Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3215/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Pirquliyeva (Nuriyeva) Kəmalə Ağababa qızı və Zamin qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclular Pirquliyeva (Nuriyeva) Kəmalə Ağababa qızı və Zamin qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən borclu Cavabdeh və Zamin 3060 manat əsas borc, 300 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 3390 manat pulun tutularaq tələbkara ödənilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ilə borclu Cavabdeh və Zamin arasında 03.08.2020-ci il tarixdə hissə-hissə şərti ilə RXM000094 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh və Zamin “Real Elektroniks” mağazasından ümumi nisyə dəyəri 4097 manat olan yataq və stol-stul dəsti almışdır. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq alıcı Cavabdeh və Zamin 03.09.2020-ci il tarixdən başlayaraq hər ayın 3-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 280 manat ödəniş etməli olduğu halda aylıq ödəniş etməmiş, aldığı malın qalıq pulunu – 3060 manatı mağazaya ödəməmişdir. Dəfələrlə borclu Cavabdeh və Zamin borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi, borclu və zaman tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(010)-3215/2021 saylı əmri ilə ərizə təmin edilmişdir. Daha sonra, borclu Cavabdeh əmrə etiraz verərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(010)-3215/2021 saylı əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(010)-3215/2021 saylı qərardadı ilə müvafiq əmri ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdeh tərəfindən ödənişlər vaxtında ödənilmədiyindən iddiaçı zərərə düşmüşdür. Bu səbəbdən cavabdeh tərəfindən ödənilmiş 600 manat məbləğində pul cəriməyə çıxılmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə verərək iddianı qismən - ödədiyi 600 manat və cərimə məbləğindən başqa qalan hissədə qəbul etdiyini bildirib iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Zamin iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh Pirquliyeva (Nuriyeva) Kəmalə Ağababa qızı onun oğlu ilə rəsmi nikaha daxil olsa da sonradan toy baş tutmamış, onlar ayrılmışlar. Bu səbəbdən cavabdeh özünə məxsus bütün cehiz əşyalarını aparmışdır. Cavabdeh üçün həmin əşyalar kreditlə alınarkən ondan zamin durmasını istəmişlər. Bu səbəbdən o müqavilə bağlayaraq zamin durmuşdur. Lakin, bu əşyaları o almamışdır və hazırda da əşyalar onun evində deyil. Həmçinin, əsas borclu olan digər cavabdeh borcunu qaytarmaqdan imtina etmir. Odur ki, məhkəmədən iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Zamin hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 16.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 737 manat ilkin ödəniş etməklə, 12 ay bərabər hissələrə bölünməklə 3360 manat öhdəliyi yaranmışdır.16.05.2021-ci il tarixinə olan borc: 3060 manat əsas borc, 300 manat cərimə olmaqla, cəmi 3360 manat. 03.08.2020-ci il tarixli, RN M 000094 saylı müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, ödənişlərin 03.08.2020 – 03.08.2021-ci il tarixləri arasında hər ay 280 manat məbləğində həyata keçirilməsi müəyyən edilmişdir. 18.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı (Satıcı) və Zamin (Zamin) arasında bağlanmış 03.08.2020-ci il tarixli, RN M 000094 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqaviləyə əsasən Zamin Alıcının Satıcı qarşısında 03.08.2020-ci il tarixli, RN M 000094 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Satıcıya olan borc və ona hesablanmış cərimələrin, borc tutulması üzrə məhkəmə xərclərinin və Alıcının öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Satıcıya dəyən zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla yaranan və yarana biləcək hər cür zərər üçün Alıcı ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış 03.08.2020-ci il tarixli, RX M 000094 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Alıcıya yataq dəsti və stol-stul satmağı, Alıcı isə həmin malı qəbul edib müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müdətdə malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Borcun əsas məbləği: 4097 manat, ilkin ödənilən məbləğ: 737 manat, qalıq məbləğ: 3360 manat. 03.08.2020-ci il tarixli, RN M 000094 saylı müqaviləyə əlavə olan təhvil-təslim qəbzindən görünür ki, yataq dəsti+stol Cavabdeh təhvil verilmişdir. 18.09.2020-ci il, 28.10.2020-ci il və 25.11.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, RX M 000094 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən hər bir qəbz üzrə 200 manat olmaqla, cəmi 600 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aralarında bağlanmış 03.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında yataq dəsti və stol-stul almış, müqavilə bağlanan zaman 737 manat ilkin ödəniş etmiş, qalıq 3360 manat məbləğində pulu12 ay müddətinə hər 280 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı və Zamin arasında həmin tarixli zaminlik müqaviləsi bağlanılmış, müqaviləyə əsasən zamin alıcı Cavabdeh satıcı İddiaçı qarşısında olan müqavilə öhdəliklərinin icrasına görə alıcı ilə bərabər məsuliyyət götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə qalıq borcundan cəmi 600 manat ödəniş etmiş, beləliklə, müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, aylıq ödənişləri vaxtıvaxtında ödəməmişdir. Bu səbəbdən İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq alqı-satqı müqaviləsi üzrə əsas borcu tələb etməkdə haqlı olmuşdur. Lakin cavabdehlərdən tutulacaq əsas borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh tərəfindən ilkin ödənişdən sonra cəmi 600 manat məbləğində ödəniş edilmişdir. Odur ki, həmin məbləğ əsas borcdan çıxılmalı, cavabdehlərdən müştərək qaydada alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2460 (3060-600) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 600 manat məbləğində pulun cəriməyə çıxılmasının heç bir hüquqi əsası yoxdur. Bu zaman o da nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən ödənilmiş 600 manat məbləğində pul müqavilə bağlandıqdan sonra ilk aylarda ödənilmişdir. Bu baxımdan həmin pulun bütövlükdə cəriməyə çıxılması əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 300 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 100 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Pirquliyeva (Nuriyeva) Kəmalə Ağababa qızı və Zamin müştərək qaydada 03.08.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2460 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 2560 (iki min beş yüz altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Pirquliyeva (Nuriyeva) Kəmalə Ağababa qızından 2460 (iki min dörd yüz altmış) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 2560 (iki min beş yüz altmış) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu Pirquliyeva (Nuriyeva) Kəmalə Ağababa qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3215/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3215/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver