Məhkəmə qərarları › İş №e-2(010)-3707/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3707/2025

18.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3707/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiаçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı* cavabdeh Bakı şəhəri Mədəniyyət Baş İdarəsi 36 nömrəli uşaq Musiqi Məktəbinə qarşı “əmək müqavilələrinin xitam verilməsi haqqında əmrlərin ləğvi, işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı* cavabdeh Bakı şəhəri Mədəniyyət Baş İdarəsi 36 nömrəli uşaq Musiqi Məktəbinə qarşı “əmək müqavilələrinin xitam verilməsi haqqında əmrlərin ləğvi, işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı3 ilə 02 aprel 2025-ci il tarixli *5 nömrəli, İddiaçı2 ilə 02 aprel 2025-ci il tarixli *7 nömrəli, İddiaçı4 ilə 02 aprel 2025-ci il tarixli *8 nömrəli, İddiaçı* ilə 03 aprel 2025-ci il tarixli 28 nömrəli bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərin ləğv edilməsi, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı* işə bərpa edilməklə, məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş materialları araşdıraraq belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar tərəfindən bir-biri ilə bağlılığı olmayan tələblər birləşdirilərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar məhkəmədən əmək müqavilələrinin xitam verilməsi haqqında əmrlərin ləğvi, işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin həm ərizənin məmunundan, həm də iş materiallaırndan iddiaçıların əmək müqavilələrinin xitam verilməsi haqqında əmrlərin eyni olmadığı aşkar görünür. Göründüyü kimi bu tələblər arasında heç bir bağlılıq yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçılar bir-biri ilə bağlılığı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *49. İddia ərizəsinin forması və məzmunu. *49.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. *52.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı* cavabdeh Bakı şəhəri Mədəniyyət Baş İdarəsi 36 nömrəli uşaq Musiqi Məktəbinə qarşı “əmək müqavilələrinin xitam verilməsi haqqında əmrlərin ləğvi, işə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar