Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-393/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi Cavabdeh 44 500 manat əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 5670 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 244 manat məbləğində pulun, cəmi 50 414 (əlli min dörd yüz on dörd) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi. İddia tələbinin dəlilləri Cavabdeh ilə 5 ilə yaxındır ki tanışdır. Onu dostunun tanışı kimi tanımışdır. X1 Cavabdeh ilə onu tanış edərkən bildirmişdir ki, sonuncu avtomobil alışverişi ilə məşğuldur, xaricdən ölkəyə nisbətən ucuz qiymətə avtomobil gətirərək qazanc əlde edir. Dostu ona təklif etmişdir ki, əgər istəsə Cavabdeh müəyyən məbləğdə pul versin və cavabdeh də avtomobil gətirmək üçün həmin vəsaiti xərcləyər, beləliklə də, əlavə gəlir əldə etmiş olarlar. İddiaçı bu məbləği cavabdehə borc kimi vermək qərarına gəlmiş, daha sonra iddiaçı 21 dekabr 2021-ci il tarixində Bakı şəhəri 11 saylı notariat Ofisində 44 500 (qırx dörd min beş yüz) manat məbləğində vəsaiti notarial qaydada təsdiq edilmiş borc müqaviləsi ilə Cavabdeh vermişdir. Cavabdehlə arasında 21 dekabr 2021-ci il tarixində notarial qaydada Borc kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən "Borc verən" "borc alan"a 44 500 (qırx dörd min beş yüz) manat məbləğində borc pul verir. Müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" krediti xx.xx.2022 tarixinədək ödəməyi öhdəsinə götürür və xx.xx.2022-ci il tarixədək 7500 (yeddi min beş yüz manat sıfır qəpik) manat, qalan 5 ay müddətində isə hər ay 7400 (yeddi min dörd yüz manat sıfır qəpik) manat olmaqla "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Qeyd olunan tarixdən bu günədək 44 500 (qırx dörd min beş yüz) manat borc məbləğindən iddiaçıya hər hansı ödəniş edilməmişdir. Hər dəfə borcunu tələb etdiyi zaman müxtəlif bəhanələrlə borcunu qaytaracağını bildirmiş, lakin borc öhdəliyini icra etməmişdir. Hər dəfə 1-2 gün vaxt istəmiş və qısa bir zamanda qaytaracağını bildirmiş, lakin o, pulunu tələb etdikdə isə müxtəlif bəhanələrlə öhdəliyinin icrasından yayınmışdır. Eyni zamanda borcunu ödəməsi barədə cavabdehə Pretenziya məktubu ünvanlamışdır. Cavabdehdən pulu başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2021-ci il tarixli Borc müqaviləsindən görünür ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 44500 manat məbləğində borc pul verir və Borcalan həmin borc vəsaitini xx.xx.2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürür və xx.xx.2022-ci il tarixədək 7500 (yeddi min beş yüz) manat, qalan 5 ay müddətində isə hər ay 7400 (yeddi min dörd yüz ) manat olmaqla “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və həmin müqavilə ilə Cavabdeh 44500 manat məbləğində borc vəsaitini xx.xx.2022-ci il tarixədək 7500 (yeddi min beş yüz) manat, qalan 5 ay müddətində isə hər ay 7400 (yeddi min dörd yüz ) manat olmaqla xx.xx.2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Bundan başqa, iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5%-lə tələb edilən faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 6 ay müddətinə bağlanmış müqavilənin müddəti bitmiş, buna baxmayaraq müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz borcunun – 5670 manat ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 44 500 (qırx dörd min beş yüz) manat, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 5670 (beş min altı yüz yetmiş) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 244 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilməmiş əsas borca görə 44500 (qırx dörd min beş yüz) manat, öhdəliyin gecikdirilməsinə görə hesablanmış 5670 (beş min altı yüz yetmiş) manat, ödənilmiş dövlət rüsumuna görə 244 (iki yüz qırx dörd) manat olmaqla, cəmi 50414 (əlli min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi :
İddia təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borca görə 44500 (qırx dörd min beş yüz) manat, öhdəliyin gecikdirilməsinə görə hesablanmış 5670 (beş min altı yüz yetmiş) manat, ödənilmiş dövlət rüsumuna görə 244 (iki yüz qırx dörd) manat olmaqla, cəmi 50414 (əlli min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova