, nəinki iddiaçıya, ümumiyyətlə heç kimə bu kimi vəd və ya vədlər verməmişdir. Mərhum atası K.Axtarəli oğlundan miras qalmış əmlak onlarvərəsələr arasında bölünməmiş, həmin payda özünün də payı vardir. İddiaçının əsassız olaraq iddia elədiyinin əksinə, onun müİkiyyətində olan əmlak cüzi deyildir və ondan istifadə etməsində mühüm mənafeyi vardır. Belə ki, hazırda həmin mübahisəli mülkiyyəti ilə tam qonşuluqda-bitişik yerləşən başqa bir həyət evində, yəni ünvan 2 ünvanında qeydiyyatda olmaqla o, ailəsi ilə birlikdə yaşayır. Ozünün və ailəsinin mənafeyi naminə sözügedən mübahisəli əmlakında, hazırda yaşadığı evdə və mərhum atası K.Axtarəli oğlundan ona çatası ümumi sahədə gələcəkdə əlavə yaşayış evi, köməkçi sahələr, mağaza və sair kimi tikililər tikməklə maddi vəziyyətini yaxşılaşdıra bilər. İddiaçı tərəf nə mediasiya qaydasında, nə də digər yazılı və ya şifahi formada onun əmlakının alınması məqsədilə ona heç vaxt müraciət etməmişdir. Digər tərəfdən, özünün sözügedən mülkiyyətində olan əmlakının naturada bölünməsi, ayrılması məsələsi mümkün olsa da, iddiaçı indiyə kimi bu barədə məhkəmədə iddia tələbi ilə müraciət etməmiş, onların arasında belə bir razılıq və ya naturada bölünmənin mümkün olmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. İddiaçı tərəf iddia ərizəsində öz iddia tələblərinin əsası kimi istinad etdiyi halların sübutu olaraq məhkəməyə heç bir sübut təqdim etməmiş və ya edə bilməmiş və edə də bilməz. Ona görə ki, həmin növ sübutlar nəinki iddiaçıda yoxdur, ümumiyyətlə heç mövcud belə deyildir. İddiaçıdan fərqli olaraq özünün bütün sübutları, yəni müvafiq mülkiyyətinə dair sənədlər isə göz qabağındadır. Göründüyü kimi, İddiaçı iddia tələbinin heç bır əsası yoxdur və mümkünsüzdür. Ona görə də hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarmalıdır. X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, məhkəmədə iştirak etmək imkanları məhduddur. Buna baxmayaraq ümumi sahəsi 173.4 kv/m olan, ünvan 1 ünvanında yerləşən evin özünə aid paylarını o, İddiaçı satmışdır. Alğı-satqıdan sonra həmin fərdi yaşayış evi ona təhvil verilmiş və hal-hazıra qədər bəhs edilən evdə İddiaçı ailəsi ilə birlikdə yaşayır. İş üzrə Cavabdeh formal mülkiyyətində olan 2/20 pay çox cüzidir, real surətdə ayrıla bilməz və onun evdən istifadə edilməsində mühüm mənafeyi yoxdur. Alğı-satqı zamanı ümumi razılıq ondan ibarət idi ki, bütün bacılar öz paylarını İddiaçı satsınlar. Cavabdeh əvvəlcə razı oldu, lakin sonradan həddən artıq çox vəsait istəyərək ilkin razılaşmadan kənara çıxdı. O, hesab etdi ki, əmlakın mühüm hissəsini əldə etmiş İddiaçı onun istənilən tələbini ödəyəcək. Uzun müddət aparılmış danışıqlar fayda vermədi və onlar İddiaçı məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Xahiş edir ki, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilsin. İş üzrə mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva (Muradova) Reyhan Koroğlu qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iclasa gəlməyən R.Əliyevanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyə hüququ ilə Koroğlu Axtarəli oğlunun adına 2/20 hissədə (açıq qalır); Cavabdeh adına 2/20 hissədə və İddiaçı adına 16/20 hissədə adlarına daşınmaz əmlakın dövlət reyesstrində 286 nömrəli rreyestr kitabının 25692 nömrəli vərəqində qeydiyyata alınmışdır. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Koroğlu Axtarəli oğlu xx.xx.2003-cü ildə ölmüşdür. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
Məhkəmə müəyyən edir ki, ünvan 1 xüsusi mülkiyyə hüququ ilə Koroğlu Axtarəli oğlunun adına 2/20 hissədə, Cavabdeh adına 2/20 hissədə və İddiaçı adına 16/20 hissədə adlarına daşınmaz əmlakın dövlət reyesstrində 286 nömrəli reyestr kitabının 25692 nömrəli vərəqində qeydiyyata alınmışdır. Paylı mülkiyyətçilərdən Koroğlu Axtarəli oğlu 2003-cü ildə vəfat etmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı Cavabdeh mübahisəli evin 2/20 hissədə payına olan mülkiyyət hüququna 12000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə öz razılığı olmadan xitam verilməsi, həmin pay üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasını istəyir. Cavabdeh isə iddia ilə razılaşmayaraq rədd edilməsini istəyir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarında vurğulanır ki... “Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.” Konstitusiya Məhkəməsinin yuxarıda sadalanan mövqeyindən irəli gələrək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinin 3-cü cümləsinin tətbiq edilməsi mülkiyyətçinin payı cüzi olması, naturada ayrılması mümkün olmaması, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması kimi şərtlərin eyni zamanda mövcud olması halında mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı paylı mülkiyyətində olan daşınmaz əmlakın naturada ayrılması tələbini irəli sürmədən və bununla da naturada ayrılmanın mümkün olmadığını müəyyən etmədən cavabdehin payına olan mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb etməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsinin məzmunu baxımından, məhkəmə paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə həmin maddənin dispozisiya şərtlərinə uyğun gələn digər payçıya kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin məhkəmə müəyyən edir ki, mübahisəli evin hüquqi vəziyyəti 2003-cü ildə vəfat etmiş Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payına münasibətdə açıq qalır və vərəsələrin dairəsinin müəyyən edilməsi iş materialları ilə aşkar edilmir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh də birinci dərəcə vərəsələr siyahasına daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddası rədd olunsun. lddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova