Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4099/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evini atası X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RN seriyalı, **********12 saylı dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam pay olaraq onun mülkiyyətindədir. Hazırda onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 atası X4 ilə xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağladıqdan bir ay sonra qeydiyyatdan çıxacaqlarını bildirsə də onlar əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaqları ona məlum deyil. Lakin Cavabdeh1 telefon danışıqları zamanı bir neçə dəfə qeydiyyatdan çıxmaqları barədə bildirsə də cavab olaraq ona etiraz etmiş və çıxmayacaqlarını bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar.
İddia tələbinin həcminin azaldılması.
3. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, məhkəmədən iddia tələbinin yalnız cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə hazırda mülkiyyətində olan mənzili almışdır. Belə ki, Cavabdeh1 həmin mənzilin əvvəlki mülkiyyətçisi olmuş, ailə üzvləri olan digər cavabdehlərlə birlikdə bu mənzildə yaşamışdır. Aralarında mənzil alqısatqısı ilə bağlı müqavilə bağlanan zaman cavabdeh iki ay ərzində ailə üzvləri ilə birlikdə həmin mənzildən qeydiyyat çıxacağını bildirmiş, lakin cavabdehlər bu vaxta kimi mənzildən qeydiyyatdan çıxmamışlar. Bu səbəbdən onların mənzildən istifadə hüququna xitam verilməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair verdiyi ərizədə həm də məhkəmədən işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçıya satmışdır. Hazırda iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh2 babası, Cavabdeh3 nənəsi, Cavabdeh4 arvadı, Cavabdeh5 və Cavabdeh6 isə uşaqlarıdır. Ailə üzvləri ilə birlikdə yaşadığı mənzili iddiaçıya satdıqdan sonra mənzildən çıxmışlar. Hazırda iddianın təmin edilməsinə heç bir etirazları yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı tərəfindən onlara qarşı qaldırılmış iddianı qəbul etdiklərini və iddianın təmin təmin edilməsinə etirazları olmadıqlarını bildirmişlər.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
İş materialları.
9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadırlar.
10. Cavabdeh1 (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Satıcı tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.72 m2 olan mənzili Alıcıya satmışdır.
İşin faktiki halları.
11. ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır. Hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş şəxslər isə həmin evin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvləridir və mənzil iddiaçıya satıldıqdan sonra bu şəxslər mənzildən çıxmışlar. Buna baxmayaraq, onlar bu mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehlərin müvafiq mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, cavabdehlər isə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə heç bir etirazı olmadıqlarını bildirmişlər. Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 72. Qanuni nümayəndələr. 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. 72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuşdur. Digər cavabdehlər Cavabdeh2 (baba), Cavabdeh3 (nənə), Cavabdeh4 (arvad), Cavabdeh5 (uşaq) və Cavabdeh6 (uşaq) isə Cavabdeh1 ailə üzvləridir.
14. Hazırkı iş üzrə İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil cavabdeh tərəfindən iddiaçıya satılmışdır və mənzil hazırda iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı mənzilin keçmiş istifadəçilərinin mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Mənzilin keçmiş istifadəçiləri olan cavabdehlər isə iddianı etiraf edərək təmin edilməsinə heç bir etirazları olmadıqlarını bildirir.
15. Məhkəmə hesab edir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil (cavabdehlər mənzilin keçmiş istifadəçiləri olduğundan onların mənzildə qeydiyyatı formal deyil), eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
16. Bu hissədə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddia ərizəsində cavabdeh kimi göstərilmiş xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh6 və xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh5 valideynləridir. Yəni, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 həm də uşaqlarının qanuni nümayəndələridir. Bu baxımdan cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddianı etiraf edərkən həm də qanuni nümayəndələri olduğu uşaqlarının adından iddianı etiraf etmişlər. Odur ki, bu etirafın təsdiqi həmin uşaqlar da daxil olmaqla hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
17. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva