Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-34/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı «X5 Kompani S.A» Şirkətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və əmlaka dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair və iddiaçı «X5 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddia tələbi. 1.İddiaçı cavabdeh “X5 Kompani S.A” Şirkətinin(işşilərinin) ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahədən çıxarılması və əmlakına dəymiş maddi ziyan qismində 5000 manat pulun və dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.İddiaçı “X5 Kompani S.A” Şirkətinin cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4354/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin İddiaçı «X5 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı «X5 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
4.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahə istifadə hüququ əsasında iddiaçıya məxsusdur. Bu hüququnun xx.xx.2020-ci il tarixindən qeydiyyatdan keçməsi barədə ona AR ƏMDK DƏDRX tərəfindən Çıxarış və Torpaq sahəsinin planı verilmişdir. Bu günə kimi sözügedən ərazi heç bir maneə və məhdudiyyət olmadan onun istifadəsi və sahibliyi altında olmuş, davamlı olaraq həmin ərazidə abadlaşdırma, təmir, bərpa işləri görmüşdür. Amma bir müddət olar xəbər tutmuşdur ki, cavabdeh şirkət tərəfindən heç bir icazə alınmadan onun ərazisinə daxil olunaraq, hasarın bir hissəsi uçurulmuş və oraya neft quyusu üçün avadanlıqlar tökülərək işlər görülmüşdür. Dərhal işlərin dayandırılmasını tələb edərək, ərazinin ona məxsus olduğunu bildirmiş və hüquq müəyyənedici sənədləri göstərərək ərazini boşaltmalarını tələb elsə də, işçilər onlara belə göstəriş verildiyini, rəhbərliklə danışın-deyərək özbaşınalıqlarına davam etmişlər. Bu səbəbdən də aidiyyəti qaydada polisə müraciət edərək özbaşınalığın qarşısının alınmasını xahiş etmişdir. Polis tərəfindən əlaqə saxlanılaraq həmin ərazinin onun istifadəsi altında olduğu bildirilmiş, onun hüquqlarını və qanunvericiliyin tələblərini pozmamaları izah edilmiş, o cümlədən həmin əraziyə hansı əsasla girdiklərinə dair məlumatın və təsdiqedici sənədlərin təqdim edilməsi tapşırılmışdır. Bununla yanaşı iddiaçı da cavabdeh şirkətə ondakı qüvvədə olan hüquqmüəyyənedici sənədləri göstərərək torpağı tam qanuni əsaslarla alqı-satqı əsasında əldə etdiyini və ondan əvvəl də həmin torpağın başqa sahibinin olmasını bildirmişdir. İddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq alqı-satqı əsasında sözü gedən torpaq sahəsini almamışdan qabaq həmin torpaq sahəsi 1992-ci ildən Baramaçılıq şirkətinin qanuni istifadəsində olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən heç bir mötəbər fakt və sübut, sənəd təqdim edilmədən onun ərazisinə qanunsuz olaraq girərək hazırda da tikinti, qurğu işləri aparılaraq ərazisindən icazəsiz istifadə edilir. Hazırda cavabdeh tərəfindən əmlakın qanunsuz olaraq zəbt edilməsi, əmlakına yönələn bu cür qanunsuz hərəkətlər onun rəsmi qaydada qeydə alınan əmlak hüququnu kobud şəkildə pozduğundan, məhkəmədən kənar mübahisəni həll etmək mümkün olmadığından cavabdeh tərəfin ona məxsus əmlakdan çıxarılmaları üçün aidiyyəti qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Hazırda cavabdeh tərəfindən əmlakın qanunsuz olaraq zəbt edilməsi, iddiaçının əmlakına yönələn qanunsuz hərəkətləri onun mülkiyyət hüququnu kobud şəkildə pozur. İddiaçı, dəfələrlə ərazini boşaltmalarını, torpaqdan çıxmağı tələb etsə də, şirkət tərəfindən onun tələbi təmin edilməmiş, mülkiyyətinə heç bir hüquqları çatmadığı halda əsassız, qanunsuz prinsipə salınaraq onun əmlak üzrə hüququ pozulmuş və eləcə də əlavə vaxt itkisinə səbəb olmuşlar. Cavabdeh tərəfin qanunsuzluğu nəticəsində onun əmlakına ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfindən özbaşınalıq edilərək hasarın bir hissəsi uçurulmuş, ərazidə qazıntı işləri aparılmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdeh şirkətin vurduğu ziyan 5000 manat məbləğində dəyərləndirilir. Dəymiş ziyan cavabdeh tərəfindən törədildiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və dəymiş ziyanı tam şəkildə ödəməyə bocrludur. Qeyd olunanlara, qanunvericiliyin tələblərinə əsasən sözügedən torpaq sahəsi üzrərində istifadə hüququ olduğundan, həmin hüququ təsdiq edən çıxarışın həqiqilik prezumpsiyası səbəbindən cavabdeh şirkətin əməkdaşlarının, əşyalarının onun ərazisindən çıxarılması, eləcə də ona dəymiş maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. İddiaçı cavabdeh ilə məhkəmədənkənar mübahisəni həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən daşınmaz əmlakın qanuni davamlı istifadəçisi olduğundan onun tələbi tam təmin olunmalıdır. Əks yanaşma həm beynəlxalq, həm də yerli qanunvericiliklə təsbitini tapmış hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
5. İddiaçı “X5 Kompani S.A.”şirkəti tələbini onunla əsaslandırmışdır ki, “X5 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstəişlərdən üstündür. “X5 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X5 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, balanslarında olan 584 saylı neft quyusunun yaxınlığında 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsində İddiaçı tərəfindən özbaşına olaraq qazıntı və torpaqlama işlərinin aparılması aşkarlanmışdır. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
Tərəflərin izahatları.
6. İddiaçı onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" kiçik müəssisəsi tərəfindən Azərbaycan Respublikası Bakı şəhər, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H ünvanda yerləşən 33.1879 ha torpaq sahəsinin istifadə hüquqlarından 74857.3 kv.m torpaq sahəsinin istifadə hüquqlarını İddiaçı 6000 manata satılmışdır və bununla bağlı xx.xx.2020-ci il tarixindən qeydiyyatdan keçməsi barədə ona AR ƏMDK DƏDRX tərəfindən Çıxarış və Torpaq sahəsinin planı verilmişdir. 2023-cü ildə “X5 Kompani S.A.”şirkəti tərfindən təmir işləri görülmüş, hasarlanmış ərazi sökülmüş və nəticədə iddiaçıya 5000 manat məbləğində ziyan dəymişdir. “X5 Kompani S.A.”şirkəti müraciəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4354/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı «X5 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı «X5 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Dövlət Reyestr Xidməti tərəfindən verilmiş sənədə əsasən torpaq sahəsi iddiaçının istifadəsindədir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarına əsasən “Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin razılığı əsasında həmin torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə ayrılması barədə qərarı mövcuddur. “X5 Kompani S.A.”şirkəti tərəfindən Bakı şəhər İnzibati Məhkəməsinə müraciət olunmuş lakin, Bakı şəhər İnzibati Məhkəməsinin 2-1(112)-7305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkünsüz hesab olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış müddətsiz verilmişdir, ləğv olunmamış və qüvvədədir. Mütəxəssiz rəyinə əsasən torpaq sahəsinin “X5 Kompani S.A.”şirkətinə məxsusluğu, İddiaçı tərədindən özbaşına zəbt yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahənin 1976-ci ildən bəri “Socar”-a məxsusdur və həmin ərazidə bir neçə quyu mövcuddur. Həmin quyuların mütəmadi olaraq yoxlanılmalı olduqlarını, neft quyularının dövlətə məxsus olduğunu və eləcə də istənilən vaxt hadisə baş verəcəyini bildirmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «X5 Kompani S.A» Şirkətinə məlumat verilməsinə baxmayaraq, o məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, qeyri-yaşayış binası "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətdə olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,-10K, Suraxanı-Hövsan yolu, 2-ci km, 33.1879 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2019-cu ildən torpaq sahəsi üzərində istifadə hüququ "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır.
10. xx.xx.2020-ci il tarixli torpaq sahəsinin istifadə hüquqlarının alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, birinci tərəf-satıcı- "xxxx" kiçik müəssisəsi, qanuni təmsilçisi və təsisçisi X4 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş ********** saylı elektron arayışa, xx.xx.2019-cu ildə verilmiş **********84-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 7-7097/17 saylı məktuba əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H ünvanda yerləşən 33.1879 ha torpaq sahəsinin istifadə hüquqlarından 74857.3 kv.m torpaq sahəsinin istifadə hüquqlarını “İkinci tərəf” Alıcı- İddiaçı 6000 manata satılmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 611905 saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı, 7.4857 ha torpaq sahəsi üzərində (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2020-ci ildən istifadə hüququ İddiaçı adına qeydiyyata alınmışdır.
12. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-117/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/8142 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, tədqiqatın nəticəsi qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi İddiaçı adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış **********81 reyestr nömrəli, 7.4857 ha torpaq sahəsinə düşür, qərardadın ikinci sualı üzrə, torpaq sahəsinin digər sahələrə ümumi hasar daxilində olması səbəbindən əlavə torpaq sahəsinin olubolmamasını aydınlaşdırmaq mümkün olmamış, qərardadın üçüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir, qərardadın dördüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(“Azneft” İstehsalat Birliyinin “Qaraçuxur İNM”) istifadəsinə verilmiş ərazisidir.
13. “X5 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir.
14. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Suraxanı OYL OK SA” əməliyyat şirkətinin Qaraçuxur neft yatağının kontrakt sahəsinin ərazisində olan 584 saylı quyudan təxmininən 130 metr aralı məsafədə dövlət qeydiyyat nömrəsi olmayan texnika vasitəsilə torpaq tökülməsi və düzlənməsi işləri aşkar edilmiş, torpaqlama işlərini aparan işçilərə işin dayandırılması xəbərdarlıq edilmiş, lakin edilən xəbərdarlığa məhəl qoyulmayaraq iş davam etdirilmişdir.
15. Arayışdan müəyyən olunur ki, təqdim olunmuş koordinatlar əsasında İddiaçı istifadəsində olan torpaq sahəsi “Suraxanı OYL OK SA” əməliyyat şirkətinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat əsasında vətəndaşın istifadəsində olan torpaq sahəsinin daxilində 1963-cü ildə ləğv olunmuş 816 saylı quyu, 1979-cu ildə ləğv olunmuş 851 saylı quyu, istismar fonduna aid 584 saylı quyu mövcuddur, sahədən 90 m məsafədə 839 saylı quyu, 85 m məsafədə 811 saylı quyu, 150 m məsafədə 841 saylı quyu mövcuddur. Qaraçuxur yatağının neft hasilatının sabit saxlanması üçün 584 saylı quyuda geoloji-texniki tədbirləin aparılması zəruridir. Bu ərazi Karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işənməsi üçün kommersiya marağı kəsb edir. Vətəndaşın torpaq sahəsinin koordinatları X, Y (1. 415925.20 4472140.43, 2.416039.70 4472107.45, 3.416003.23 4471901.55, 4. 415902.08 4471671.21, 5. 415752.29 4471718.90), 584 saylı quyunun koordinatları X,Y ( 415820.60 4471757.80) müəyyən edilmişdir.
16. Bakı şəhər İnzibati Məhkəməsinin 2-1(112)-7305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, “X5 Kompani S.A” Şirkətinın Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və "xxxx" Kiçik müəssisəsinə və İddiaçı qarşı “Bakı şəhər X2 xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarın ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi və İddiaçı arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibasız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır.
17. Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643 saylı, xx.xx.1991-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Lenin rayon soveti İcraiyyə Komitəsinin xahişi (“Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu əsasında) təmin olunaraq "xxxx" kiçik müəssisəsinə Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun kənarında torpaq sahəsi ayrılmışdır.
18. xx.xx.2025-ci il tarixli Aktdan müəyyən olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında (X-416001.4754, Y-4471904.0132 koordinatlarında) yerləşən torpaq sahəsi Abşeron İB-nin balansında olan magistral neft kəmərinin mühafizə zolağının xaricində yerləşir.
İşin faktiki halları.
19. Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643 saylı, xx.xx.1991-ci il tarixli qərarına əsasən Lenin rayon soveti İcraiyyə Komitəsinin xahişi (“Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu əsasında) təmin olunaraq "xxxx" kiçik müəssisəsinə Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun kənarında torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən qeyri-yaşayış binası "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətdə olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,-10K, Suraxanı-Hövsan yolu, 2-ci km, 33.1879 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2019-cu ildən torpaq sahəsi üzərində istifadə hüququ "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin istifadə hüquqlarının alqı-satqı müqaviləsi bağlanmış və birinci tərəf-satıcı- "xxxx" kiçik müəssisəsi, qanuni təmsilçisi və təsisçisi X4 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş ********** saylı elektron arayışa, xx.xx.2019-cu ildə verilmiş **********84-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 7-7097/17 saylı məktuba əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H ünvanda yerləşən 33.1879 ha torpaq sahəsinin istifadə hüquqlarından 74857.3 kv.m torpaq sahəsinin istifadə hüquqlarını “İkinci tərəf” Alıcı- İddiaçı 6000 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 611905 saylı Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı, 7.4857 ha torpaq sahəsi sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin kateqoriyasına aid olmaqla xx.xx.2020-ci ildən istifadə növündə İddiaçı xeyrinə yüklü edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-117/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8142 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, tədqiqatın nəticəsi qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi İddiaçı adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış **********81 reyestr nömrəli, 7.4857 ha torpaq sahəsinə düşür, qərardadın ikinci sualı üzrə, torpaq sahəsinin digər sahələrə ümumi hasar daxilində olması səbəbindən əlavə torpaq sahəsinin olub-olmamasını aydınlaşdırmaq mümkün olmamış, qərardadın üçüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir, qərardadın dördüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“Azneft” İstehsalat Birliyinin “Qaraçuxur İNM”) istifadəsinə verilmiş ərazisidir. Bakı şəhər İnzibati Məhkəməsinin 2-1(112)-7305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, “X5 Kompani S.A” Şirkətinın Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və "xxxx" Kiçik müəssisəsinə və İddiaçı qarşı “Bakı şəhər X2 xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarın ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi və İddiaçı arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibasız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M a d d ə 5 0 . Torpaq sahəsi üzərində istifadə hüququ Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
26. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643 saylı, xx.xx.1991-ci il tarixli qərarına əsasən Lenin rayon soveti İcraiyyə Komitəsinin xahişi (“Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu əsasında) təmin olunaraq "xxxx" kiçik müəssisəsinə Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun kənarında torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən qeyri-yaşayış binası "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətdə olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,- 10K, Suraxanı-Hövsan yolu, 2-ci km, 33.1879 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2019-cu ildən torpaq sahəsi üzərində istifadə hüququ "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin istifadə hüquqlarının alqı-satqı müqaviləsi bağlanmış və birinci tərəf-satıcı-"xxxx" kiçik müəssisəsi, qanuni təmsilçisi və təsisçisi X4 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş ********** saylı elektron arayışa, xx.xx.2019-cu ildə verilmiş **********84-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 7- 7097/17 saylı məktuba əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2ci km, 10 H ünvanda yerləşən 33.1879 ha torpaq sahəsinin istifadə hüquqlarından 74857.3 kv.m torpaq sahəsinin istifadə hüquqlarını “İkinci tərəf” Alıcı- İddiaçı 6000 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 611905 saylı Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı, 7.4857 ha torpaq sahəsi (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin kateqoriyasına aid olmaqla) xx.xx.2020-ci ildən istifadə növündə İddiaçı xeyrinə yüklü edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 117/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8142 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, tədqiqatın nəticəsi qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi İddiaçı adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış **********81 reyestr nömrəli, 7.4857 ha torpaq sahəsinə düşür, qərardadın ikinci sualı üzrə, torpaq sahəsinin digər sahələrə ümumi hasar daxilində olması səbəbindən əlavə torpaq sahəsinin olub-olmamasını aydınlaşdırmaq mümkün olmamış, qərardadın üçüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir, qərardadın dördüncü sualı üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“Azneft” İstehsalat Birliyinin “Qaraçuxur İNM”) istifadəsinə verilmiş ərazisidir. Bakı şəhər İnzibati Məhkəməsinin 2-1(112)-7305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, “X5 Kompani S.A” Şirkətinın Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və "xxxx" Kiçik müəssisəsinə və İddiaçı qarşı “Bakı şəhər X2 xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarın ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi və İddiaçı arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibasız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır. 27.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və ilkin olaraq Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 14/643 saylı, xx.xx.1991-ci il tarixli qərara əsasən Lenin rayon soveti İcraiyyə Komitəsinin xahişi (“Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu əsasında) təmin olunaraq "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi,-10K, Suraxanı-Hövsan yolu, 2-ci km, 33.1879 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla (sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi) xx.xx.2019-cu ildən torpaq sahəsi üzərində istifadə hüququ "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır. Daha sonra torpaq sahəsinin bir hissəsi "xxxx" kiçik müəssisəsi tərəfindən İddiaçı satılmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cıxarış verilmiş və xx.xx.2020-ci ildən torpaq sahəsi üzərində istifadə hüququ İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra “X5 Kompani S.A” Şirkətinın Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, "xxxx" Kiçik müəssisəsinə və İddiaçı qarşı “Bakı şəhər X2 xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarın ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi və İddiaçı arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibasız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia mümkün sayılmamışdır.
28. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
29. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin aparılmış ekspertiza rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi İddiaçı adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış **********81 reyestr nömrəli, 7.4857 ha torpaq sahəsinə düşür. Cavabdeh “X5 Kompani S.A” Şirkəti isə iddiaçının həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini iddia edir.
30. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
31. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır, hal-hazırda iddiaçının istifadəsinə verilmiş və həmin torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinin onun istifadəsinə ayrılmasına dair reyestrin məzmununun qeyri-dəqiqliyini cavabdeh “X5 Kompani S.A” Şirkəti tərəfindən sübuta yetirilməmişdir. Həmçinin cavabdeh “X5 Kompani S.A” Şirkəti və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həmin torpaq sahəsinin onların istifadəsində olmasını, həmin torpaq sahəsində neft quyularının mövcud olmasını qeyd etsə də, “Əzizbəyov Neft” Neft və Qaz çıxarma İdarəsinin 01-05/722, xx.xx.1991-ci il tarixli razılıq məktubu ilə torpaq sahəsinin başqasının istifadəsinə ayrılmasına dair razılıq verilməsini əsaslandıra bilməmişlər.
32. Bundan əlavə məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir, iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və həmin faydalı qazıntıların çıxarılması, emal olunması, satılması, ondan istifadə edilməsi zərurəti yarandığı halda, dövlət öz mülkiyyətində olan faydalı qazıntılardan maneəsiz istifadə etmək hüququna malikdir.
Məhkəmə xərcləri.
33. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçıların hər biri 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
34. İddia qismən təmin olunaraq, İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı 7.4857 ha torpaq sahəsindən cavabdeh «X5 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları çıxarılmalıdır. İddia tələbi qismən təmin olduğundan ödənilmiş dövlət rüsumu İddiaçı aid olunmalıdır. İddiaçı «X5 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçı «X5 Kompani S.A» Şirkətinə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat cavabdeh “X5 Kompani S.A.” Şirkətindən alınaraq dövlət büdcəsinə keçirilməlidir. 35.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q ə t e t d i:
İddia qismən təmin olunsun. İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı- Hövsan yolu, 2-ci km, 10 H saylı 7.4857 ha torpaq sahəsindən cavabdeh «X5 Kompani S.A» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. İddiaçı «X5 Kompani S.A» Şirkətinin cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı «X5 Kompani S.A» Şirkətinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat cavabdeh “X5 Kompani S.A.” Şirkətindən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X7 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova