Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3167/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası tərəflərin iştirakı ilə keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclası da tərəflərin iştirakı ilə keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclası cavabdehin iştirakı ilə keçirilərək mülki işin baxış iclası xx.xx.2025-ci il tarixdə salınmışdır. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2025-ci il tarixdə, saat 10:30-da keçirilən baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı (qəbz № **********, xx.xx.2025-ci il tarixli) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3167/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3167/2025
25.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver