Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3849/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbəsində yerləşən sahəsi 111.4 kv.m olan, 3 otaqdan ibarət 273 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 74 saylı müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə ona məxsus 273 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında razılıq əldə olunduğundan iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclaısnda iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi ərizəyə uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, təqdim olunmuş ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261.0.4; 262-264; 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi üzrə mülki işin icraatına xitam verilsin. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3849/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3849/2022
01.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver