Məhkəmə qərarları › İş №e-2(010)-3795/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3795/2024

14.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3795/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş elan edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 04.*2.*984-cü il təvəllüdlü oğlu X*2 Suriya İslam Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu 04.*2.*984-cü il təvəllüdlü X22 *0.05.2008-ci ildə X*8 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Cəbrayıl rayon Qeydiyyat şöbəsində *72 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların birgə nikahından 0*.04.2009-cu il təvəllüdlü X*5 və 20.08.20*0-cu il təvəllüdlü X4 anadan olmuşdur. 20*2-ci ilin aprel ayında oğlu X33 Respublikasının Dəməşq Universitetində ali təhsil almaq üçün Suriya İslam Respublikasına getmiş və gedərkən arvadını və uşaqlarını da özü ilə aparmışdır. Sonradan gəlini X*8 ikinci dəfə ailə qurmuş bu nikahdan onun daha iki övladı 07.*2.20*4-cü il təvəllüdlü X5 və doğulmuş 06.0*.20*8-ci il təvəllüdlü Sara Əmirağa qızı dünyaya gəmişdir. Onun oğlu və gəlini ilə əlaqəsi kəsilmişdir. Hal-hazırda onun oğlunun və gəlininin harda olduğundan, onların sağ olması və ya ölməsindən məlumatı yoxdur. Sonradan oğlu Suriyaya təhsil almağa getdiyindən həyat yoldaşını da özü ilə aparmışdır. 20*2-ci ilin iyun ayından sonra ondan və ailəsindən heç bir xəbər ala bilməmişdir. 20*8-ci ildə gəlini X** uşaqlarla birlikdə İraqda həbsxanada olduğunu öyrənmişdir. X27 isə 20*2-ci ilin iyun ayının 23-də Suriyada qəza nəticəsində öldüyünü öyrənmişdir. Oğlu Ülvinin ölümündən sonra arvadı X*8 ikinci dəfə ailə qurmuş bu nikahdan onun daha iki övladı 07.*2.20*4-cü il təvəllüdlü X*3 və 06.0*.20*8-ci il təvəllüdlü Sara Əmirağa qızı dünyaya gəmişdir. 2020-ci ilin mart ayında Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə nəvələri 0*.04.2009-cu il təvəllüdlü X*5 və 20.08.20*0-cu il təvəllüdlü X4 və gəlini Günelin ikinci nikahından doğulan iki övladı 07.*2.20*4-cü il təvəllüdlü X*3 və 06.0*.20*8-ci il təvəllüdlü X7 gətirilmiş və onun himayəsinə verilmişdir.Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 29 saylı Sərəncamı ilə o, nəvələri 0*.04.2009cu il təvəllüdlü X8, 20.08.20*0-cu il təvəllüdlü X*, gəlininin Suriyada doğulmuş uşaqları - 07.*2.20*4-cü il təvəllüdlü X5 və İraqda doğulmuş 06.0*.20*8-ci il təvəllüdlü Sara Əmirağa qızının üzərində qəyyum təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 2507/2020 saylı, *9.06.2020-ci il tarixli qətnaməsi ilə X** 20.08.20*0-cu il tarixdə Suriya Ərəb Respublikasında bir qız uşağı, 07.*2.20*4-cü il tarixdə Suriya Ərəb Respublikasında bir oğlan uşağı və 06.0*.20*8-ci il tarixdə İraq Respublikasında bir qız uşağı doğması faktının müəyyən edilməsi qət edilmişdir. X27 övladları 0*.04.2009-cu il təvəllüdlü X*5, 20.08.20*0-cu il təvəllüdlü X4 hal-hazırda onun qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Lakin o, pensiyaçı olduğundan və aldığı pensiya az olduğundan nəvələrinin maddi ehtiyaclarını qarşılaya bilmir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

İş materialları.

5. AZ-İ seriyalı, 399464 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X9 *0.05.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar.

6. AZ-İİ seriyalı, 268662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 0*.04.2009-cu il tarixdə anadan olmuşdur. X6, anası X*4r.

7. AZ-İV seriyalı, 454533 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*7 20.08.20*0-cu il tarixdə anadan olmuşdur. X6, anası X*4r.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00*)-6*88/20*8 saylı, 20.06.20*8-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və maraqlı şəxs X*2 (doğulduğu tarix 04.*2.*984-cü il, doğulduğu yer Cəbrayıl rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *UK7CCB) Azərbaycan Respublikası vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir.

9. İCRC-nin 06 dekabr 202*-ci il tarixli sənədindən görünür ki, X22 üçün 23 sentyabr 202*-ci il tarixdə X29 Komitəsində axtarış sorğusu açılmışdır. *0. AR Xarici İşlər Nazirliyinin *0.09.2024-cü il tarixli məktubundan görünür ki, X*2 Suriya Ərəb Respublikasında vəfat edib-etməməsi ilə bağlı XİN-də hər hansı bir məlumat mövcud deyildir. **. AR Dövlət Təhlükəsizliyi Xidmətinin *7.09.2024-cü il tarixli məktubundan görünür ki, X22 barəsində dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak etməsi faktı ilə bağlı olaraq DTX-də toplanmış materiallar əsasında 20*8-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin şəxsin AR vətəndaşlığının itirilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin DTX-də X*2 ölüm faktını təsdiq edən hər hansı məlumat və sənədlər mövcud deyildir. *2. AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin *7.09.2024-cü il tarixli məktubudan görünür ki, 04.*2.*984-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X*2 AR ərazisində cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. *3. AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 2*.09.2024-cü il tarixli sənədindən görünür ki, 04.*2.*984-cü il təvəllüdlü X2 dəfə 03.04.20*3-cü il tarixdə dövlət sərhədindən çıxış etmişdir. *4. Məhkəmənin 28 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən X*0 bildirmişdir ki, ərizəçinin tanışıdır. Ərizəçinin oğlu ilə onun oğlu dost olmuşdurlar. Təxminən 20*0-20**-ci illərdə Ülvi ailəsi ilə onlara qonaq gəlmişdi. Ülvi Suriyaya təhsil almağa getmişdi.

İşin faktiki halları. *5. İşin faktiki halları ondan ibarətdir ki, hazırki tələbdə ərizəçi övladından 20*3-cü il tarixdən sonra məlumat almadığını və sonuncu dəfə aldığı məlumatda onun vəfat etdiyini öyrəndiyini bildirir. Eyni zamanda hazırki iş üzrə 04.*2.*984-cü il təvəllüdlü X22 barəsində müvafiq dövlət orqanlarına sorğular ünvanlanmış və həmin şəxsin vəfat edib-eməməsi barədə məlumat əldə edilməmişdir. Müəyyən edilmişdir ki, barəsində ərizə verilən şəxs sonuncu dəfə ölkə ərazisini 03.04.20*3-cü ildə tərk etmişdir.

Tətbiq edilən hüquq.

*6. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 4*. Fiziki şəxsin ölmüş elan edilməsi 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 3*2. Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*5. Məhkəmənin ərizə üzrə qətnaməsi 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*8. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. *9. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə 04.*2.*984-cü il təvəllüdlü X22 barəsində müvafiq dövlət orqanlarına sorğular ünvanlanmış və həmin şəxsin vəfat edib-etməməsi barədə məlumat əldə edilməmişdir. Əldə edilmiş məlumat ondan ibarətdir ki, 04.*2.*984-cü il təvəllüdlü X22 məhkəmə qaydasında AR vətəndaşlığını itirmiş və sonuncu dəfə 03.04.20*3-cü il tarixdə dövlət sərhədindən çıxış etmişdir. Şəxsin ölmüş elan edilməsi ilə bağlı yuxarıda qeyd edilən norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsi halında ölmüş elan edilmə və şəxsin harada olması barədə 5 il ərzində məlumatın olmaması şəraitində. Bu əsaslardan hər hansı biri müstəqil şəkildə mövcud olarsa, şəxs məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Hazırkı işdə ikinci halın mövcud olması müəyyən edilir. Belə ki, əldə edilmiş sənədlərdən görünür ki, X2 dəfə 03.04.20*3-cü il tarixdə ölkəni tərk edib getmiş və bir daha geri qayıtmamışdır (barəsində məlumat əldə edilməmişdir). Barəsində ərizə verilən şəxsin göstərilən tarixdə anadan olması, Azərbaycan Respublikasında müəyyən müddət daimi yaşaması, ailə qurması, övladlarının olması və daha sonra məhkəmə qaydasında AR vətəndaşlığının itirilməsi müəyyən edilir, eyni zamanda isə onun 20*3-cü ildən sonra Azərbaycana gəlməsi müəyyən edilmir. Məhkəmə araşdırılan halları nəzərə almaqla hesab edir ki, ərizənin dəlilləri maddi hüquq normaları baxımından əsaslıdır.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.*2.*984-cü il təvəllüdlü X22 ölmüş elan edilməlidir.

22. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

Qət etdi: Ərizə təmin edilsin. 04.*2.*984-cü il təvəllüdlü X22 ölmüş elan edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar