Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-410/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 612.54 manat borc (abonent kodu : **********001) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh1 (abonent kodu:**********001) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 23048783 nömrəli sayğac xx.xx.2023-cü il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-ci il tarixinə 612.54 (altı yüz on iki manat 54 qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, 2002-ci ildə ailə həyatı qurmuş və həmin tarixdən sonra o evdə yaşamamış, qardaşı Cavabdeh2 yaşamışdır. Borc məbləği qardaşına aiddir.
5. Məhkəmənin 07 dekabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbi ilə razı olduğunu və həmin evdə qardaşının deyil, özünün yaşadığını bildirmişdir.
İş materialları.
6. Abonent kartından görünür ki, Cavabdeh1 adına olan ünvan 1 ünvanında sonuncu xx.xx.2023-cü il tarixdə 23048783 nömrəli, E028062 plomb nömrəli, CSS-20 markalı sayğac quraşdırılmış və abonent kodu **********100, müqavilə nömrəsi №42068270, tarixi xx.xx.2019, xidmət tipi su olan Cavabdeh1 hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla 612.54 manat borc hesablanmışdır.
7. İş matariallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
8. İddiaçı tərəfindən Cavabdeh1 ünvanında su sayğacının quraşdırılması və su sərfiyyatına uyğun olaraq ümumilikdə 2023-cü il daxil olmaqla “Abonent kartına” əsasən 612.54 manat borc yazılması işin hallarını təşkil edir. Hazırkı iddia tələbində iddiaçı cavabdehdən borc məbləğinin ödənilməsini tələb edir və iddia tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən ümumiyyətlə su sərfiyyatı ilə bağlı ödəniş edilməmişdir. Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, həmin evdə 2002-ci ildə ailə həyatı qurmuş və həmin tarixdən sonra o evdə yaşamamış, qardaşı yaşamışdır. Cavabdeh2 iddia tələbi ilə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq.
9. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
10. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.
8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, digər Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir.
13. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında su təchizatı və tullantı sularınının axıdılması ilə əlaqədar olaraq sayğac quraşdırılmış və həmin fərdi yaşayış evində istehlak olunan su ilə əlaqədar Cavabdeh1 adına açılmış abonent kartında 2023-cü il tarixi daxil olmaqla 612.54 manat borc məbləği hesablanmışdır. Cavabdeh1 hazırki iddia tələbinə etirazı ondan ibarətdir ki, həmin fərdi yaşayış evi onun adına olsa da, lakin 2002-ci il tarixdən etibarən həmin evdə yaşamamış, həmin evdə qardaşı Cavabdeh2 yaşamışdır. Eyni zamanda məhkəmənin 07 dekabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 da öz izahatı zamanı qeyd olunan halı təsdiq edərək həmin evdə özünün yaşadığını və hazırki hesablanmış borc məbləği ilə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan ünvanda su təchizatı və tullantı sularınının axıdılması ilə əlaqədar olaraq abonent kartı Cavabdeh1 adına tərtib edilsə də, lakin həmin ünvana çəkilmiş su xəttindən Cavabdeh2 istfadə etdiyindən və eyni zamanda Cavabdeh2 hazırki hesablanmış borc məbləği ilə razı olduğundan iddia tələbi yalnız Cavabdeh2 münasibətdə təmin edilməli və 2023-cü il tarixi daxil olmaqla istehlak edilmiş suya görə abonent kartında hesablanmış 612.54 manat borc məbləği ondan tutularaq **********001 saylı abonent hesabına ödənilməlidir.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 612.54 manat borc (abonent kodu : **********001) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
19. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 612.54 manat borc (abonent kodu : **********001) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov