Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3913/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğluna qarşı "evin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlu cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğluna qarşı "evin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv. metr olan fərdi yaşayış evinin tam təmirli vəziyyətdə podratçı Cavabdeh tərəfindən sifarişçi İddiaçı təhvil verilməsi, 6000 manat maddi ziyan, 2000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun, cəmi 8100 manat məbləğində pulun Cavabdehdan tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 48 ay müddətinə aylıq 400 manat ödəmək şərti ilə podrat müqaviləsi bağlanılıb və müqaviləyə əsasən iddiaçı əvvəlcədən müəyyənləşdirilmiş məbləği cavabdehə ödəməyi, cavabdeh isə qarşılığında mənzilin tikilib təhvil verilməsini öz öhdəliyinə götürmüşdür. Tərəflər ödəniş cədvəli əsasında ödənişlər etməyi müəyyənləşdirmişlər. Belə ki, müqaviləyə əsasən müəyyən edilmiş məbləğin 50-70% hissəsi ödənilərsə, cavabdeh mənzili təhvil verməlidir. İddiaçı məbləğin nəzərdə tutulan hissədən artığını - 68% hissəsini ödəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr ilə evi təhvil verməkdən yayınır. Halbuki, iddiaçı başqa şəxslərdən borc alaraq, aylıq ödənişi çox etmişdir ki, evini tez təhvil alsın. Göründüyü kimi iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
3. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi olduğunu etiraf edir. İddiaçı tərəfindən edilən ödənişlərə əsasən cavabdeh öhdəliyinə götürdüyü işi başa çatdırmalı idi. Belə ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən məbləğin 50-70% hissəsi ödənildikdən sonra mənzil təhvil verilməlidir. Lakin pandemiya dövrü ilə əlaqəli olaraq gecikmələr olmuşdir. Artıq cavabdeh tərəfindən təmirə başlanılmışdır və hər bir ehtimalda cavabdeh mənzili 1-2 ay ərzində tam təmir edərək iddiaçıya təhvil verəcəkdir. İddianın maddi və mənəvi hissəsi ilə bağlı isə tələbləri qəbul etmirlər. Belə ki, iddiaçının borc alaraq aylıq ödənişləri çox ödəməsi onların üzərinə hər hansı vəzifə qoya bilməz. Buna görə də iddia tələbinin qismən, evin təhvil verilməsi hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.
İş materialları.
4. Tahı̇ rov Aslan İ̇smayıl oğlu (Sifarişçi) ilə Məmmədov Fı̇ rutan Ələsgər oğlu (Podratçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 m2 müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisi sifariş edir.
5. Tahı̇ rov Aslan İ̇smayıl oğlu (Sifarişçi), Məmmədov Fı̇ rutan Ələsgər oğlu (podratçı) və İradə Abdulova (zamin) arasında bağlanmış xx.xx.2022-ci i tarixli zaminlik müqaviləsindən görünür ki, Podratçı ilə Sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq "Sifarişçi" "Podratçı" qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər "Zamin" "Sifarişçi" lə birlikdə "Podratçı"nın qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
6. “Sifarişçi” İddiaçı və “Podratçı” Cavabdeh arasında xx.xx.2020-ci ildə bağlanmış "Podrat müqaviləsi”nə əsasən görülən işlər aşağıdakılardan ibarətdir: 1) Beton Təməl, 2) Kürsü 5 daş, 3) 5 daş kürsüdən sonra izalasiyya, 4) Padvala giriş, 5) Pol taxta inşası (bütün otaqlarda) lak və şripofka, 6) Evin kərpiclə inşası. Kənar divarlar çöldən 3 metr.., 7) Kənar divarlardan ön tərəfə çıxıntılar, 8) Arakəsmələr kərpiclə hörgüsü, 9) Dam atmaları, 10) Dam örtüyü (profınastin).rəng seçimi var, 11) Divar suvaq iç və çölündən( podmayak), 12) Plastik pəncərələr.ağ plastik, ağ şüşə (cift,nəfəslik, setka,dəmir barmaqlıqlar aid deyil), 13) Tavan daş yunu ilə (steklavat) döşənməsi sadə alsipanla inşası, 14) Divarın ağardılması, 15) Divarın aboyla inşası (sadə), 16) Otaqların qapısı, 17) Hamam tualet kafel metlax inşası, 18) Hamam plastik qapısı (ağ), 19) Giriş pilləkənin inşası (daş), 20) Evin seyf qapısı (sadə), 21) Elektrik sistemi (kondisaner daxil deyil, 2 rozetka, 1 vkulçater), 22) Kombi sistemi (kombi aparatı və radiator daxil deyil), 23) Kanalzasiya sistemi, həyətdə şambo, 24) Su sistemi (mətbəxə və sanitar qovşaqa çəkiliş), 25) Hasar yan tərəflərdən 5 daş qarşı tərəfdən 10 daş hündürlükdə, 26) Dəmir darvaza (sadə).
7. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, tikintinin ümumi qiyməti-47.000 AZN, kredit müddəti -48 ay, aylıq ödəniş 400 AZN, ödəniş tarixi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi müəyyənləşdirilmişdir. Tahı̇ rov Aslan İ̇smayıl oğlu tərəfindən ilkin ödəniş olaraq xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 1200 manat, xx.xx.2020-ci il tarixdə 6000 manat, aylıq olaraq isə xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 2800 manat, xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 850 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 700 manat olmaqla, cəmi 30.850 manat məbləğində pul ödənilmişdir.
8. “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş “tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”ndən görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozunda bina və qurğuların tikintisinə dair Cavabdeh icazə verilmişdir. Lisenziya xx.xx.2016-cı il tarixdə verilmişdir.
9. xx.xx.2022-ci il tarixli müraciət məktubundan görünür ki, Tahı̇ rov Aslan İ̇smayıl oğlu tərəfindən Məmmədov Fı̇ rutan Ələsgər oğluna Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 m2 olan fərdi yaşayış evinin 10 gün müddətində tam təmirli vəziyyətdə təvil verilməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edlmişdir.
10. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
11. Tahı̇ rov Aslan İ̇smayıl oğlu (Sifarişçi) ilə Məmmədov Fı̇ rutan Ələsgər oğlu (Podratçı) arasında xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin bağlanması, müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 66 m2 olan fərdi yaşayış evini tam təmirli vəziyyətdə iddiaçıya təhvil verməli olması, iddiaçının cavabdehə ümumilikdə 30.850 manat pul ödəmiş olduğu işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 771. Sifarişçinin əmlakının məhv olması üçün podratçının məsuliyyəti. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Maddə 772. Podratçının riski. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. “İnsan hüquqlarının və X1 haqqında” Konvensiya
Maddə 41. Əvəzin ədalətli ödənilməsi. Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarı.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Beləliklə, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
Məhkəmənin mövqeyi.
16. İddia tələbindən göründüyü kimi tələb üç hissədən ibarətdir: 1) Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv. metr olan fərdi yaşayış evinin tam təmirli vəziyyətdə Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi; 2) Cavabdeh 6000 manat maddi ziyanın tutularaq İddiaçı verilməsi; 3) Cavabdeh 2000 manat məbləğində mənəvi ziyanın tutularaq İddiaçı verilməsi.
17. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
18. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.3-cü bəndinə əsasən tikinti ödənişin 50-70%-i ödənildikdən sonra təhvil verilməlidir. İş materiallarında olan ödəniş cədvəlindən və qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən 30.850 manat məbləğində pul ödənilmişdir ki, bu da tikintinin ümumi məbləği olan 47.000 manatın 65%-ni təşkil edir. Göründüyü kimi tikintinin dəyərinin müqavilədə nəzərdə tutulmuş faizini ödədiyi üçün fərdi yaşayış evi tam təmirli vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir.
19. İddia tələbinin maddi ziyanın tutulması ilə bağlı hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, müqavilə əsasında müəyyənləşdirilmiş ödəniş cədvəlinə görə aylıq ödənişlər hər ayın 30-dan gec olmamaqla ödənilməlidir. Lakin iş materiallarında olan qəbzlərdən və ödəniş cədvəlinə edilmiş qeydlərdən görünür ki, iddiaçı tərəfindən aylıq ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixdən tez ödənilmişdir. İddiaçının vəkili həmin ödənişlərin tez ödənilməsini evin tez bir zamanda iddiaçı tərəfindən təhvil alınması məqsədilə başqa şəxslərdən borc alınaraq edildiyini bildirsə də, məhkəmə hesab edir ki, qeyd olunan səbəb əsassızdır. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində iddiaçı tərəfindən aylıq ödənişlərin edilməli olduğu tarixlər və aylıq ödəniş məbləği göstərilmişdir. İddiaçının evini tez almaq məqsədilə artıq ödəniş etməsi onun müqavilə üzrə vəzifəsi deyil, hüququ olmuşdur və o, öz iradəsi ilə aylıq ödəniş məbləğindən artıq ödəniş etmişdir. Odur ki, iddiaçının ödəniş cədvəlində nəzərdə tutulduğundan artıq ödəniş etməsi digər tərəf üçün məsuliyyət müəyyənləşdirə bilməz.
20. İddia tələbinin 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
22. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 300 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir.
Məhkəmə xərcləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,75 manat məbləğində pul cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan alınaraq iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 96,25 manat hissəsi iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlu tərəfindən 16 fevral 2020-ci il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 66 kv.m. olan fərdi yaşayış evi tam təmirli vəziyyətdə iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğluna təhvil verilməli, cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan mənəvi zərərə görə 300 manat məbləğində pul iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlu tərəfindən 16 fevral 2020-ci il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 66 kv.m. olan fərdi yaşayış evi tam təmirli vəziyyətdə iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğluna təhvil verilsin. Cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,75 (üç manat yetmiş beş qəpik) manat məbləğində pul cavabdeh Məmmədov Fı̇ rutan Ələsgər oğlundan alınaraq iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 96,25 (doxsan altı manat iyirmi beş qəpik) manat hissəsi iddiaçı Tahı̇ rov Aslan İ̇smayıl oğlunun özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.