Məhkəmə qərarları › İş №e-2(010)-357/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-357/2025

15.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-357/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair birinci iddia ərizəsi və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı gecikdirilmiş müddət üçün hesablanmış illik 5 faiz pul vəsaitinin tutulması tələbinə dair ikici iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı2 və İddiaçı1 Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildən – xx.xx.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar- İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 59 900 manat məbləğində zərərin birgə cavabdehlər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 daha sonra ərizə təqdim edərək xx.xx.2006-ci ildən – xx.xx.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar- İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 58 690 manat məbləğində zərərin birgə cavabdehlər- Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 daha sonra ərizə təqdim edərək xx.xx.2005-ci ildən – xx.xx.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar- İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 85 750.32 manat məbləğində zərərin birgə cavabdehlər- Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı gecikdirilmiş müddət üçün hesablanmış illik 5 faiz pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 31733,28 ABŞ dolları məbləğində faiz, 320 manat məbləğində hüquqi yardım xərci və 252 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada İddiaçı2 və İddiaçı1 tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1488/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1488/2025 saylı mülki iş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan e-2(010)- 357/2025 saylı mülki işə birləşdirilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 xx.xx.2004-cü il tarixində notarial alqı-satqı müqaviləsi əsasında əldə etmiş olduğu Azərbaycan Respublikası DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixində verilmiş 9305-ci reyestr kitabında JN-10462D, KOD ******* nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0.04 ha torpaq sahəsinin mülkiyyətçisi olan zaman torpaq yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında 2 ev inşa etmişdir. Həmin evlərin tikilməsində məqsəd onlardan birində öz ailəsi ilə məskunlaşmaq və digər evi kirayə verərək dolanışığının təmin edilməsindən ibarət olmuşdur. İddiaçı2 tərəfindən qeyd edilən kirayə məqsədini həyata keçirmək üçün təxminən 2005-ci il tarixində o, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kirayəşin olaraq tanımış və öz evlərinə buraxmışdır. Təxminən bir neçə ay sözügedən evdə kirayə qaldıqdan sonra Cavabdeh3 bu evi almaq niyyətində olduğunu İddiaçı2 bildirmişdir. Həmçinin bildirmişdir ki, alqı-satqı üçün tələb edilən vəsaitin bir qismi hazırda özündədir, digər qismini isə həyat yoldaşı Rusiya Federasiyasından gələn zaman özü ilə gətirəcəkdir. Beləliklə, tərəflər arasında müvafiq razılaşma əldə edilmişdir. Tərəflər arasındakı alqı-satğı razılaşmasının məzmununa əsasən, birgə iddiaçılar evi cavabdehin ailəsinə ümumilikdə 23 000 ABŞ dolları məbləğində satmağı razılaşmışlar. Lakin, cavabdeh tərəf bildirmişdir ki, 17 000 ABŞ dolları məbləğini indi, 6000 ABŞ dolları məbləğini isə 2 ay vaxt verilməklə ödəyə biləcəkdir. Həmin 6000 məbləği Rusiyadan Cavabdeh3 özü vasitəsi ilə gətirəcəkdir. İddiaçı2 cavabdehin təklifi ilə razılaşaraq münasibətlərini rəsmiləşdirməyi qərara alaraq həmin ərazidə alqı-satğı vasitəçiliyi xidmətləri göstərən ofisə yaxınlaşaraq orada çalışan X1 müraciət etmişlər. Sonuncu tərəfindən sözügedən mövzu tərəflər- Cavabdeh3 ilə İddiaçı2 arasında imzalanmış xx.xx.2005-ci il tarixli Beh müqaviləsi ilə rəsmiləşdirilmişdir. Müqavilənin məzmununda da göründüyü kimi müqavilə rəsmiləşdirilən zaman İddiaçı2 hüquqmüəyyənedici sənəd kimi müvafiq şəhadətnamayə malik olmuşdur. Müqavilə imzalanandan sonra Muradovun cavabdeh və onun ailəsinə vermiş olduğu müddət birmişdir. Cavabdeh tərəf pulun ödənişini iki ilə yaxın müddət ərzində ödəməmiş və İddiaçı2 məhkəməyə müraciət etmişdir. İkinci iddia tələbinin əsaslandırıldığı hallar.

7. İkinci iddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 26 may 2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsində yerləşən evi ona satmağı öhdəsinə götürmüşdür. Lakin sonradan bununla bağlı aralarında mübahisə yaranmışdır. Suraxanı rayon məhkəməsinin 30 mart 2008-ci il tarixli qətnaməsinə əsasən onun Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və mənzildən çıxarılmağı, cavabdeh İddiaçı2 isə 17000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı hesabı ilə alınaraq ona verilməsi qət edilmişdir. Verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK tərəfindən qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2(103)- 2968/2008 № li iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dollarının ödənildiyi gün Azərbaycan, manatına məzənnəsi ilə cavabdeh İddiaçı2 alınaraq ona verilməsi qərara alınmışıdır. Məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Suraxanı rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh İddiaçı2 34000 ABŞ dolları məbləğində pulu ona ödəməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş ev cavabdehlərin nikahda olduğu dövrdə əldə edilmiş və ər-arvadın ümumi birgə mülkiyyəti olmuşdur. Beləliklə də cavabdeh İddiaçı2 qeyd edilən evi A hissədə mülkiyyətçi olan digər cavabdehin razılığı əsasında satmışdır. Həmçinin cavabdeh İddiaçı2 17000 ABŞ dolları məbləğində pulu təkcə ona məxsus olan vəsait kimi deyil, ərarvadın ümumi birgə əmlakının satışından əldə edilmiş pul kimi almışdır. Məhkəmə aktı ilə cavabdeh İddiaçı2 pulun alınması qət edilsə də, həmin pul məbləğinin ondan alındığı gündən bu günə qədər cavabdehlər həmin puldan müştərək şəkildə bəhrələnmişdir. Buna görə də cavabdehlər ödəməli olduqları pul məbləğinin ödənilməsini iyirmi ilə yaxın müddət ərzində gecikdirdiyi üçün cavabdehlərdən pul məbləğinin ödənilməsinin gecikdirdikləri bütün müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini tələb etmək niyyətindədir. Pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 31733,28 ABŞ dolları təşkil edir.

Tərəflərin izahatları.

8. İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında yerləşən torpaq sahəsində iki ev inşa olunmuş və evlərdən birinin kirayə verilməsi məqsədilə tikmişlər. 2005-ci ildən cavabdehlər həmin ünvanda kirayə yaşamağa başlamış və sonradan evi almaq niyyətində olduqlarını bildirmişlər. Bu məqsədlə onlar arasında xx.xx.2006-cı il tarixdə evlərin alqı-satğı müqaviləsi bağlanmış və evə dair 17000 ABŞ dolları beh verilmiş və yerdə qalan pulun 6000 ABŞ dolları pulun 4 ay ərzində verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf müqavilənin tələblərini pozduğundan o iki il sonra məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-243/2008 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı2 məxsus 0.04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə İddiaçı2 alınaraq Cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2968/2008 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə 30 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-40/09 saylı qərarı ilə Cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)- 2968/2008 nömrəli iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34 000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə İddiaçı2 alınıb Cavabdeh3 verilməsi qərara alınmışdır. İcra sənədi Suraxanı İcra Şöbəsinə yönləndirilsə də, həmin qətnamə icra olunmamış qalmışdır. Belə ki, o dəfələrlə icra şöbəsində olmuş, müxtəlif instansiyalara məktublar ünvanlamış, lakin icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. O, həmin fərdi yaşayış evini satmaq və cavabdehə olan borcunu ödəmək niyyətindədir, lakin cavabdehlər evdən çıxmaa niyyətlərinin olmadığını bildirmişdir. Cavabdehlər 2005-ci ildən həmin ünvanda fasiləsiz yaşamaqla kirayə haqqı belə ödəməmişlər və bu halda o maddi zərərə uğramışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması, beh müqaviləsinin ləğv olunmasının onun təqsirindən baş vermədiyini, cavabdeh tərəfin müqavilə öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək ikinci iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. İddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 ilkin iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük yaşayış ünvanında yerləşən torpaq sahəsi hal-hazırda İddiaçı1 mülkiyyətindədir və həmin torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Həmin evlərdən birində iddiaçı öz ailə üzvləri ilə birlikdə məskunlaşmış, digər evdə isə cavabdeh öz ailə üzvləri ilə yaşayır. Həmin torpaq sahəsində iki evin tikilməsində məqsəd evlərdən birinin kirayə verilməsi olmuşdur. Bununla bağlı Cavabdeh3 ailə üzvləri ilə birlikdə 2005-ci ildə həmin evdə kirayə yaşamağa başlamış, lakin sonradan evi bəyənərək almaq niyyətində olduğunu bildirmiş və iddiaçı ilə 23000 ABŞ dollarına razılaşmışlar. Bununla bağlı olaraq tərəflər arasında xx.xx.2006-cı il tarixdə evlərin alqı-satğı müqaviləsi bağlanmış və evə dair 17000 ABŞ dolları beh verilmiş və yerdə qalan pulun 6000 ABŞ dolları pulun 4 ay ərzində verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf müqavilənin tələblərini pozduğundan iddiaçı iki il sonra məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-243/2008 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı2 məxsus 0.04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə İddiaçı2 alınaraq Cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2968/2008 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə 30 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-40/09 saylı qərarı ilə Cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)- 2968/2008 nömrəli iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34 000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə İddiaçı2 alınıb Cavabdeh3 verilməsi qərara alınmışdır. İcra sənədi Suraxanı İcra Şöbəsinə yönləndirilsə də, həmin qətnamə icra olunmamış qalmışdır. Belə ki, iddiaçı dəfələrlə icra şöbəsində olmuş, müxtəlif instansiyalara məktublar ünvanlamış, lakin icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. İddiaçı cavabdehə təklif etmişdir ki, evi satmaq üçün evə müştəri gətirməsinə şərait yaratsın, lakin cavabdeh buna şərait yaratmamışdır. İddiaçı həmin fərdi yaşayış evini satmaq və cavabdehə olan borcunu ödəmək niyyətindədir, lakin cavabdehlər evdən çıxma niyyətlərinin olmadığını bildirmişdir. İş üzrə qiymətləndirmə rəyinə əsasən cavabdehlər uzun müddət həmin fərdi yaşayış evində yaşadığından 85750.32 manat kirayə haqqı ödəməlidir. Cavabdehlər 2005-ci ildən həmin ünvanda fasiləsiz yaşamaqla kirayə haqqı belə ödəməmişlər və bu halda iddiaçı maddi zərərə uğramışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, beh müqaviləsinin ləğv olunmasının onun təqsirindən baş vermədiyini, cavabdeh tərəfin müqavilə öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək ikinci iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 ikinci iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 26 may 2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsində yerləşən evi Cavabdeh3 satmağı öhdəsinə götürmüşdür. Lakin sonradan bununla bağlı aralarında mübahisə yaranmışdır. Suraxanı rayon məhkəməsinin 30 mart 2008-ci il tarixli qətnaməsinə əsasən onun Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0,04 ha torpaq sahəsindən və mənzildən çıxarılmağı, cavabdeh İddiaçı2 isə 17000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatı hesabı ilə alınaraq ona verilməsi qət edilmişdir. Verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK tərəfindən qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2(103)- 2968/2008 № li iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, behin ikiqat məbləğdə, yəni 34000 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatına uyğun məzənnə ilə cavabdeh İddiaçı2 alınaraq ona verilməsi qərara alınmışıdır. Məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Suraxanı rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh İddiaçı2 34000 ABŞ dolları məbləğində pulu ona ödəməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində (indiki Çöllük küçəsi) yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş ev cavabdehlərin nikahda olduğu dövrdə əldə edilmiş və ər-arvadın ümumi birgə mülkiyyəti olmuşdur. Beləliklə də cavabdeh İddiaçı2 qeyd edilən evi A hissədə mülkiyyətçi olan digər cavabdehin razılığı əsasında satmışdır. Həmçinin cavabdeh İddiaçı2 17000 ABŞ dolları məbləğində pulu təkcə ona məxsus olan vəsait kimi deyil, ərarvadın ümumi birgə əmlakının satışından əldə edilmiş pul kimi almışdır. Məhkəmə aktı ilə cavabdeh İddiaçı2 pulun alınması qət edilsə də, həmin pul məbləğinin ondan alındığı gündən bu günə qədər cavabdehlər həmin puldan müştərək şəkildə bəhrələnmişdir. Buna görə də cavabdehlər ödəməli olduqları pul məbləğinin ödənilməsini iyirmi ilə yaxın müddət ərzində gecikdirdiyi üçün cavabdehlərdən pul məbləğinin ödənilməsinin gecikdirdikləri bütün müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini tələb etmək niyyətindədir. Pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 31733,28 ABŞ dolları təşkil edir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ünvanında yerləşən torpaq sahəsi xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur.

13. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-243/2008 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, Cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı2 məxsus 0.04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə İddiaçı2 alınaraq Cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2968/2008 nömrəli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin hazırki iş üzrə 30 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)- 40/09 saylı qərarından müəyyən olunur ki, Cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)-2968/2008 nömrəli iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34 000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə İddiaçı2 alınıb Cavabdeh3 verilməsi qərara alınmışdır.

16. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır.

17. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır.

18. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Ağayeva X2 rayonu, Çaylı kəndi ünvanında qeydiyyatdadır.

19. xx.xx.2006-ci il tarixli evlərin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı İddiaçı2, alıcı Cavabdeh3dur. Alıcı və satıcı arasında razılaşma yolu ilə mənzilin dəyəri 23000 ABŞ dolları müəyyən edilir. (Mənzilin yerləşdiyi ünvan Oktay Şabanov küçəsi ünvansız) qarşılıqlı razılaşma ilə 17000 ABŞ dolları məbləğdə beh qoyulur. Qalan 6000 ABŞ dolları 25 sentyabr 2006-cı ildə veriləcəkdir.

20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı1 məxsus, ünvan 5 ünvanı və bilavasitə yaxın ətraf ərazidə, xüsusi mülkiyyətdə olan, 0.02 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.metrdən ibarət olan, 3 otaqlı, kürsülü, 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evlərinin 2006-ci ilin may ayı tarixindən 2024-cü ilin dekabr ayı tarixinədək orta aylıq kirayə haqqının yekun məbləği 58.690 manat təşkil edir.

21. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2005-ci ildən xx.xx.2025-ci il dövrü əhatə edən müddət ərzində aylıq kirayə dəyərlərinin ümumi dəyəri 85.750 manat təşkil edir. "xxxx" MMC-nin xidmət haqqı 500 manat təşkil edir.

İşin faktiki halları.

22. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2006-ci il tarixdə evlərin alqı-satqı müqaviləsi bağlanmış, satıcı İddiaçı2 və alıcı Cavabdeh3 olmaqla razılaşma yolu ilə mənzilin dəyəri 23000 ABŞ dolları müəyyən edilmişdir. Qarşılıqlı razılaşma ilə 17000 ABŞ dolları məbləğdə beh(Mənzilin yerləşdiyi ünvan Oktay Şabanov küçəsi ünvansız) qoyulur. Qalan 6000 ABŞ dolları 25 sentyabr 2006-ci ildə veriləcəkdir. Tərəflər arasında öhdəlik yerinə yetirilmədiyindən İddiaçı2 Cavabdeh3 qarşı mənzildən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-243/2008 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı2 məxsus 0.04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə İddiaçı2 alınaraq Cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2968/2008 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə 30 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-40/09 saylı qərarı ilə Cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)-2968/2008 nömrəli iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34 000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə İddiaçı2 alınıb Cavabdeh3 verilməsi qərara alınmışdır. Mülki iş üzrə icra sənədi İcra şöbəsinə göndərilsə də, icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. Hazırda iddiaçı cavabdehlərin 2005-ci ildən hal-hazıradək həmin evdə yaşadıqlarını, ona məxsus evdən faydalandıqlarını, lakin kirayə haqqlarını ödəmədiklərini əsas gətirərək ona maddi zərər vurulduğunu və cavabdehlərdən kirayə haqqının tutulmasını və onların mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdeh tərəf isə öz növbəsində iddia tələbi ilə məhkəməyə müraciət edərək pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 31733,28 ABŞ dollarının tutulmasını tələb edir.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

27. İşin hallarından görünür ki, tərəflər arasında xx.xx.2006-ci il tarixdə evlərin alqısatqı müqaviləsi bağlanmış, satıcı İddiaçı2 və alıcı Cavabdeh3 olmaqla razılaşma yolu ilə mənzilin dəyəri 23000 ABŞ dolları müəyyən edilmişdir. Qarşılıqlı razılaşma ilə 17000 ABŞ dolları məbləğdə behin (Mənzilin yerləşdiyi ünvan Oktay Şabanov küçəsi ünvansız) qoyulması və qalan 6000 ABŞ dolları 25 sentyabr 2006-ci ildə verilməsi razılaşdırılmışdır. Tərəflər arasında öhdəlik yerinə yetirilmədiyindən İddiaçı2 Cavabdeh3 qarşı mənzildən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-243/2008 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh3 Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı2 məxsus 0.04 hektar torpaq sahəsindən və mənzildən çıxarılması, 17000 ABŞ dolları məbləğində Azərbaycan manatı hesabı ilə İddiaçı2 alınaraq Cavabdeh3 verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2968/2008 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə 30 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-40/09 saylı qərarı ilə Cavabdeh3 şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)-2968/2008 nömrəli iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34 000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə İddiaçı2 alınıb Cavabdeh3 verilməsi qərara alınmışdır. Mülki iş üzrə icra sənədi İcra şöbəsinə göndərilsə də, icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır. Hazırda iddiaçı cavabdehlərin 2005-ci ildən hal-hazıradək həmin evdə yaşadıqlarını, ona məxsus evdən faydalandıqlarını, lakin kirayə haqqlarını ödəmədiklərini əsas gətirərək ona maddi zərər vurulduğunu və cavabdehlərdən kirayə haqqının tutulmasını və onların mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdeh tərəf isə öz növbəsində iddia tələbi ilə məhkəməyə müraciət edərək pulun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 31733,28 ABŞ dollarının tutulmasını tələb edir.

28. İddiaçı tərəf cavabdehdən aldığı behin ikiqat miqdarda geri qaytara bilməməsi halını onunla əsaslandırır ki, cavabdeh evdən çıxdıqdan sonra o evi satmaq və ona olan borcu ödəmək niyyətində olmuşdur. Lakin cavabdehlər evdən çıxmamış, bununla bağlı olaraq dəfələrlə müxtəlif instansiyalara məktublar ünvanlamış, məhkəmə qətnamə üzrə qət olunmuş məbləğ ödənilməmiş qalmışdır. O, cavabdehlərin 2005-ci ildən hal-hazıradək həmin evdə yaşadıqlarını, ona məxsus evdən faydalandıqlarını, lakin kirayə haqqlarını ödəmədiklərini əsas gətirərək ona maddi zərər vurulduğunu və cavabdehlərdən kirayə haqqının tutulmasını və onların mənzildən çıxarılmasını tələb etmişdir.

29. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə tərəflər həm borclu, həm də tələbkar olmaqla icra sənədinin icrasını tələb etsələr də, icra sənədi icra olunmamış vəziyyətdə qalmışdır.

30. Məhkəmə hesab edir ki, hazırkı halda tərəflər arasında yaranmış hal öhdəliklərin qarşılıqlı icrası qaydasında həll olunmalıdır.

31. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

32. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 15 il ötməsinə baxmayaraq, icra sənədi icra olunmamış və tərəflər icra sənədinin icra olunmamasında qarşılıqlı olaraq bir-birini təqsirli hesab edirlər.

33. Məhkəmə hesab edir ki, icra sənədinin əvvəlki vəziyyətdə qalması hər iki tərəfin hüquqlarını pozur. Belə ki, iddiaçı tərəf cavabdehlərin 2006-cı ildən onlara məxsus olan evdə yaşadıqlarını, lakin onların həmin evdə yaşamaları üçün hər hansı hüquqlarının mövcud olmadığını, həmin evdə qanunsuz olaraq yaşadıqlarını əsas gətirərək maddi ziyana məruz qaldıqlarını bildirməklə cavabdehlərdən müqavilə bağlanan tarixdən aylıq kirayə haqqlarını tələb etmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların həmin tələbi əsaslıdır. Belə ki, cavabdeh tərəf həmin evə dair verilmiş behin ona qaytarılmaması səbəbindən evdən çıxmadığını və hal-hazırda həmin mübahisəli evdə yaşadığını bildirmişdir.

34. İkinci iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-40/09 saylı qərarı ilə Cavabdeh3 şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)- 2968/2008 nömrəli iş üzrə 05 sentyabr 2008-ci il tarixli qətnaməsi behin qaytarılmasının dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, beh ikiqat məbləğdə, yəni 34 000 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə İddiaçı2 alınıb Cavabdeh3 verilməsi qərara alınsa da, həmin tarixdən bu günə kimi pul vəsaiti qarşı tərəfə ödənilməmiş qalmışdır. Bu halda məhkəmə hesab edir ki, tərəf həmin pul vəsaitinin ona vaxtında qaytarılmaması səbəbindən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə münasibətdə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Məhkəmə hesab edir ki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olsalar da, hər iki tərəf icra sənədinin icrasından yayınmaqla icra sənədinin icra olunması üçün nəzərdə tutulmuş müddəti pozmuşlar.

36. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ünvanında yerləşən torpaq sahəsi xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə münasibətdə onun qanuni gözləntisi vardır.

38. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2006-ci il tarixdə evlərin alqı-satqı müqaviləsi bağlandığından, aylıq kirayə haqqının tutulması xx.xx.2006-cı il tarixdən başlanmalıdır. İkinci iddia üzrə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə münasibətdə illik beş faizin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-40/09 saylı qərarının qəbul edildiyi müddətdən hesablanmalıdır.

Məhkəmə xərcləri.

39. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 299.70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən ikinci iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 320 manat məbləğində nümayəndəyə ödənilən xərc və 252 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

40. Belə olan halda məhkəmə hesab edir ki, nümayəndəyə ödənilən xərc və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi tərəflərdən tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045.71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalıdır.

42. İş üzrə ödənilmiş 299.70 (iki yüz doxsan doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı1 ödənilməli və ödənilməmiş - 30.44 (otuz manat, qırx dörd qəpik) manat dövlət rüsumu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

43. İkinci iddia qismən təmin olunaraq İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2024cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058.33 (iyirmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq Cavabdeh3 ödənilməli və iş üzrə ödənilmiş 320 (üç yüz iyirmi) manat hüquqi xidmət və 252 (iki yüz əlli iki) manat dövlət rüsumu cavabdeh İddiaçı2 qaydada tutularaq iddiaçı Cavabdeh3 ödənilməlidir.

44. Qətnamənin qət etdi hissəsində göstərilən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045.71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilməsi və İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058.33 (iyirmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq Cavabdeh3 ödənilməsi hissələri eyni vaxtda icra edilməlidir.

45. İddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 500 (beş yüz) manat xidmət haqqı tutularaq "AİD CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

46. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045.71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılsın. İş üzrə ödənilmiş 299.70 (iki yüz doxsan doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı1 ödənilsin. İş üzrə ödənilməmiş - 30.44 (otuz manat, qırx dörd qəpik) manat dövlət rüsumu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. İkinci iddia qismən təmin olunsun. İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058.33 (iyirmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq Cavabdeh3 ödənilsin. İş üzrə ödənilmiş 320 (üç yüz iyirmi) manat hüquqi xidmət və 252 (iki yüz əlli iki) manat dövlət rüsumu cavabdeh İddiaçı2 qaydada tutularaq iddiaçı Cavabdeh3 ödənilsin. Qətnamənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80045.71(səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilməsi və İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27058.33 (iyirmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq Cavabdeh3 ödənilməsi hissələri eyni vaxtda icra edilsin. İkinci iddia qalan hissədə təmin olunmasın. İddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 500 (beş yüz) manat xidmət haqqı tutularaq "AİD CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar