Məhkəmə qərarları › İş №e-2(010)-3609/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3609/2024

18.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3609/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə*, Cavabdeh3 nümayəndəsi və digər Cavabdeh4, digər Cavabdeh*, onun nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh* nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Mı̇ rzəbəyova Gülzar Həmzəbəyovnanın cavabdehlər Cavabdeh*, Mı̇ rzəbəyov Elman Həmzəbəyovı̇ ç, Mı̇ rzəbəyov Xanlar Həmzəbəyovı̇ ç, Cavabdeh4 və Cavabdeh5nə qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Mı̇ rzəbəyova Gülzar Həmzəbəyovna cavabdehlər Cavabdeh*, Mı̇ rzəbəyov Elman Həmzəbəyovı̇ ç, Mı̇ rzəbəyov Xanlar Həmzəbəyovı̇ ç, Cavabdeh4 və Cavabdeh5nə qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vərəsəliyi nəzərə alınmadan Cavabdeh4, Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 Mirzəbəyoviçin adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrinin ləğv edilməsi və İddiaçı X8in vərəsəsi kimi tanınması və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Mirzəbəyov Həmzəbəy 06.*0.*989-cu ildə Bakı şəhərində vəfat etmişdir. Həmin şəxsdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi ev *9 ünvanında yerləşən daşınmaz əmlak miras olaraq vərəsələrinə qalmışdır. Miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 24 saylı notariat ofisinə müraciət edilmişdir. Notariat ofisində təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Belə ki, notariat ofisi özünün 4*2 nömrəli *5 may 2023-cü il tarixli məktubunda göstərmişdir ki, mirasın qəbulu müddəti keçdiyi üçün İddiaçı vərəsəlik şəhadətnaməsi verilə bilməz. Göstərilən əsasla şəhadətnamənin verilməsindən imtina olunması isə tamamilə əsassızdır. Belə ki, Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 457 nömrəli **.04.2023-cü il tarixli arayışında göstərilmişdir ki, həqiqətən mərhum Həmzəbəy Mirzəbəyov 06.*0.*989-cu il tarixədək vəfat etdiyi günədək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olmuş və o, onunla birlikdə həmin ünvanda yaşamışdır. Sonradan, ailə qurduqdan sonra həmin ünvandan qeydiyyatdan çıxsa da, o, mərhumun ölümündən sonra da mütəmadi olaraq bu ünvanda yerləşən evə gedib-gəlməklə faktiki olaraq miras əmlakı qəbul etmişdir və idarə etmişdir. Ona görə də mirasın qəbulu ilə bağlı müddəti də ötürməmişdir. Onun həmin ünvanda yaşadığını və mirası faktiki olaraq qəbul etdiyini şahidlər də təsdiq edə bilər. Bütün bunlara baxmayaraq, *2 may 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən Mirzəbəyov Həmzəbəyin vərəsələri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi *9 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3 Həmzəbəyoçiv və onların hər biri miras əmlakdan */4 hissədə irs almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.2023 tarixdə Mirzəbəyov Həmzəbəyə verilmiş 30/876 qeydəalma nömrəsi ilə 0* nömrəli kitabın *06-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Qeyd edir ki, miras əmlak bölünən zaman o, mirasın açılması zamanı cəlb edilməmişdir. Belə ki, onun iştirakı olmadan miras əmlak bölünmüş və həmin şəxslərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu zaman da o, mirasın bölgüsündən kənarda qalmışdır. Vərəsəlik şəhadətnaməsi verilmiş şəxslər *2.05.2024-cü il tarixində Notariat ofisinə müraciət etmiş və həmin gün də onlara vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonradan xəbəri olmuş o, İddiaçı isə xx.xx.2024-cü il tarixində Notariat ofisinə müraciət etmişdir. Lakin müddətin ötürülməsinə görə onun vərəsə qismində tanınmasında imtina edilmiş və onun mirasa pay hüququ tanınmamışdır. Göstərilən hallar isə onun hüquqlarının pozulması və mirasdan məhrum edilməsinə səbəb olmuşdur.

Tərəflərin izahatları.

3. Cavabdehlər 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavbadehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə* bildirdi ki, iddianın təmin olunmasını xahiş edir. Əlavə olaraq qeyd etdi ki, hazırki iddiada vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, vərəsəlikdən, lakin əvvəlki iddiada isə müddətdən söhbət gedirdi. Mülki Məcəllənin *30*.*-ci maddəsində təsbit olunub ki, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan 3 ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyəti barəsində həmin vərəsəyə bildiriş göndərməlidirlər. Hazırda eyni valideynlərin övladlarına qalmış mirasdan söhbət gedir. Mirasın ədalətli bölgüsünü tələb edir. 6.Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və digər Cavabdeh4 iddia tələbi ilə razı olmadığını bildirdi.

7. Məhkəmə iclasında Cavabdeh* iddia tələbini qəbul etmədiyin bildirdi. 8.Məhkəmə iclasında Cavabdeh* nümayəndəsi Nümayəndə2 bildirdi ki, vaxtında rəhmətlik atası Xanlar əmisinə, Elman əmimə mirası vəsiyyət edib, Zahidə bibim də sənədi cırıb.

9. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh* nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddianı qəbul etmirlər. Ötən məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahidlər dindirilərkən daimi şəkildə mübahisəli evə gedib-gəldiklərini bildirmələrinə baxmayaraq, qeydiyyatda olmalarına dair sübut yoxdur. İddiaçı atasının vəfatından sonrakı ilk 6 ay ərzində atasından miras qalmış əmlakda yaşamamışdır. Bu da onu göstərir ki, həmin evdə onun qeydiyyatı olmayıb. Şəxsin vəfatından 6 ay sonra evdə hər hansı bir təmir işlərinin görülməsi miras əmlakı qəbul etmə anlamına gəlmir, lakin qismən dəyişdirilmiş iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməsini, xitam verilmədiyi təqdirdə, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

İşin materialları.

*0. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mı̇ rzəbəyova Gülzar Həmzəbəyovna *3.02.*967-ci il tarixdə anadan olmuşdur. X8, anası Mirzəbəyova Ayşatdır. **. AR BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya FM, 023*62 nömrəli, *3.07.*967-ci il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qumluq küçəsində yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m olan 3 otaqlı *9 saylı fərdi yaşayış evi Mirzəbəyov Həmzəbəyin adına qeydiyyata alınmışdır. *2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəbəyov Həmzəbəy 06.*0.*989-cu il tarixdə vəfat etmişdir. *3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-268/2024 saylı, 23.0*.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şahid2, X*, İddiaçı, Şahid3, Cavabdeh4 qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. *4. Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin *2 may 2024-cü il tarixli, 2V-424 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsindən görünür ki, 06.*0.*989-cu il tarixdə vəfat etmiş Mirzəbəyov Həmzəbəyin vərəsələri - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3dir və onların hər biri miras əmlakdan */4 hissədə irs almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.2023 tarixdə Mirzəbəyov Həmzəbəyə verilmiş 30/876 qeydəalma nömrəsi ilə 0* nömrəli kitabın *06-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi, *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. *5. Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin *2 may 2024-cü il tarixli, 2V-425 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsindən görünür ki, 06.*0.*989-cu il tarixdə vəfat etmiş Mirzəbəyov Həmzəbəyin vərəsəsi – X2 idi, lakin onun 06.0*.*998-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun arvadı – Cavabdeh* ¼ hissədə keçir. Həmin şəhadətnaməyə əsasən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.2023 tarixdə Mirzəbəyov Həmzəbəyə verilmiş 30/876 qeydəalma nömrəsi ilə 0* nömrəli kitabın *06-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi, *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. *6. AR ƏN 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış 30 may 2024-cü il tarixli, *659 nömrəli məktubundan görünür ki, miras qoyanın öldüyü məqamda qüvvədə olan **.09.*964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdi idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasmda notariat hərəkətlərinin aparılması qaydaları haqqmda təlimatın 99-cu bəndinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Mirzəbəyov Həmzəbəydən qalmış mirası qəbul etmə faktı ilə bağlı sübutlar təqdim edilməmişdir. Mirzəbəyov Həmzəbəydən qalmış mirası qəbul etmə faktı ilə bağlı sübutlar olmadığından və artıq vərəsələrə hər biri üçün ¼ hissədən ibarət olmaqla vərəsəlik şəhadətnamələri verildiyindən həmin fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. *7. Məhkəmənin 25.**.2024-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, tərəflərin bacısıdır. Valideynləri vəfat edəndən sonra rəhmətlik İsmayıl adlı qardaşının həyat yoldaşı özbaşına, heç kəsdən soruşmadan, rəsmi icazə olmadan 2 sot ərazidə ev tikib, Cavabdeh2 da 2 sot ərazidə tikilmiş evi söküb. Cavabdeh4 *4 yaşında evdən qaçıb, uzun müddət Dubayda, daha sonra Pakistanda yaşayıb. Cavabdeh4 Pakistandan deportasiya olandan sonra evin həyətində səliqə-sahman yaradıb, orada yaşamasını təklif etdi, lakin o razı olmadı. Atası *989-cu ildə həmin evdə vəfat edəndə o həmin evə gedib-gəlirdi, lakin daimi yaşamırdı. İddiaçı da onun kimi gedib-gəlib, davadərman gətirirdi, anasına qulluq göstərirdi. *8. Məhkəmənin 25.**.2024-cü il tarixli iclasında şahid qismində dindirilən X3 bildirdi ki, iddiaçının qonşusudur. O, *983-cü ildə gəlin gələn vaxtdan həmin məhəllədə yaşamışdır. İddiaçı ev aldığına görə evdən köçüb. *989-cu ildə tərəflərin atası vəfat edəndən sonra həmin evdə bir müddət heç kəs yaşamayıb, o evdə Firəngiz yaşayıb. *9. Məhkəmənin 25.**.2024-cü il tarixli iclasında şahid qismində dindirilən X9 bildirdi ki, tərəflərin qonşusudur. Doğulandan bəri həmin məhəllədə yaşamışdır. *989-cu ildə tərəflərin mərhum atası vəfat edəndən sonra iddiaçı mübahisəli evə gedib-gəlib. Sonra iddiaçının həmin evdə daimi yaşadığını görməmişdir.

İşin faktiki halları.

20. Hazırki mübahisə obyektini təşkil edən əmlak - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi, *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evi mərhum Mirzəbəyov Həmzəbəyin mülkiyyətinə olmuşdur və o, *989-cu ildə vəfat etdikən sonra həmin tarixdə vərəsəlik münasibətləri yaranmışdır. Miras əmlaka dair vərəsəlik şəhadətnamələri 2024-cü ildə dörd vərəsənin adına verilmişdir. Ondan əvvəl tərfələr arasında mirasın qəbul edilməsi müddətinin ötürülməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı mirasın qəbul edilmə müddətini ötürmüşdür. Hazırki iddia tələbində iddiaçı bildirir ki, mərhum miras qoyanın qızıdır. İddiaçı mərhum atasının birinci dərəcəli vərəsəsi olmasına baxmayaraq, atasından miras qalmış əmlaka münasibətdə vərəsəlik işinin açılması ilə bağlı cavabdehlərin notariat orqanın müraciət edilməsindən xəbəri olmamışdır. Belə ki, cavabdehlər vərəsə kimi yalnız özlərini təqdim etməklə mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və hər biri */4 hissədə pay əldə etmişdir. Başqa sözlə, hazırkı iddia tələbində vərəsəlik şəhadətnamələri mübahisələndirilir. Hazırki hallara istinad etməklə iddiaçı tələbinin təmin edilməsini xahiş edir. Tələbin hüquqi əsasını Mülki Məcəllənin vərəsəlik fəslini təşkil edən normaları təşkil edir. Cavabdeh tərəf iddianı qəbul etmir və etirazını onunla əsaslandır ki, iddiaçı mirasın qəbul edilmə vaxtını ötürmüş və heç bir əsas olmadan uzun müddət keçəndən sonra hazırkı iddianı irəli sürmüşdür. Cavabdeh tərəf etirazında ona əsaslanır ki, iddiaçı atalarından qalan əmlakı heç vaxt idarə etməmişdir. Bundan başqa, məhkəmə qətnaməsi ilə də təsdiq olunub ki, iddiaçı tərəf miras əmlakı qəbul etmə müddətini itirmişdir. Ona görə də, cavabdeh tərəf hesab edir ki, iş üzrə ya icraata xitam verilməlidir, ya da mahiyyəti üzrə baxılırsa iddia rədd edilməlidir.

Tətbiq edilən hüquq.

2*. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.*. Azərbaycan Respublikası Konstitusiyasının *49-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 326. Birtərəfli əqd üzrə vəzifələr

Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Maddə 327. Birtərəfli əqdlərin hüquqi tənzimlənməsi Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. (Azərbaycan SSR Ali Soveti tərəfindən *964-cü il sentyabrın **-də qəbul edilmiş və *965-ci il martın *-də qüvvəyə minmişdir) Azərbaycan SSR Mülki Məcəlləsi. ( AR Mülki Məcəlləsinin 0* sentyabr 2000-ci il tarixdə qüvəyyə minməsilə qüvvədən düşmüşdür.) Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 2*-ci maddəsində göstərilmiş gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 552. Mirası qəbul Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki olaraq idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlara mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

23. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 202*-ci il tarixli Qərarı.

Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 46. İşdə iştirak edən şəxslərin tərkibi Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi.

25. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə cavabdeh tərəfin, Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Şahid2, X*, İddiaçı, Şahid3, Cavabdeh4 (üçüncü şəxslər Cavabdeh3, X5 və Cavabdeh2 olmaqla), qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə baxıldığından və iddia rədd edildiyindən, hazırkı iş üzrə icraata xitam verilməsi barədə vəsatəti ilə razılaşmır. Belə ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı miras əmlaka münasibətlərin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından, miras əmlakı qəbul etmə müddətini ötürmüşdür. Hazırkı tələbdə isə cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələri mübahisələndirilir, hansı ki, əvvəki qətnamə qəbul edilən vaxtı həmin şəhadətnamələr hələ mövcud deyildi. Hazırkı işdə mübahisələndirilən şəhadətnamələr 23.0*.2024-cü il tarixindən sonra tərtib edilmişdir. İş üzrə cavabbeh Cavabdeh* münasibətdə isə qeyd edilməlidir ki, o, əvvəlki məhkəmə mübahisəsi üzrə ümumiyyətlə tərəf olmamışdır və ona görə də, həmin qətmnamənin preyudisiallığı Cavabdeh* aid edilə bilməz. Hazırkı işdə məhkəmə cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələrinin (birtərəfli əqdlərin) etibarlı olub-olmamasına hüquqi qiymət verir. İddiaçı tələbini onunla əsaslandırır ki, notarius imtina məktubunda bildirmişdir ki, mirasın qəbulu müddəti keçdiyi üçün iddiaçıya vərəsəlik şəhadətnaməsi verilə bilməz. İddiaçı tərəf hesab edir ki, bu imtina əsassızdır. Ona görə ki, iddiaçı mərhum atasının vəfat etdiyi günədək onunla birlikdə yaşamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının dəlilləri əsasssızdır. Belə ki, arıq qeyd edildiyi kimi, tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuş və o mübahisənin predmetini mirasın qəbul edilmə müddətinin ötürülməsi təşkil etməişdir. Məhkəmə özünün 23.0*.2024-cü il tarixli qətnaməsində qeyd etmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notarit oranına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu kimi hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməli idi. Daha sonra bildirilmişdir ki, iddiaçılar *4 iyun 2023-cü il tarixində notariat kontoruna müraciət etmişlər. Bununla da, onlar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Məhkəmə, həmçinin müddətin ötürülməsinin üzrlü sayılması üçün tutarlı əsasın olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş, eyni zamanda mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti də üzrsüz səbəbdən buraxmışdır. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı vərəsə kimi miras əmlaka hüquqlarını itirmişdir. Qeyd edilən hallara artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə qiymət verildiyindən, hazırkı işdə iddiaçının miras əmlakı faktiki qəbul etməsi barədə irəli sürdüyü dəlillər də əsassızdır və onlara hüquqi hüquqi qiymət verilməsinə lüzum yoxdur. Bunun davamı olaraq, iş üzrə alınmış şahid ifadələrinin də, iddia tələbinə münasibətdə sübut əhəmiyyəti yoxdur. Ona görə ki, şahid ifadələri işin ümumi hallarını əks etdirir və əsasən əvvəlki məhkəmə qətnaməsi ilə həll edilən məsələlərə toxunur. İşin hallarından, vərəsəlik şəhadətnamələrinin digər əsaslara görə etibarsız hesab edilməsi üçün hər hansı hal müəyyən edilmir. Məhkəmə hesab edir ki, mübahisələndirilən vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur və notariat orqanı düzgün olaraq miras əmlakın Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Mirzəbəyovic, eləcə də Cavabdeh* arasında ¼ hissədə bölünməsi barədə vərəsəlik şəhadətnamələri vermişdir. Ona görə ki, həmin şəhadətnamələr verilərkən, artıq 23.0*.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə iddiaçının vərəsəlik hüququ tanınmamışdır.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

27. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Mı̇ rzəbəyova Gülzar Həmzəbəyovnanın cavabdehlər Cavabdeh*, Mı̇ rzəbəyov Elman Həmzəbəyovı̇ ç, Mı̇ rzəbəyov Xanlar Həmzəbəyovı̇ ç, Cavabdeh4 və Cavabdeh5nə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in sadalanan mаddələrini rəhbər tutаrаq, məhkəmə Qət etdi :

İddiaçı Mı̇ rzəbəyova Gülzar Həmzəbəyovnanın cavabdehlər Cavabdeh*, Mı̇ rzəbəyov Elman Həmzəbəyovı̇ ç, Mı̇ rzəbəyov Xanlar Həmzəbəyovı̇ ç, Cavabdeh4 və Cavabdeh5nə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar