Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-352/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2018ci il tarixli podrat müqaviləsi üzrə ödənilməmiş 7000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək, sazişin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin (İddiaçı və Cavabdeh2) imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1. Tərəflər razılığa gəlirlər ki, İddiaçı xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənilməli olan pul vəsaitinin məbləğindən Cavabdeh2 1000 manat güzəşt edir;
2. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, Abşeron quşçuluq sovxozu ərazisində Cavabdeh2 məxus 0.06 ha torpaq sahəsi üzərində 90 m2 sahəsi olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh2 ödənilməmiş 6000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürür;
3. Bu saziş imzalandığı an Cavabdeh2 ödəməli olduğu 6000 manat məbləğində pul vəsaitinin yarısını, yəni 3000 manat hissəsini ödəməyi öz öhdəsinə götürür;
4. İddiaçı xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə təhvil verdiyi tikilidən pulun ödənilməməsi səbəbindən çıxarmış olduğu ləvazimatları yerinə yerləşdirməyi və həmin tikilini müqavilədə nəzərdə tutulduğu qaydada bu müqavilə imzalandığı andan 10 gün müddətində Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürür;
5. İddiaçı xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə tikdiyi tikilinin ləvazimatlarını yerinə yerləşdirərək həmin tikilini təhvil verdiyi gün Cavabdeh2 qalan məbləği, yəni 3000 manat pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürür;
6. Bu barışıq sazişi imzalandığı və barışıq sazişi ilə ödənilməli olan 3000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən ödənildiyi andan İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair e-2(010)-352/2023 saylı mülki iş üzrə iddia tələbindən imtina edir;
7. Tərəflər bu barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliyi yerinə yetirmədiyi təqdirdə bu sazişin tələblərinin məcburi icraya yönəldilməsinə etiraz etmədiyini bildirir;
8. Barışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəflər iş üzrə icraata xitam verilməsinə razıdır”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Məhkəmə həmçinin hesab edir ki, barışıq sazişi mübahisə tərəflərinin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, Cavabdeh1 da bu iş üzrə cavabdeh olsa da, o, digər Cavabdeh2 müqavilə öhdəliklərinin icrasına zamin durduğundan və yalnız bu səbəbdən bu iş üzrə cavabdeh olduğundan, zamin durduğu müqavilə tərəfləri arasında bağlanmış sazişlə onun üzərinə heç bir öhdəlik qoyulmadığından bağlanmış bu saziş onun heç bir hüququnu pozmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi həll edilməmişdir. Belə olan halda məhkəmə xərcləri ilə bağlı məsələ Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq həll edilməli, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D I:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə İddiaçı və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər razılığa gəlirlər ki, İddiaçı xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənilməli olan pul vəsaitinin məbləğindən Cavabdeh2 1000 manat güzəşt edir;
2. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, Abşeron quşçuluq sovxozu ərazisində Cavabdeh2 məxus 0.06 ha torpaq sahəsi üzərində 90 m2 sahəsi olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh2 ödənilməmiş 6000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürür;
3. Bu saziş imzalandığı an Cavabdeh2 ödəməli olduğu 6000 manat məbləğində pul vəsaitinin yarısını, yəni 3000 manat hissəsini ödəməyi öz öhdəsinə götürür;
4. İddiaçı xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə təhvil verdiyi tikilidən pulun ödənilməməsi səbəbindən çıxarmış olduğu ləvazimatları yerinə yerləşdirməyi və həmin tikilini müqavilədə nəzərdə tutulduğu qaydada bu müqavilə imzalandığı andan 10 gün müddətində Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürür;
5. İddiaçı xx.xx.2018-ci il tarixli podrat müqaviləsi üzrə tikdiyi tikilinin ləvazimatlarını yerinə yerləşdirərək həmin tikilini təhvil verdiyi gün Cavabdeh2 qalan məbləği, yəni 3000 manat pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürür;
6. Bu barışıq sazişi imzalandığı və barışıq sazişi ilə ödənilməli olan 3000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən ödənildiyi andan İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair e-2(010)-352/2023 saylı mülki iş üzrə iddia tələbindən imtina edir;
7. Tərəflər bu barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliyi yerinə yetirmədiyi təqdirdə bu sazişin tələblərinin məcburi icraya yönəldilməsinə etiraz etmədiyini bildirir;
8. Barışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəflər iş üzrə icraata xitam verilməsinə razıdır”. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva