Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3689/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə (maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 15 saylı evin, 41 saylı mənzilinə dair İddiaçı mirası qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı notariat ofisinə həvalə edilməsi. Ərizəçinin tələbinin dəlliləri X4 Muminat Bazuyeva rəsmi nikahda olmuşlar. Onların birgə nikahlarından 02 avqust 1961-ci il tarixdə İddiaçı və 01 yanvar 1963-cü il tarixdə X3 anadan olmuşlar. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 15 saylı evin, 41 saylı mənzili X2 mülkiyyətində olmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 39 saylı, 15 aprel 2015-ci il tarixli Sərəncamı ilə Qanuni nümayəndə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. X5 03 aprel 2008-ci il tarixdə, Muminat Bazuyeva 10 yanvar 2009-cu il tarixdə, X3 isə 14 may 2022-ci il tarixdə ölmüşlər. X2 14 may 2022-ci il tarixdə ölməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 15 saylı evin, 41 saylı mənzilinə dair miras açılmışdır. Göstərilənlərə əsasən, X2 14 may 2022-ci il tarixdə ölməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 15 saylı evin, 41 saylı mənzilinə dair mirasın açılması zamanı onun qanun üzrə birinci növbəli vərəsələri olan atası X5 (03 aprel 2008-ci il tarixdə), həmçinin anası Muminat Bazuyeva (10 yanvar 2009-cu il tarixdə) öldüklərindən, digər qanun üzrə vərəsə olan arvadı və uşaqları mirasın qəbuluna və ya mirasdan imtinaya dair müraciət etmədiklərindən (vərəsənin susması) miras önrakı növbə üzrə vərəsə kimi, yəni ikinci növbəli vərəsə kimi İddiaçı keçmişdir. İddiaçı isə miras əmlakını faktiki idarə etməklə mirası qəbul etmişdir. Göstərilənlərə əasən, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 15 saylı evin, 41 saylı mənzilinə dair mirası qanun üzrə ikinci növbəli vərəsə kimi qəbul etdiyindən, lakin Bakı şəhəri 24 saylı notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçiyə lazım olan müvafiq sənədi başqa qaydada əldə edə bilmədiyindən, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair hazırki ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İzahatlar Məhkəmə iclasında dindirilən ərizəçi İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə izahatında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhər 24 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 481 saylı İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə ünvanladığı məktubundan görünür ki, onun notariat ofisinə mirasın açılması, vərəsələrin müəyyən edilməsi və miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi barədə yazdığı ərizəyə baxılmışdır. Təqdim edilən sənədlərdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X3 Rusiya Federasiyası vətəndaşı olub və ölüm haqqında şəhadətnaməsi Dağıstan Respublikasının Tarumov rayonunun vətəndaşlıq vəziyyəti aktları idarəsi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Elektron Notariat İnformasiya Sistemində yoxlama aparılmış, sonuncu qeydiyyat yeri, ölümün qeydiyyatı barədə məlumat əldə etmək mümkün olmamışdır. Odur ki, xx.xx.2022ci ildə ölmüş Rusiya Federasiyasının vətəndaşı olan X2 ölümündən sonra miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə məlumat göndərilməli və bundan sonra şəhadətnamənin verilib və ya verilməməsi nəzərdə tutula bilər. Odur ki, notariat ofisinə ölüm haqqında şəhadətnamənin əslini təqdim etməsi xahiş olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 39 saylı sərəncamından görünür ki, Qanuni nümayəndə xx.xx.1961-ci il təvəllüdlü qohumu İddiaçı üzərində qəyyum təyin edilmişdir. RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15 mənzil 41 X2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 2661 nömrəli reyestr kitabının 247883 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2.9 Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.
Məhkəmənin mövqeyi Ərizəçi İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 15 saylı evin, 41 saylı mənzilinə dair İddiaçı mirası qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı Notariat Ofisinə həvalə edilməsini istəmişdir. Məhkəmə iş materiallarında olan Bakı şəhər 24 saylı Notariat Ofisinin məktubuna əsasən müəyyən edir ki, ərizəçinin ərizəsinə əsasən vərəsələrin müəyyən edilməsi və miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi barədə yazdığı ərizəyə baxılmış, təqdim edilən sənədlərdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X3 Rusiya Federasiyası vətəndaşı olub və ölüm haqqında şəhadətnaməsi Dağıstan Respublikasının Tarumov rayonunun vətəndaşlıq vəziyyəti aktları idarəsi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Elektron Notariat İnformasiya Sistemində yoxlama aparılmış, sonuncu qeydiyyat yeri, ölümün qeydiyyatı barədə məlumat əldə etmək mümkün olmamışdır. Odur ki, notarius hesab etmişdir ki, xx.xx.2022-ci ildə ölmüş Rusiya Federasiyasının vətəndaşı olan X2 ölümündən sonra miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə məlumat göndərilməli və bundan sonra şəhadətnamənin verilib və ya verilməməsi nəzərdə tutula bilər. notariat ofisinə ölüm haqqında şəhadətnamənin əslini təqdim etməsi də ərizəçidən tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarında vurğulanır ki, “Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər.” Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında isə qeyd edilir ki: “Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.” Yuxarıda adı çəkilən Qərarlarda sərgilənən mövqedən də göründüyü kimi, əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Lakin, iş materiallarından isə notariat orqanı tərəfindən belə bir imtinanın verilməsi müəyyən olunmur. Notariat orqanı ərizəçiyə bildirmişdir ki, xx.xx.2022-ci ildə ölmüş Rusiya Federasiyasının vətəndaşı olan X2 ölümündən sonra miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə məlumat göndərilməli və bundan sonra şəhadətnamənin verilib və ya verilməməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinə notariat orqanı tərəfindən verilən cavab onun miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması ilə bağlı müraciətindən imtina edilməsi hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, icraata xitam verilməsinin səbəbi işin məhkəmədə baxılmalı olmaması olduğundan notariat orqanının cavab məktubunda qeyd edilən məqamlar nəzərə alınmaqla yenidən həmin orqana müraciət etməli olduğu ərizəçiyə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə “X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 15 saylı evin, 41 saylı mənzilinə dair İddiaçı mirası qəbul etmə faktının müəyyən edilməsi və həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı notariat ofisinə həvalə edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər.
Sədrlik edən Rübabə Qafarova