Məhkəmə qərarları › İş №e-2(010)-3902/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3902/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3902/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi üzrə 307,69 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs X1 arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ88AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda Müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği Bank tərəfindən akseptsiz qaydada Müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. Cavabdeh tərəfındən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pozmuşdur. Belə ki Cavabdeh Əlfasa oğlu cari hesabı ilə xx.xx.2023-cü il tarixdə xarici internet provayder vasitəsi ilə ardıcıl olaraq PSG və Crystal Palace futbol komandalarının qarşıdurmasına ümumilikdə 320 (100+100+50+50+20) manat məbləğində mərc qoymuşdur. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatdan keçdiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi ilə ödəniş edilərkər kart balansında yetərincə pul vəsaiti olmasa da, lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılır və bu səbəbdən də ümumilikdə 307.69 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh öz bank hesabı məlumatlarını təqdim edərkən həmin səhifənin qeydiyyat tələbləri ilə diqqətlə tanış olmamış, kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq qeydiyyat şərtlərini nəzarətində saxlamamış və bu ödənişləri etmişdir. Odur ki, Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtlərinin 3.7.4.1-ci və 3.7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür. Ümumi şərtlərin 3.1.9.-ci bəndinə əsasən, Hesab üzrə hesablaşma və ya digər əməliyyatların aparılması zamanı Bank tərəfindən hər hansı bir texniki səhv (cash back və s.) nəticəsində Müştərinin hesabına artıq vəsait köçürülərsə, Bank bu vəsaiti Müştərinin hesabından silə və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal Banka geri qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir 3.Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.

İş materialları.

4. 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsindən görünür ki, bank müştəriyə bank hesabı açır, hesaba daxil olan pul vəsaitlərini qəbul edir və hesaba salır, hesabdan müəyyən məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını, qanunvericiliklə, İddiaçı ASCnin kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin ümumi şərtləri və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada Bankın göstərdiyi xidmətlərə görə haqqı bankın qüvvədə olan tarifləri ilə ödəməyi öhdəsinə götürür.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 307,69 manat borcu vardır.

6. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

7. şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

İşin faktiki halları.

8. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə fiziki şəxs X1 arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən onun adına AZ88AZEN******************** saylı plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılmışdır. Cavabdeh tərəfındən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pozmuşdur. Belə ki, Cavabdeh Əlfasa oğlu cari hesabı ilə xx.xx.2023-cü il tarixdə xarici internet provayder vasitəsi ilə ardıcıl olaraq PSG və Crystal Palace futbol komandalarının qarşıdurmasına ümumilikdə 320 (100+100+50+50+20) manat məbləğində mərc qoymuşdur. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatdan keçdiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi ilə ödəniş edilərkər kart balansında yetərincə pul vəsaiti olmasa da, lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılır və bu səbəbdən də ümumilikdə 307.69 manat məbləğində overdraft yaranmışdır.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439. Pul öhdəliklərinin icrası 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda -30 manat.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında Bank hesabı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin adına AZ88AZEN******************** saylı plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılmışdır. Cavabdeh Əlfasa oğlu cari hesabı ilə xx.xx.2023-cü il tarixdə xarici internet provayder vasitəsi ilə ardıcıl olaraq PSG və Crystal Palace futbol komandalarının qarşıdurmasına ümumilikdə 320 (100+100+50+50+20) manat məbləğində mərc qoymuşdur. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatdan keçdiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi ilə ödəniş edilərkən kart balansında yetərincə pul vəsaiti olmasa da, lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və bu səbəbdən də ümumilikdə 307.69 manat məbləğində overdraft yaranmışdır.

13. Overdraft (ing. overdraft )— müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir. 14.Tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən cavabdehə kart təqdim olunmuş və həmin kart cavabdehin istifadəsində olmuşdur. Cavabdehin həmin kartdan istifadəsi nəticəsində kart balansında yetərincə pul vəsaiti olmasa da, lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilmiş və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilmişdir. Bunun nəticəsində isə cavabdeh əsassız olaraq varlanmış və iddiaçı bank isə öhdəlikdən kənar ödənilmiş pul vəsaitini geri tələb etmək məcburiyyətində qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsassız varlanması nəticəsində pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.

15. Odur ki, Cavabdeh 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən plastik kart hesabı üzrə cəmi 307,69 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

17. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə münasibətdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən plastik kart hesabı üzrə cəmi 307,69 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 04 oktyabr 2022-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən plastik kart hesabı üzrə cəmi 307,69 (üç yüz yeddi manat, altmış doqquz qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar