Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4096/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 2 mərtəbəli, 518 saylı fərdi həyət evinə köçürülməsi və həmin evdən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneçiliyin qadağan olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 noyabr 2021-ci il tarixdə 4 saylı Bakı "Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha girmişlər. Qız toyu xx.xx.2021-ci il tarixdə Kolissa HALL Şadlıq Sarayında, oğlan toyu isə xx.xx.2021-ci il tarixdə həmin Şadlıq Sarayında olmuşdur. El adəti ilə cavabdehlə toy olduqdan sonra o, cavabdehin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 2 mərtəbəli, 518 saylı fərdi həyət evinə gəlin köçmüşdür. Burada onların yaşadığı ev cavabdehin valideyinlərinin yaşadığı evlə yan-yana bitişik həyət evləri ilə qonşuluqda olmuşdur. İlk vaxtlar cavabdehlə münasibəti yaxşı olsa da, bu uzun çəkməmiş, çox qısa bir vaxtdan yəni 3 gündən sonra münasibətlərində problemlər yaranmışdır. Belə ki, Cavabdeh DİN-nin Nəsimi RPİ-ni ÇPA-nın komandiri vəzifəsində çalışdığından ona bildirmişdir ki, bəzi hallarda ay ərzində tabel cədvəlinə əsasən işdə 10 gün müddətində gecə növbəsində, qalan günlərdə isə gündüz növbəsində işləyəcəkdir. Buna baxmayaraq o, toydan 3 gün sonra işə çıxdı və gecə növbəsində daima olaraq işə çıxmağa başladı. Gündüzlər o, 3-4 saat evə gəlib, sonra işə qayıdıb gedirdi. Bu müddətdə isə o, özünün çox vaxtını qonşuluqda yaşayan valideyinlərinin yanında keçirirdi. Sual verdikdə ki, bu hal nə vaxta qədər davam edəcək, ona görə ki, təkcə bu iş bununla bitmirdi, eyni zamanda ona qarşı da laqeyd münasibət bəsləyir, evdə yemək yemirdi, bildirirdi ki, sənin yeməklərin xoşuna gəlmir, anasıgildə yeyəcəkdir. O, ondan nə səbəbə ona qarşı belə etdiyini soruşduqda bildirirdi ki, xasiyyəti belədir. Ailəsinə daima olaraq cavabdehin valideynləri - anası və atası çox müdaxilələr edirdi. Demək olar ki, heç bir qərar onların icazəsi olmadan qəbul edilə bilməzdi. Baxmayaraq ki, hər ikisinin 36 yaşı var. Qeyd edir ki, o, Azərbaycan Tibb Universitetini bitirmiş, ali təhsilli həkimdir. Qarşı tərəf isə Azərbaycan Dövlət İqtisad Universitetini və DİN-nin Polis Akademiyasını bitirmişdir. O, xx.xx.2022-ci il tarixdə toydan təxminən 25-30 gün sonra uşağa hamilə qalmışdır. Evdə tək qalırd, yoldaşı isə gecə növbəsində işə çıxırdı. Ona gecələr evdə olmasını bildirsə də o, ona qarşı kobud formada işinin belə olduğunu deyirdi. Bu ərəfədə onun hamilə olmağına baxmayaraq, cavabdeh və onun valideyinləri ona daha da çox sözlə təzyiqlər göstərir, cavabdehin atasınının həyat yoldaşının tibb baçısı olduğunu əsas gətirərək onların dedikləri həkimə müraciət etməyini təkid edirdilər, halbu ki, özünün həmin sahədə X1 həkim vəzifəsində (Terapevt və ginekoloq) çalışdığını bilsələr də, yenə də onunla qərəzli hərəkətlər edirdilər. O, öz hamiləliyilə bağlı vaxtlı-vaxtında laborator analizlər verir və Ultrasəs müainəsindən keçirdi. Dölün inkişafı barədə ailə üzvlərinə hər şeyin qaydasında olduğunu bildirirdi. Onunla birgə çalışan Uzman həkim Ginekoloqlar eynilə inkişafin həftəsinə uyğun olduğunu bildirirdi. Hər dəfə o, yoldaşına həkimə gedəcəyini bildirdikdə, o, kəskin şəkildə uşağa nəsə olar ailə üzvlərindən icazə aldıqdan sonra həkimə gedərsən deyirdi. 14 fevral 2022-ci il tarixdə o, axsam saat 21:30 radələrində işdən evə gələrkən yoldaşı ilə maşında öz həkiminə getməyini bildirdikdə o, buna etiraz etdi, dedi ki, onun valideyinləri dediyi həkimə gedəcəksən, bununla bağlı aralarında ciddi mübahisə yarandı. xx.xx.2022-ci il tarixdə növbəti ultrasəs müayinəsinə gedərkən burada dölün ürək döyüntüsünün olmadığı müəyyən olundu. Aşkar edildi ki, 2 həftə bundan öncə döl tələf olmuş və onun orqanizmində toksiki qaraciyər zəhərlənməsi baş vermişdir. Bundan sonra cavabdehlə birlikdə evə qayıtmış, bütün bu baş verənlərdən sonra yoldaşı heç nə olmamış kimi onu evdə qoyub getmiş və maraqlanmamışdır. 08 mart 2022-ci ildə o, ər evinə qayıtmış, lakin onların ona qarşı çox laqeyd olduqlarını hiss etmişdir. Həmin günü axşam saatlarında yenidən vəziyyəti pisləşdi, o əri ilə birlikdə təkrari xəstəxanaya müraciət etmişdir. Bir neçə gün ata evində təkrar müalicələr almışdır. 2022-ci ilin mart ayının13-də yenidən evə qayıtmışdır. 30 mart 2022 tarixdə səhər saatlarında yoldaşı evin açarlarını ondan məcburi alaraq evdən çıxmağını tələb etmiş və həmin gün evdən məcburi çixarılmışdır. Onun valideynləri tərəfindən verilmiş cehiz əşyaları gəlin köçdüyü ünvan 1 ünvanında qalmışdır. O, Ağdam rayonundan məcburi köçkündür, adına heç bir daşınmaz əmlak və başqa yaşayış sahəsi yoxdur. Mübahisəndirilən - köçmək istədiyi evdə cavabdehlə bilikdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyniməzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavadeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİ 472326 № li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixində nikaha daxil olmuşlar. -xx.xx.2022-ci il tarixli, 1298 nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh ilə birlikdə ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. - 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 3 saylı fərdi yaşayış evinin qeydiyyata alımasına dair məlumat aşkar edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və hazırda həmin nikah pozulmamışdır. İddiaçı tərəf öz tələbində məcburi köçkün olduğundan və hazırda daimi yaşayış yerinin olmadığından nikahda olduğu cavabdehin yaşadığı qeyd olunan fərdi yaşayış evinə köçürülməsini tələb edir və əlavə olaraq qeyd edir ki, qeyd olunan fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Cavabdeh tərəf məhkəmə iclasında işitrak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı işdə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Belə ki, iddiaçının həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ vardır və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, iddia tələbi həmin evdən iddiaçının istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneənin qadağan olunmasi hissəsində əsaslı deyildir. Belə ki, iddia tələbi bu hissədə əsaslandırılmamış, mübahisənin nədən ibarət olduğu qeyd edilməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən hər hansı maneənin yaradılması halı məhkəmə tərəfindən müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Məmmədova Pərvı̇ n Arı̇ f qızı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 2 mərtəbəli 518 saylı fərdi həyət evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4096/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4096/2022
14.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver