Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-336/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən 16 iyun 2021-ci il tarixdən Cavabdeh2 əvəz etməsinin və icarə münasibətləri üzrə hüquq və vəzifələrə malik olmasının müəyyən edilməsi və Cavabdeh2 artıq ödənilmiş 3867,75 (üç min səkkiz yüz altmış yeddi manat 75 qəpik) manat icarə haqqının alınaraq digər Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün cəmiyyətin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər daxil olmaqla 2784 (iki min yeddi yüz səksən dörd) manat müəyyən edilmişdir. 11 avqust 2021-d il tarixdə digər Cavabdeh1 "xxxx" MMC-yə müraciət edərək yuxarıda göstərilən qeyri-yaşayış sahəsini 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirdiyini bildirmiş, yeni mülkiyyətçi olaraq aylıq 500 (beş yüz) manat icarə haqqı nəzərdə tutulan icarə müqaviləsinin bağlanmasını, əks təqdirdə avadanlıqların icarə obyektindən çıxarılmasını tələb etmişdir. Həmin ərizəyə 06 sentyabr 2021-ci il tarixli CEO_LEG_935 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda icarə münasibətlərinin eyni şərtlərlə davam etdirilməsi təklif olunmuşdur. Lakin üçüncü şəxs buna məhəl qoymamış, tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə icarə obyektində quraşdırılmış mobil baza stansiyasına elektrik enerjisinin verilişini dayandıracağını bildirmişdir. Bundan başqa tərəfindən digər Cavabdeh2 qızma da artıq ödənilmiş icarə haqqının geri qaytarılması və müqavilənin 2.1.15-ci maddəsinə əməl edilməsi xahiş olunmuşdur. Lakin məktuba reaksiya verilməmişdir. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh1 16 iyun 2021-ci il tarixdən icarə müqaviləsi üzrə digər Cavabdeh2 əvəz etməli və 27 iyun 2021-d il tarixli icarə müqaviləsi üzrə bütün hüquq və vəzifələr ona keçməlidir. Bundan başqa Cavabdeh2 ona ödəniliş 2 illik icarə haqqının, yəni 4788,48 manat pul vəsaitinin icarə obyektinin özgəninkiləşdirildiyi 16 iyun 2021-d il tarixdən 27 yanvar 2023-cü il tarixədək olan hissəsinin, yəni 3867,75 (üç min səkkiz yüz altmış yeddi manat 75 qəpik) manat pul hissəsi Cavabdeh2 alınaraq digər Cavabdeh1 ödənilməlidir. Odur ki, Cavabdeh1 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən 16 iyun 2021-ci il tarixdən Cavabdeh2 əvəz etməsinin və icarə münasibətləri üzrə hüquq və vəzifələrə malik olmasının müəyyən edilməsi və Cavabdeh2 artıq ödənilmiş 3867,75 (üç min səkkiz yüz altmış yeddi manat 75 qəpik) manat icarə haqqının alınaraq digər Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən 16 iyun 2021-ci il tarixdən Cavabdeh2 əvəz etməsinin müəyyən edilməsini və onun üzərinə "xxxx" MMC ilə 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsi ilə eyni şərtlərlə icarə müqaviləsinin bağlanılması vəzifəsi qoyulmasını və Cavabdeh2 artıq ödənilmiş 3867,75 (üç min səkkiz yüz altmış yeddi manat 75 qəpik) manat icarə haqqı alınaraq İddiaçı MMC-yə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında İddiaçı MMC ilə olan icarə müqaviləsi əslində Cavabdeh2 ilə bağlanmışdır. O, sadəcə olaraq torpaq sahəsini Cavabdeh2 almış və Cavabdeh2 tərəfindən ona hər hansı pul verilməmişdir. Hal-hazırda İddiaçı MMC onun üzərinə məcburi olaraq müqavilənin bağlanması vəzifəsini qoymaq istəsə də, bu tamamilə əsassızdır və onun iradəsinə qarşıdır. Artıq onun mülkiyyətində olan torpaq sahəsinin üzərinə iddiaçıya məxsus hər hansı qurğuların yerləşdirilməsinə etiraz edir. İddia tələbini qəti olaraq qəbul etmir və onun rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan: 16 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh2 satıcı olaraq tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,1633 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 646000 (altı yüz qırx altı min manat sıfır qəpik) manat qiymətinə satmışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 20 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün cəmiyyətin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər daxil olmaqla 2784 (iki min yeddi yüz səksən dörd) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci madinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-cü maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 405.1-ci mddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün cəmiyyətin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən illik icarə haqqı vergilər daxil olmaqla 2784 (iki min yeddi yüz səksən dörd) manat müəyyən edilmişdir. 16 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh2 satıcı olaraq tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,1633 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 646000 (altı yüz qırx altı min mana sıfr qəpik) manat qiymətinə satmışdır. Həm iddiaçının, həmçinin də məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatlarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" MMC-yə müraciət edərək, yuxarıda göstərilən qeyri-yaşayış sahəsini 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirdiyini bildirmiş, yeni mülkiyyətçi olaraq aylıq 500 (beş yüz) manat icarə haqqı nəzərdə tutulan icarə müqaviləsinin bağlanmasına dair təklif etmiş, iddiaçı həmin şərtlərlə müqavilənin bağlanmasına razılaşmamışdır. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin əvvəlki müllkiyyətçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən 16 iyun 2021-ci il tarixdən Cavabdeh2 əvəz etməsinin müəyyən edilməsini və onun üzərinə "xxxx" MMC ilə 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsi ilə eyni şərtlərlə icarə müqaviləsinin bağlanılması vəzifəsi qoyulmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanmış mülki qanunvericiliyinin müdddəalarına əsasən müqavilənin bağlanması tərəflərin sərbəst iradə ifadəsinə aiddir və müqavilə bağlamağa məcburetməyə yol verilmir, bundan əlavə qed olunmalıdır ki, müqavilə şərtləri də tərəflərin istəyi ilə müəyyənləşdirilir. Bu halda qeyd olunan müqavilə iddiaçı ilə qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi ilə bağlanmış olduğundan və qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçisi iddiaçının təklif etdiyi şərtlərlə müqavilə bağlanmasına razılıq vermədiyindən, qeyri-yaşayış sahəsinin əvvəlki müllkiyyətçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən 16 iyun 2021-ci il tarixdən Cavabdeh2 Cavabdeh1 ilə əvəz etməsinin müəyyən edilməsi və onun üzərinə "xxxx" MMC ilə 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsi ilə eyni şərtlərlə icarə müqaviləsinin bağlanılması vəzifəsi qoyulması cavabdehin azad surətdə müqavilənin şərtlərini razılaşdırılmaqla müqaviləni bağlamanmasına dair mülki hüquqlarının pozulacağı səbəbindən məqsədəmüvafiq hesab olunmur və iddia bu hissədə təmin edilə bilməz. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin digər hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış 27 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsi mobil baza stansiyasının quraşdırılması üçün cəmiyyətin istifadəsinə verilməsi ilə əlaqədar illik icarə haqqı vergilər daxil olmaqla 2784 (iki min yeddi yüz səksən dörd) manat müəyyən edilmişdir. Cavabdeh2 qeyd olunan qeyri-yaşayış sahəsini 16 iyun 2021ci il tarixdə digər cavabdehə satmışdır. Cavabdeh2 artıq ödənilmiş icarə haqqının geri qaytarılması xahiş edilsə, də həmin icarə haqqı nə iddiaçıya qaytarılmış, nə də digər cavabdehə ödənilmişdir. 2 illik icarə müqaviləsini bağlamış Cavabdeh2 qeyd olunan qeyriyaşayış sahəsini özgəninkiləşdirərkən, qeyri-yaşayış sahəsindən icarə obyekti kimi istifadə etmədiyi müddətə görə pul vəsaitini qaytarmamaqla, artıq əsassız varlanmış şəxs hesab olunduğundan, ona ödənilmiş 2 illik icarə haqqının, yəni 4788,48 manat pul vəsaitinin icarə obyektinin özgəninkiləşdirildiyi 16 iyun 2021-ci il tarixdən 27 yanvar 2023-cü il tarixədək olan hissəsinin, yəni 3867,75 (üç min səkkiz yüz altmış yeddi manat 75 qəpik) manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 artıq ödənilmiş 3867,75 (üç min səkkiz yüz altmış yeddi manat yetmiş beş qəpik) manat pul vəsaiti İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi iddiaçıya, digər 30 manat məbləğindəki hissə isə Cavabdeh2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-336/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-336/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver