Məhkəmə qərarları › İş №e-2(010)-3582/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3582/2022

14.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3582/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” X2 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” X2 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətinə verilməsinə dair JN-0037, KOD 80523059 saylı dövlət aktının ona, İddiaçı və X1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd olunan tələb xüsusi icraat qaydasında baxılmalı olan işlər kateqoriyasına aid olduğundan həmin işə xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər; Hazırkı ərizə məhkəməyə iddia ərizəsi formasında daxil olmuş, tərəflər də iddiaçı və cavabdeh kimi göstərilmişlər. Eyni zamanda, iddianın xahiş şetdi hissəsində iddiaçı özü ilə birgə digər şəxs barəsində də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə yenidən verilərkən bu halın da dəqiqləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırılmaqla və ərizə dəqiqləşdirilməklə, yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” X2 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu tam məbləğdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar