Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3337/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ‘‘müqavilə üzrə yaranmış borcun tutulması’’ tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: “Expressbank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 93,47 manat məbləğində borcun və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Expressbank» Açıq Səhmdar Cəmiyyəti ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Qeyri-kredit Bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ37AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və Hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.11-ci və 4.13-cü bəndini pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixə Cavabdeh cari hesabında 5,17 manat məbləğində pul vəsaiti olmuş, xx.xx.2021- xx.xx.2021-ci tarixlərdə onun balansına 310.37 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Kart vasitəsi ilə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə müəyyən əməliyyatlar aparılmışdır. Həmin əməliyyatlar nəticəsində onun hesabından 309.01 manat məbləğində pul vəsaiti silinmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixdə karta səhvən köçürülmüş 100 manat vəsait xx.xx.2021-ci tarixdə Bank of Baku ASC tərəfindən geri çəkilmiş və ümumilikdə onun hesabından 409.01 manat vəsait silinmişdir. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır və bu səbəbdən də 93.47 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq bu ödənişləri etmiş və balansına yetərincə pul vəsaiti mədaxil etməmişdir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 01 iyun 2022-ci il tarixinə borclunun Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 93.47 manat məbləğində əsas borcu yaranmışdır. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri Banka ödənilməsini öhdəsinə götürür. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişindən görünür ki, "xxxx" ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Expresso universal Bank kartı üzrə hesab müqaviləsinə əsasən Cavabdeh adına Plastik kart hesabı açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə bağlanmış xx.xx.2020-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən plastik kart hesabı açılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixə müştərinin AZ37AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə Banka 93,47 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, "xxxx" ASC Cavabdeh qalıq borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən Cavabdeh adına Plastik kart hesabı açılmışdır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, 93,47 manat borc yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 93,47 manat məbləğində qalıq vəsait və 30,4 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən 93,47 (doxsan üç manat, qırx yeddi qəpik) manat məbləğində qalıq vəsait və 30,4 (otuz manat, qırx qəpik) manat dövlət rüsümu və bank xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-3337/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3337/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver