Məhkəmə qərarları › İş №e-2(010)-3722/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3722/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3722/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan xx.xx.2022-ci il tarixində keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə təxirə salınmış və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı ilə keçirilərək xx.xx.2022-ci il tarixə məhkəmə hazırlıq iclası təxirə salınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası cavabdehin iştirakı ilə keçirilərək, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təxir əsalınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası cavabdehin iştirakı ilə keçirilərək, məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2022-ci il tarixdə, saat 11:30-də keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi»” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 124.30 manat məbləğində dövlət rüsumu İddiaçı İB-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 124.30 (bir yüz iyirmi dörd manat otuz qəpik) manat pul İddiaçı İB-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar