Məhkəmə qərarları › İş №e-2(010)-3795/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3795/2025

30.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3795/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə* Ağamməd oğlunun, Cavabdeh 36 saylı Uşaq Musiqi Məktəbinin nümayəndəsi Qanuni nümayəndə qızının iştirakları ilə, İddiaçı cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməklə, məcburi buraxılmış müddət üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmənin icraatına iddiaçı X2 cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə* iddianı müdafiə etdiyini bildirərək işin məhkəmənin icraatında olan digər mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirirdilər. Məhkəmə iclasında 36 saylı Uşaq Musiqi Məktəbin nümayəndəsi Qanuni nümayəndə iddianı qəbul etmədiyini bildirərək, işin məhkəmənin icraatında olan digər mülki işlə bir icraatda birləşdirilməsinə etirazının olmadığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ 2(0*0)- 3795/2025) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daxil olmuş başqa bir mülki işlə (№ e-2(0*0)- 3794/2025) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *69. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. *69.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. *69.4. Bu Məcəllənin *69.*-*69.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair mülki iş (№ 2(0*0)-3795/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı X2 cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” iddia tələbinə dair mülki işlə (№ e-2(0*0)- 3794/2025) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in *69, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair mülki iş (№ 2(0*0)-3795/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı X2 cavabdehlər 36 saylı Uşaq Musiqi Məktəbi, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi və Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa” iddia tələbinə dair mülki işlə (№ e-2(0*0)-3794/2025) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar