Məhkəmə qərarları › İş №e-2(010)-3711/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3711/2025

21.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3711/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı miras əmlakın bölgüsü və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı miras əmlakın bölgüsü və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X1 miras əmlaklarının qanun üzrə bölünməsi və iddiaçının miras əmlakda 2/4 hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.2. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia etmək hüququnun tərkib elementi kimi iddianı təqdim etmək hüququ ilk növbədə ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə səlahiyyətli məhkəmənin seçilməsi imkanını özündə ehtiva edir. Qüvvədə olan mülki prosessual qanunvericilik ərazi aidiyyəti ilə bağlı 4 fərqli qayda – ümumi aidiyyət, iddiaçının seçiminə görə aidiyyət, müstəsna aidiyyət və müqavilə aidiyyəti kimi aidiyyət qaydalarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırda iddiaçı tərəfindən cavabdehlərə qarşı qaldırılmış iddia tələbi vərəsəlik hüquq münasibətlərindən irəli gələn tələb olmaqla ümumi aidiyyət qaydalarına tabedir və iddianı təqdim etmək hüququ həmin qaydalara uyğun olaraq səlahiyyətli məhkəməyə münasibətdə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərindən irəli gələn yeganə tələbə - vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddia tələblərinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq miras əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsində baxılması imkanı qanunla nəzərdə tutulmuş, vərəsəlik hüquq münasibətlərindən irəli gələn digər bütün iddia tələblərinə mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər aidiyyət qaydaları (seçimə görə aidiyyət, müstəsna aidiyyət və müqavilə aidiyyəti) əsas götürülməklə baxılması imkanı qanunla istisna edilmişdir. Hazırkı iş üzrə cavabdehlərin şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması zamanı Cavabdeh1 – ünvan 1 ünvanında, digər Cavabdeh2 – ünvan 1 ünvanında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin - Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 ünvanında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin - Bakı şəhəri, Xırdalan- Binəqədi şossesi 4 ünvanında rəsmi qeydə alındıqları aşkar edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən (ümumi aidiyyət qaydalarına uyğun olaraq) miras əmlakın bölgüsü və vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müəyyən edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş miras əmlakın bölgüsü və vərəsəlik hüququnun tanınması barədə iddia tələbinə mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tənzimlədiyi qaydalara uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması imkanı qanunla istisna edilmiş, iddiaçı tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmaqla müvafiq tələbə baxılması ilə bağlı ərazi yurisdiksiyasına aid edilməmiş məhkəməyə müraciət edilmişdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı miras əmlakın bölgüsü və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar