Məhkəmə qərarları › İş №e-2(010)-4030/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4030/2022

25.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4030/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və əmlak” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozunda 0.04 ha torpaq sahəsində yerləşən yerdən 1 daş kürsülü olan, 5 otaqlı, təxminən 170 m2 sahəsi olan fərdi yaşayış evinə köçürülməsi, həmin torpaq sahəsinin və evin cavabdehin və cavabdeh tərəfindən evə köçürülmüş digər şəxslərin qeyri-qanuni sahibliyindən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil2 işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin mövqelərini öyrənib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbi evə köçürülmə, evin və torpaq sahəsinin başqasının sahibliyindən alınaraq iddiaçıya verilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu iddiaya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın olduğu yerə görə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Hazırkı iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozunda 0.04 ha torpaq sahəsində yerləşən yerdən 1 daş kürsülü olan, 5 otaqlı, təxminən 170 m2 sahəsi olan fərdi yaşayış evi” Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, müqavilə X3 Sahəsi və İddiaçı arasında imzalanmış, istehlakçının ünvanı kimi “Qala qəsəbəsi, H/südçülük sovxozu” qeyd edilmişdir. Yenə iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” iki aktda da sayğac quraşdırılan istehlakçı İddiaçı evinin ünvanı Qala qəsəbəsi kimi göstərilmiş, aktın yuxarı hissəsində “Xəzər rayonu” qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş “fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəlində qeyd edilmişdir: “tikinti sahibi: İddiaçı, ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Duda- 3”. İş materiallarında Bakı şəhəri Suraxanı rayonu ilə birbaşa bağlılığı ola biləcək yeganə sənəd İddiaçı və Cavabdeh müraciəti əsasında aparılmış araşdırmanın Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində aparılmasıdır ki, təkcə bu fakt əsasında mübahisəli daşınmaz əmlakın Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşməsi nəticəsinə gəlmək mümkün deyil. Bütün bu sənədlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşir. Belə olan halda işə müstəsna aidiyyət üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki aidiyyəti üzrə baxılması üçün mübahisəli daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və əmlak” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar