Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3608/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: *.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qızı, 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının 03.06.20*4-cü il tarixində Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra ərizəçi Soltanov X6 rayon Məhkəməsinə ərizəyə əlavə ilə müraciət edərək qızı 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının 27 iyun 20*4-cü il tarixində Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizədə tələbin əsaslandırıldığı hallar.
3. Ərizə onunla əsaslandırılmışdır ki, 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızı onun qızıdır. Qızı ailə həyatı qurduqdan sonra ailə üzvləri ilə birlikdə 03.06.20*4-cü il tarixində Azərbaycan Respublikasının ölkə hüdudlarından kənara çıxmış, Türkiyə Respublikasına getmiş, orada məskunlaşmışdır. Həmin vaxtdan etibarən ümumiyyətlə, onun qızı ilə əlaqəsi kəsilmişdir. Daha sonra ona məlum olmuşdur ki, qızı ailə üzvləri ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş, orada baş verən bombardman nəticəsində vəfat etmişdir. Qızının harada dəfn olunmasına ilə bağlı araşdırma aparsa da, aydınlaşdırmağa çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Onu da qeyd edir ki, 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının övladı, xx.xx.2004-cü il təvəllüdlü Şahid Azərbaycan Respublikasının repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində həyata keçirdiyi yüksək perspektivli tədbirlər nəticəsində ölkəyə repatriasiya olunmuşdur. Nəvəsi, xx.xx.2004-cü il təvəllüdlü Şahid Suriya Ərəb Respublikasında baş verən hadisələrin və 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının həlak olmasının şahidi olmuşdur. 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının Azərbaycan Respublikasının ərazi hüdudlarından kənara çıxması, Suriya Ərəb Respublikasına getməsi və orada həlak olması ilə bağlı məlumatların rəsmi surətdə təqdim olunması ilə bağlı tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təqdim edilmiş **.06.2024-cü il tarixli, 3-39-5/2-2*56/2024 saylı məktubda Azərbaycan Respublikasının vətəndaşı 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının ölkəyə 03.06.20*4-cü il tarixində Türkiyə Respublikası istiqamətində tərk etdiyi və geri qayıtmadığı qeyd olunmuşdur. Daxil olmuş məlumata əsasən, G.Soltanovanın Türkiyədən qeyri-leqal yollarla Suriyaya getdiyi və orada həlak olduğu bildirilmişdir. Onu xüsusilə vurğulayır ki, ona təqdim edilmiş sözü gedən sübutda övladı, 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının ölməsi faktı təsdiq edilmişdir. Qızına dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-754-*5/2024 saylı məktubla ərizənin təmin edilməsindən imtina edilmiş, bununla bağlı olaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sənədləşdirmə prosesi aparılarkən, ailə tərkibi ilə bağlı hər hansı bir razılıq tələb olunduğu zaman qızının vəfat etməsi faktını təsdiq edə bilmədiyi üçün bir sıra hüquqlarından məhrum olur. Belə olan təqdirdə qızı, 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının ölməsi faktının məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, qızı, 26.*0.*984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Punhan qızının 03.06.20*4-cü il tarixində Suriya Ərəb Respublikasında ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını qanunamüvafiq hesab edir.
Ərizəçinin izahatı:
4. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdilər.
5. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Soltanova (Bağırova) Günel Punhan qızı onun anası, Ərizəçi isə babasıdır. 20*4-cü ildə anası, atası, bacısı və qardaşı ilə birlikdə Türkiyəyə, sonra Suriyaya və daha sonra İraqa getmişlər. 20*7-ci ildə Qurban bayramının birinci günü idi. Onun gözü qarşısında bina partlamış, valideynləri, bacısı və qardaşı həlak olmuşlar. O, özü Səfirliyin köməkliyi ilə Azərbaycana qayıtmışdır.
İş materialları:
7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən X2 nümayəndəsi və vəkili Vəkil ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 26 oktyabr *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızı 03 iyun 20*4-cü il tarixdə ölkəmizi Türkiyə Respublikası istimqamətində tərk etmiş və geri qayıtmamışdır. Daxil olmuş məlumatlara əsasən, G.Soltanova Türkiyədən qeyri-leqal yollarla Suriyaya getmiş və orada həlak olmuşdur. Lakin, Suriyadakı vəziyyəti nəzərə alaraq, G.Soltanovanın ölməsini təsdiqləyən dəlillər əldə etmək mümkün olmamışdır.
8. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 28.**.*984-cü il tarixdə verilmiş doğum haqında şəhadətnamənin surətindən görünür ki, X4 26.*0.*984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə 28.**.*984-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 296* nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.
9. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən X2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, 6 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi qızının Soltanova (Bağırova) günel Pünhan qızı ölümünün qeydə alınması ilə bağlı 24 iyun 2024-cü il tarixli müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.*, 8.2 və 8.3-cü bəndlərinə əasən “Ölüm bu barədə məlumat verən şəxsin səçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır”. Büləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında qızının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. *0. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən G.Soltanovanın doğumu, nikahı və övladlarının doğumu haqqında məlumatlar aşkar edilmişdir. Belə ki, valideynləri X8 və X9 olan 26 oktyabr *984-cü il təvəllüdlü X* doğumunun 28 noyabr *984-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Qeyd edilir ki, Günel Bağırovanın (Soltanova) 25 may 2005-ci ildə Yevlax rayon qeydiyyat şöbəsində *972-ci il təvəllüdlü X*0 ilə nikahı qeydə alınmışdır. Bu nikahdan doğulmuş övladları xx xxxx 2004-cü il təvəllüdlü Şahid və 0* noyabr 2006-ci il təvəllüdlü X3 doğumu 29 aprel 2008-ci ildə Yevlax rayon qeydiyyat şöbəsində, 27 may 20*3-cü il təvəllüdlü X5 doğumu isə 30 mart 20*4-cü ildə 2 saylı Bakı “Asan xidmət” mərkəzindəki qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. **. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 26 oktyabr *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızının 0* yanvar 20*4-cü il tarixdən *9 iyul 2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasına 03 iyun 20*4-cü ildə çıxışı qeydə alınmışdır. *2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna *9.07.2024-cü il tarixli cavab məktubundan görünür ki, 26 oktyabr *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya ehtiyatlarında sosial ödəniş (pensiya, təqaüd, sosial müavinət) alan şəxs olmasına dair məlumat mövcud deyil. *3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna *6.07.2024-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş Soltanova (Bağırova) Günel Pünhan qızının Suriya Ərəb Respublikasında həlak olub-olmaması ilə bağlı məlumatın əldə edilməsi üçün Suriya tərəfinə sorğu göndərilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyinə müvafiq məktub göndərilmişdir. Səfirlikdən məlumat daxil olduğu təqdirdə təqdim ediləcəkdir. *4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X20 tərəfindən verilmiş 3*.07.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızı 0*.0*.20*4-cü il tarixdən bü günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X*7 mərkəzi məhkəmə-tibbi ekspertiza, bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. *5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən verilmiş *2.08.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, 26 oktyabr *984cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızı Bakı şəhəri, Hövsan qəsəbəsi, a\Yat, *9 məhəllə *4/*5, ev 7 ünvanında qeydiyyatdadır.
Tətbiq edilən hüquq:
*6. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.*. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 305.*.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*3. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
Məhkəmənin mövqeyi:
*8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, ərizə təmin olunmalıdır. *9. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, 26 oktyabr *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızı 03 iyun 20*4cü il tarixdə ölkə hüdudlarını tərk edərək getmiş və geri qayıtmamışdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vəkil sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 26 oktyabr *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızı 03 iyun 20*4-cü il tarixdə ölkəmizi Türkiyə Respublikası istiqamətində tərk etmiş və geri qayıtmamışdır. Daxil olmuş məlumatlara əsasən, G.Soltanova Türkiyədən qeyri-leqal yollarla Suriyaya getmiş və orada həlak olmuşdur. Lakin, Suriyadakı vəziyyəti nəzərə alaraq, G.Soltanovanın ölməsini təsdiqləyən dəlillər əldə etmək mümkün olmamışdır.
20. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, 26.*0.*984-cü il təvəllüdlü Bağırova (Soltanova) Günel Pünhan qızının ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilməlidir. 2*. Məhkəmə iclasında şahid qismində iştirak edən şəxsin verdiyi ifadəyə görə onun anası *984-cü il təvəllüdlü Soltanova (Bağırova) Günel Pünhan qızı və onun ailə üzvləri binanın partladılması nəticəsində 27.06.20*7-ci il tarixdə vəfat etmişdir.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə:
24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*6-220, 3*2-3*5, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 26.*0.*984-cü il təvəllüdlü Bağırova (Soltanova) Günel Pünhan qızı 27 iyun 20*7-ci il tarixdə Suriya Ərəb Respublikasında ölmüş elan edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Leyla Talıbova