Məhkəmə qərarları › İş №e-2(010)-3840/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3840/2022

22.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3840/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı artıq ödənilmiş əmək haqqının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.499.15 (on səkkiz min, dörd yüz doxsan doqquz manat, on beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “işlərin bir icraatda birləşdirilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı “CN CO LTD MMC-nin Cavabdeh qarşı “artıq ödənilmiş əmək haqqı məbləğinin qaytarılması tələbi barədə” iddiasına dair e-2(010)- 3840/2022 saylı mülki işin ilkin olaraq icraata qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabeh “CN CO LTD" MMC-yə qarşı ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi iddiasına dair 2(011)-2517/2022 saylı mülki işlə birləşdirilməsi və işlərə birgə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-2517/2022 saylı mülki iş hazırki Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-3840/2022 saylı işindən daha əvvəl, yəni xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Hesab edilir ki, hazırki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-2517/2022 saylı mülki işlə bir icraatda birləşdirilməli və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi “işlərin bir icraatda birləşdirilməsi” haqqında ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxti və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin “işlərin bir icraatda birləşdirilməsi” haqqında ərizəsi təmin edilməli və hazırki işə baxılması üçün aidiyyat qaydalarına uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh cavabeh “CN CO LTD" MMC-yə qarşı ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi icraata mümkün hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-3840/2022 saylı iş isə xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı artıq ödənilmiş əmək haqqının geri qaytarılması tələbinə dair e-2(010)-3840/2022 saylı mülki iş iddiaçı Cavabdeh cavabeh “CN CO LTD" MMC-yə qarşı ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi iddiasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2517/2022 saylı mülki işi ilə bir icraatda birləşdirilsin və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar