Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-422/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Muğam oğlunun Qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlkin İddiaçının Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin, icarə haqqının və sığorta haqqının ödənilməsi tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçına qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 27 noyabr 2020-ci il tarixli, 3M-1131 saylı icarə müqaviləsinin ləğv edilməsi və 14 sentyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək olan 2250 (iki min iki yüz əlli ) manat məbləğində icarə haqqı olmaqla, icarəyə götürən tərəfindən 1490 (min dörd yüz doxsan) manat məbləğində ödənilməli olan icarə obyektinin icbari sığorta haqqı olmaqla, icarə obyektinin divarlarına vurulan zərərə görə 3000 (üç min) manat, obyektin qapı və pəncərələrinə vurulan zərərə görə 3000 (üç min) manat, döşəmə və kanalizasiya sisteminə vurulmuş zərərə görə 2000 (iki min) manat, obyekin işıq və elektrik sisteminə vurulmuş zərərə görə 1000 (min) manat, havalandırma sisteminə vurulmuş zərərə görə 1000 (min) manat və ərazinin təmizlənməsi, zibillərin ərazidən daşınmasına görə 1500 (min beş yüz) manat divarların mühafizə sektasına vurulan zərərə görə 500 (beş yüz) manat olmaqla, icarə müqaviləsinə əlavə edilmiş 1 saylı qoşmada iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş dəmir şkafın (10 ədəd), dəmir dəzgah və alət masasının (13 ədəd), böyük hava pərisinin (2 ədəd) cavabdeh tərəfindən geri qaytarılması və ya sadalanan avadanlılara görə 1500 (min beş yüz) manat olmaqla-cəmi 17 240 (on yeddi min iki yüz qırx) manat məbləğində pulun tutularaq ona ödənilməsi, kommunal xərclərin (su,işıq,qaz) oktyabr ayının sonuna kimi ödəniş qəbzlərinin və icarə vergisinin xx.xx.2020-ci ildən oktyabr ayının sonuna kimi olan qəbzlərin təqdim edilməsi, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 142 manatın və vəkil xidmətləri üçün çəkilmiş xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2020-ci il tarixli, 3M-1131 saylı icarə müqaviləsinin ləğv edilməsini, ilkin iddia tələblərinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçından 2 ədəd yataq dəsti, 8 ədəd qonaq dəsti, 10 ədəd təknəfərlik çarpayı, 2 dəst stul karkaz, 40 ədəd dəmir karkaz, 20 ədəd taxta dəzgahı, 44 kamera və səs sistemi, 1 ədəd intenet sazz, 40 ədəd elektrik razetkası, 50 metr hava şlanqları, 40 ədəd hava şlanqları başlığı, 100 metr yüksək gərginlik kabeli, 20 ədəd palet, 3 kub metr taxta matrialı, dərzi otağının bütün işıqlandırma sistemi, 15 ədəd tikiş maşınları üçün elektrik razetkası, yonma aparatı, çırpıntı aparatı, 200 kvadrat metr yaşıl rəng dam örtüyü, 200 metr 4x5 ağ kabel, 300 metr 2.5x2 ağ kabel, 300 metr 4x3 ağ kabel, 100 ədəd 90x40 dolab güzgüsü, 5 ədəd kompüter masası, 40 ədəd prujun blokları, reklam hərfləri ilə mebellər, baner reklamlarının alınaraq ona qaytarılması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçından vurulmuş zərərə görə 26780.00 (iyirmi min manat işgüzar nüfuza dəymiş ziyan və altı min yeddi yüz səksən manat əmək haqqı), 3500 manat depozit məbləği və ödənilmiş 181 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı öz izahatında bildirdi ki, icarəyə verməzdən əvvəl həmin obyekt boş olduğu üçün 751 manat dəyərində sığortlanmışdır. Lakin sonradan cavabdehlə icarə müqaviləsi bağlandıqdan sonra 2-ci dəfə həmin obyektin sığortalanması zamanı sığorta şirkəti bildirmişdir ki, hazırda həmin obyektdə riskli faəliyyət növü həyata keçirildiyi üçün təqribən 1400 manat dəyərində sığortalanmanın həyata keçirilməsi zəruridir. Bu zaman həmin məbləğin 900 manatını özü ödəmiş qalan təqribən 400 manat isə cavabdeh ödəmişdir. İcarə obyektinin sığortası bitdikdən sonra o, sığorta haqqının ödənilməsi barədə cavabdehə bildirsə də, lakin cavabdeh ödəyəcəyini deməsinə baxmayaraq ödəməmişdir. Eyni zamanda, iddiaçı sığorta haqqını tələb etməsini onunla əsaslandırır ki, bundan sonra həmin obyektin başqa şəxsə icarəyə veriləcəyi təqdirdə sığortlanaması zərurəti yaranacaq və hazırda cavabdeh tərəfindən icarə obyektinin sığortalanması məqsədilə nəzərdə tutulmuş 1490 manat pul vəsaiti ödənilmədiyindən özünün cərimə olunma ehtimalı vardır. Eyni zamanda, bildirdi ki, cavabdehə 14 sentyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək olan 2250 (iki min iki yüz əlli ) manat məbləğində icarə haqqının ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də həmin məbləği də ödəməmişdir. Onu da qeyd edir ki, icarə haqqının ödənilməsi ilə bağlı qəbzlər mövcud deyildir. Beləliklə, ilkin iddia üzrə iddiaçı iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Muğam oğlu bildirdi ki, bu mübahisənin başlama səbəbi məhz sığorta haqqının ödənilməməsi və iddiaçı tərəfindən icarə obyektinə baxış keçirilən zaman maddi zərər vurulmaqla obyektin yararsız hala salınmasının müəyyən edilməsi olmuşdur. Bildirir ki, cavabdeh tərəf öz qarşılıqlı iddia ərizəsində icbari sığorta haqqının cavabdeh tərəfindən ödənilməsi öhdəliyi ilə bağlı icarə müqaviləsində əks olunan şərtin mahiyyət etibarı ilə o mənada nəzərdə tutulmadığını qeyd etsə də, lakin müqavilədə məhz açıq şəkildə icbari sığorta ödənilməsinin cavabdehin öhdəliyi olduğu qeyd edilmişdir. Eyni zamanda, bildirir ki, qarşı tərəf məhz özbaşına olaraq icarə müqaviləsinin şərtlərini pozmaqla icarə obyektində müvafiq tikinti və digər işlər aparmışdır. Bununla da, o da ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirdi ki, aralarında bağlanmış icarə müqaviləsində məhz icarə haqqından yaranacaq vergilərin ödənilməsi nəzərdə tutulmuşdur və icarə obyektinin sığorta haqqının ödənilməsi öhdəliyi ona aid edilməmişdir. Eyni zamanda, bildirir ki, iddia tələbində ödənilməmiş vaxt üçün icarə haqqı tələb olunsa da, lakin o vaxtı-vaxtında icarə haqlarını ödəmişdir. Eyni zamanda bildirir ki, iddia tələbində tələb olunan əşyalar iddiaçının öz obyektindədir. Ümumilikdə ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ümumilikdə ilkin iddia tələbini qəbul etmədiyini və ekspert rəyində həmin obyektdə bərpa işlərinin aparılması üçün qeyd olunan pul vəsaitinin miqdarı ilə razı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Qeydiyyat tarixi xx.xx.2019-cu il, Qeydiyyat nömrəsi ********** olan AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 2172.3 kv.m olan daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. - xx.xx.2020-ci il tarixli İcarə müqaviləsindən görünür ki, bu müqavilə icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında qeyd olunan şərtlərlə bağlanmışdır: 1) İddiaçı məxsus ümumi sahəsi 2172,3 kv/m olan, qeyri-yaşayış obyektinin (İnzibati binanın 2-ci mərtəbəsi və 2 ambar istisna olmaqla) 2007,7 kv/m sahəsini icarəyə verən 15 yanvar 2022-ci il tarixədək “İcarəyə götürən”-ə icarəyə verir. Eyni zamanda, “İcarəyə götürən" “icarəyə verən”-ə məxsus qeyri-yaşayış binasının, 2007,7 kv/m sahəsini “İcarəyə verən"dən 15 yanvar 2022-ci il tarixədək icarəyə götürür və tərəflər bu müqavilədən irəli gələn tələblərin yerinə yetirilməsini öhdələrinə götürür. 2.1) “İcarəyə götürən" İcarəyə götürüdüyü qeyri-yaşayış binasının, 2007,7 kv/m sahəsini öz işlərini (Mebel istehsalı məqsədi ilə) yerinə yetirmək üçün istifadə edir və icarə haqqını "İcarəyə verən”-ə hər ay bu müqavilədə müəyyən edilən şərtlər əsasında Azərbaycan manatı ilə ödəyir.2.2) “İcarəyə götürən" icarəyə götürdüyü əmlakı və ya sahəni ikinci əldən icarəyə verə bilməz. 2.3) Baş verə biləcək təhlükəli hadisəsindən qorunmaq və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə qanunvericiliklə müəyyən edilmiş bütün təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi və digər texniki təhlükəsizlik qaydalarına riayət etmək “İcarəyə götürən”-nin vəzifəsidir. 2.4) “icarəyə götürən” “icarəyə verən"-in razılığı olmadan icarəyə götürdüyü sahədə təmir-tikinti işi apara bilməz. Yalnız yazılı müraciət əsasında və "icarəyə verən"-in razılığı olduqda müəyyən təmir-tikinti işi apara bilər. 2.5) Qarışılıqlı razılaşmaya əsasən kommunal (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə və şəhərlər arası danışıqların haqqı) xidmətlərdən istifadə edilməsinə görə borclar “İcarəyə götürən" tərəfindən ödənilir. 2.6) “icarəyə götürən" öz işlərini yerinə yetirərkən icarəyə götürdüyü sahəyə və ya digər sahələrə hər-hansı zədə, dağıntı və xətər yetirməklə “icarəyə verən"-ə zərər vurarsa bu zaman vurduğu zərərə görə bütün xərcləri qeyd-şərtsiz ödəyir. 2.7) Tərəflərin razılığı ilə hər ay aylıq icarə haqqından yaranacaq vergi və digər məcburi ödənişlər öhdəliyi “icarəyə götürən" tərəfindən ödənilir. 2.8) “icarəyə verən" bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra edir və onların pozulmasına yol vermir. 2.9) “icarəyə verən" obyektdə mövcud olan və Əlavə 1-də qeyd edilən əşya və avadanlıqları “İcarəyə götürən"-in istifadəsinə verir, “icarəyə götürən” isə həmin əşya və avadanlıqların qorunmasını və sonradan qaytarılmasını təmin edir. 2.10) “İcarəyə verən" icarəyə verdiyi qeyri-yaşayış binasının, 2007,7 kv/m sahəsindən "icarəyə götürən’’-nin istifadə etməsi üçün bu müqavilədə göstərilən bütün öhdəliklərin yerinə yetirilməsinə əməl edilməsini və bu müqavilənin şərtlərinin və qanunvericiliyin pozulmasına yol verilməməsini tələb edir. 3.1) “İcarəyə götürən" icarəyə götürdüyü qeyri-yaşayış binasının 2007,7 kv/m sahəsindən istifadəsinə görə “icarəyə verən"-ə hər ay 1500,00 (bir min beş yüz) manat məbləğində haqq ödəyir. Tərəflərin razılığına əsasən "İcarəyə götürən"(lər) hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. 3.2) "İcarəyə götürən" icarəyə götürdüyü qeyri-yaşayış binasının, 2007,7 kv/m sahəsindən istifadəyə görə 3.1. bəndində göstərilən məbləği əvvəlcədən hər növbəti müddət üçün ayın 20-ə kimi ödəyir. 4.1) Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx/xx/2022 il müddətində qüvvədədir. 4.2) Bu müqavilə ilə müəyyən edilmiş icarə müddətinin bitməsinə bir ay qalmış tərəflərin qarışılıqlı razılığı ilə bu müqavilənin icarə müddəti yenidən uzada bilərlər. Tərəflərdən biri bu müqavilənin müddətinin yenidən uzadılmasını arzu etmədiyi halda bu müqavilənin müddəti qurtardıqdan sonra ona xitam verilir. 4.3) Bu müqavilənin şərtlərinin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verilir. 4.4) Bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflərin imza ilə təsdiq etdiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişiklər hüquqi qüvvəyə malik deyil. 4.5) Əgər bu Müqaviləyə onun qüvvədə olma vaxtının başa çatmasından əvvəl xitam verilmişdirsə, belə xitama qədər bir tərəfin digər tərəfə vurduğu ziyanı ondan tələb edir. 4.6) Bu müqavilənin 2.1. - 2.7., 3.1. və 4.1. - 4.5. bəndlərindən irəli gələn tələblər ciddi tələblər hesab edilir və bu tələblərin pozulması bu müqaviləyə xitam verilməsinə səbəb hesab edilir. 5.1) Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının güvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə zərəri tam həcmdə ödəməlidir. 6.1) Tərəflər razılaşır ki, müqavilə şərtlərinin lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi “icarəyə götürən" “icarəyə verənə” 3000,00 (üç min) manat depozit məbləği ödəməlidir. Müqavilənin hər hansı bəndi “icarəyə götürən" tərəfindən pozulduğu halda “İcarəyə verən" həmin məbləği təzminat kimi götürmək hüququna malikdir. 6.2) Fors-major hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməsinə görə bir-biri qarşısında heç bir maddi və diger məsuliyyət daşımırlar. 6.3) Bu müqavilənin qüvvədə olduğu müddətdə hüquqi ünvanında və rekvizitlərində dəyişikliklər baş vermiş tərəf bu barədə digər tərəfi 10 gün müddətində yazılı formada xəbərdar etməlidir. 6.4) Bu müqavilə tərəflər imzaladığı anadan qüvvəyə minir və tərəflərin bu müqavilənin şərtləri əsasında qarşılıqlı fəaliyyətini tənzimləyən əsas sənəd sayılır. 6.5) Bu müqavilə Azərbaycan dilində 5 nüsxədə tərtib, edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir. 7.1) Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılığa əsasən həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbayjan Respublikasının məhkəmələri tərəfindən həll edilir. 7.2) Bu müqavilə ilə tənzimlənməyən mübahisələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə təmzimlənir. - İddiaçı ilə Cavabdeh arasında “Qeyri yaşayış sahəsinin İcarə müqaviləsi çərçivəsində” bağlanmış xx.xx.2020-ci il tarixli “Əmanətnamə”dən görünür ki, icarəyə götürən təhvil verilmiş əşyaların ( 1 ədəd Errozion dəzgah – SPARK, 1 ədəd Çiller soyutma qülləsi, 2 ədəd Avtomobil–Zamyad boz, göy) qorunmasını və sonradan qaytarılmasını təmin edir. - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Qeyri yaşayış sahəsinin İcarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, icarəyə verən öz öbyektində mövcud olan əşya və avadanlıqları (16 ədəd yanğınsöndürmə balonu, 2 ədəd yanğınsöndürmə lövhəsi, qarmaq, bel, 1 ədəd hava kompressoru, 13 ədəd dəzgah və alət masası, 8 ədəd sadə masa, 10 ədəd ləvazimat və alət şkafı, 2 ədəd böyük hava pəri) icarəyə götürənin istifadəsinə verir və icarəyə götürən həmin əşya və avadanlıqların qorunmasını və sonradan qaytarılmasını təmin edir. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmiş obyektdə təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-MTT(010)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin obeyktin fəaliyyəti xx.xx.2021-ci il tarixədək dayandırılmış və Cavabdeh özünəməxsus əşyaları götürməklə icarə obyektini tərk etmişdir. Lakin daha sonra qanunsuz şəkildə Cavabdeh icarə obyektinə daxil olmaqla ümumilikdə 3.000 manat məbləğində həmin obyektə ziyan vurmuşdur. - İş materiallarına əlavə olunmuş Çıxarışın surətindən görünür ki, Cavabdeh əldə etdiyi gəlir məbləğlərinə müvafiq surətdə vaxtaşırı vergi ödəmələrini həyata keçirmişdir. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X8 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X14 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X9 xx.xx.2018-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 320 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X20 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 320 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X10 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 360 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X4 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X12 xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X15 xx.xx.2021-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X5 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi Bazarov Paşa Maqsud oğlu xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X36 xx.xx.2021-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X6 xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X1 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 330 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X16 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X26 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 350 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X17 xx.xx.2021-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X2 xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X30 xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X21 xx.xx.2021-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “X18”indən görünür ki, işə götürən Cavabdeh tərəfindən işçi X3 xx.xx.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən mebel sexində aylıq 300 manat əmək haqqı müqabilində işə götürülmüşdür. - İş materiallarına ilkin iddia üzrə İddiaçı Mirmohamed tərəfindən icarəyə verilmiş obyektdə maddi ziyan dəyməsinin sübutu kimi fotolar əlavə edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın ümumi nəticəsi bu formada təsvir olunmuşdur: Qərardadın bir və ikinci sualı üzrə - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin cavabeh Cavabdeh icarəyə verilən 659.6 kv.m. sahədə boya və suvaq qatının bəzi yerlərdə töküldüyü müəyyən olunmuşdur. Lakin iş materiallarında olan fotoşəkilləri və video qörüntülərə müayinə edilməklə mövcud olan qüsurların əvvələr və ya sonradan əmələ gəlməsini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda, sahəsi 599,1 kv.m. istehsal sahənin divarlarında dəliklər açılmış və sahəsi 13,1 kv.m., 20,4 kv.m. tikililərin daxilində suvaq qatının tökülməsi, boya qatının şişməsi, tökülməsi müşahidə olunmuşdur.Tədqiq olunan qeyri-yaşayış sahəsinin 599,1 kv.m. istehsal sahəsində və sahəsi 13,1 kv.m., 20,4 kv.m. server otağında yaranmış qüsurların aradan qaldırılması və çirkab suların axıdılması məqsədilə nəzərdə tutulmuş arxın istehsalat zəminində yaranmış tullantılardan təmizlənməsi üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4520,0 manat məbləğində müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə - Baxış zamanı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Cavabdeh icarəyə verilən 2007.7 kv.m sahənin 71,9 kv.m. otağın döşəməsinə DVP vurulmuş, divarları ağardılmışdır. Tədqiq olunan qeyri-yaşayış sahəsində görülmüş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2136 manat məbləğində müəyyən olunur. Qərardadın dördüncü sualı üzrə - iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş avadanlıqların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3500 manat müəyyən olunur. - Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən ekspert Sarıyev Hüseyn öz izahatında bildirdi ki, həmin icarə obyektində olarkən orada olan əmlaklarla bağlı müvafiq foto və video çəkilişlər həyata keçirmişdir. Məhkəmə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyini bir, iki və üçüncü suallar üzrə mötəbər hesab etsə də, lakin dördüncü sual üzrə verilmiş rəyə tənqidi yanaşır. - Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, daha əvvəl həmin obyektdə Maryam xanımın sifarişi əsasında müəyyən elektrik işləri həyata keçirmiş və Əmrahı orada olan zaman görmüşdür. Qeyd edir ki, 02 noyabr tarixində təqribən 18.30 radələrində 191 nömrəli marşurutla həmin istiqamətdə hərəkət edən zaman obyektin qapısının açıq olduğunu və dəzgahların oradan yük maşını ilə daşındığını görmüşdür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə görə ilkin iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh də öz növbəsində şərtləşdirilmiş icarə haqqını ilkin iddiaçıya ödəməyi üzərinə öhdəlik götürmüşdür. İcarəçi icarə sahəsində mebel istehsalı və satışı ilə məşğul olmuşdur. İcarə haqqı tərəflər arasında heç bir yazılı qeyd aparılmadan, şifahi qaydada üçüncü şəxslər vasitəsilə ödənilmişdir. Münasibətlərin pozulmasına səbəb, qeyri-yaşayış sahəsinin icbari sığorta haqqının ödənilməməsi olmuşdur. Belə ki, İcbari sığorta məbləği artdığına görə, tərəflər arasında bu ödənişin kim tərəfindən ödənilməsi barədə mübahisə yaranmış, son nəticə olaraq, ilkin iddiaçı cavabdehi məhkəməyə verməklə, obyekti tərk etməyi tələb etmişdir. İlkin iddiaçı tələbində ona əsaslanır ki, cavabdeh ona məxsus qeyri-yaşayış sahəsində özbaşına tikililər aparmış, ona maddi ziyan vurmuş, eyni zamanda obyektə görə icbari sığorta məbləğini ödəmək cavabdehin üzərinə düşdüyü halda, ödəniş etməmişdir. Qarşılıqlı iddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, ilkin iddiaçı onu xəbərdar etmədən məhkəməyə verib, obyektdən qəfil çıxartmaqla ona maddi ziyan vurmuş, müştərilərdən qəbul etdiyi sifarişləri icra edə bilmədiyinə görə, maddi və mənəvi ziyana uğramış, eyni zamanda, gəlir əldə etmədən işçilərinin əmək haqqlarını da ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında mülki qanunvericiliyin təsbit etdiyi imperativ normalara riayət edilməklə, qeyri-aşayış sahəsinin icarəyə verilməsinə dair notarial icarə müqaviləsi bağlanmışdır. Deməli, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğuna görə, hazırkı mübahisəyə müqavilə münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə ilk öncə ilkin iddia ərizəsinə qiymət verilməsini məqsədəmüvafiq hesab edir. AR Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi 27 noyabr 2020-ci il tarixli, 3M-1131 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı deyildir Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İcarə müqaviləsindən görünür ki, həmin müqavilə 15 yanvar 2022-ci il tarixədək bağlanmışdır. Göründüyü kimi, hazırda həmin müqavilə qüvvədən düşdüyündən ilkin iddia tələbinin bu hissədə təmin edilməklə müqavilənin ləğv edilməsinə zərurət qalmamışdır. Çünki, qüvvədə olmayan müqavilə ləğv edilə bilməz. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi 14 sentyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək olan 2250 (iki min iki yüz əlli) manat məbləğində icarə haqqının cavabdehdən tutulması hissəsində əsaslı deyildir. Belə ki, tərəflərin izahatı zamanı müəyyən olunmuşdur ki, icarəyə götürən hər ay ödənilməli olan icarə haqqını icarəyə verənə hər hansı bir qəbz və ya ödəniş kağızı vasitəsilə təqdim etməmiş və ilkin iddia üzrə iddiaçının işçisi olan Elnur adlı şəxsə təqdim etmişdir. İlkin iddia üzrə iddiaçı öz tələbində qeyd olunan məbləğdə icarə haqqının ödənilmədiyini bildirsə də, lakin qarşılıqlı iddia üzrə iddiaçı hər ay ödəməli olduğu icarə haqqını vaxtı-vaxtında ödədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tələb edilən müddət üçün icarə haqqının ödənilmədiyini sübut etmək yükü ilkin iddiaçının üzərinə düşsə də, lakin ilkin iddiaçı həmin icarə haqqının ödənilmədiyini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi 1490 (min dörd yüz doxsan) manat məbləğində ödənilməli olan icarə obyektinin icbari sığorta haqqının tutulması hissəsində də əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələbin bu hissədə əsaslı olması ilə bağlı xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinin 2.7-ci bəndinə (Tərəflərin razılığı ilə hər ay aylıq icarə haqqından yaranacaq vergi və digər məcburi ödənişlər öhdəliyi “icarəyə götürən" tərəfindən ödənilir) istinad etsə də, lakin məhkəmə iclasında tərəflərin izahatı zamanı müəyyən olunmuşdur ki, tələb olunan 1490 manat məbləğində sığorta haqqı 2021-ci il üçün nəzərdə tutulmuşdur. Lakin işin hallarından müəyyən olunmuşdur ki, 2021ci il tarixdə həmin icarə obyektində hər hansı bir sığorta hadisəsi baş verməmişdir. Yəni, ilkin iddiaçı bu xüsusda hər hansı ziyana məruz qalmamışdır. Belə olan halda 1490 manat icbari sığorta haqqının tələb edilməsi əsassızdır. Bunun davamı olaraq, məhkəmə qeyd edir ki, tələb edilən icbari sığorta məbləğinin ödənilməyəcəyi təqdirdə növbəti ödəniş zamanı ilkin iddiaçının cərimələnə biləcəyi ilə bağlı ilkin iddiaçının mülahizəsi də qəbul edilən deyildir. Çünki, ilkin iddiaçının nümayəndəsinin də dediyi kimi, bu mülahizə ehtimala əsaslanır və konkret hüquqi faktlarla belə halın baş verəcəyi sübuta yetirilmir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbini bu hissədə təmin etməyə zərurət yoxdur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi tələb olunan icarə obyektinin divarlarına vurulan zərərə görə 3000 (üç min) manat, obyektin qapı və pəncərələrinə vurulan zərərə görə 3000 (üç min) manat, döşəmə və kanalizasiya sisteminə vurulmuş zərərə görə 2000 (iki min) manat, obyekin işıq və elektrik sisteminə vurulmuş zərərə görə 1000 (min) manat, havalandırma sisteminə vurulmuş zərərə görə 1000 (min) manat və ərazinin təmizlənməsi, zibillərin ərazidən daşınmasına görə 1500 (min beş yüz) manat divarların mühafizə sektasına vurulan zərərə görə 500 (beş yüz) manat hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin cavabeh Cavabdeh icarəyə verilən 659.6 kv.m. sahədə boya və suvaq qatının bəzi yerlərdə töküldüyü müəyyən olunmuşdur. Lakin, iş materiallarında olan fotoşəkilləri və video qörüntülərə müayinə edilməklə mövcud olan qüsurların əvvələr və ya sonradan əmələ gəlməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda sahəsi 599,1 kv.m. istehsal sahənin divarlarında dəliklər açılmış və sahəsi 13,1 kv.m., 20,4 kv.m. tikililərin daxilində suvaq qatının tökülməsi, boya qatının şişməsi, tökülməsi müşahidə olunmuşdur. Tədqiq olunan qeyri-yaşayış sahəsinin 599,1 kv.m. istehsal sahəsində və sahəsi 13,1 kv.m., 20,4 kv.m. server otağında yaranmış qüsurların aradan qaldırılması və çirkab suların axıdılması məqsədilə nəzərdə tutulmuş arxın istehsalat zəminində yaranmış tullantılardan təmizlənməsi üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4520,0 manat məbləğində müəyyən olunmuşdur. (Qərardadın bir və ikinci sualı üzrə) Artıq qeyd edildiyi kimi, məhkəmə ekspertiza rəyini bu hissədə mötəbər sübut kimi qəbul edir. Ona görə də, məhkəmə iddia tələbinə bu hissədə ekspert rəyini, tərəflərin izahatlarını və işin hallarını da nəzərə almaqla, qiymət verərək hesab edir ki, tələb bu hissədə 4520 manat həddində təmin edilməlidir. Çünki, cavabdehin təqsirli hərəkətləri nəticəsində məhz bu məbləğdə ilkin ididaçıya maddi ziyan vurulduğu sübut edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi icarə müqaviləsinə əlavə edilmiş 1 saylı qoşmada iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş dəmir şkafın (10 ədəd), dəmir dəzgah və alət masasının (13 ədəd), böyük hava pərisinin (2 ədəd) cavabdeh tərəfindən geri qaytarılması və ya sadalanan avadanlılara görə 1500 (min beş yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış qeyri yaşayış sahəsinin İcarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, icarəyə verən öz obyektində mövcud olan əşya və avadanlıqları (16 ədəd yanğınsöndürmə balonu, 2 ədəd yanğınsöndürmə lövhəsi, qarmaq, bel, 1 ədəd hava kompressoru, 13 ədəd dəzgah və alət masası, 8 ədəd sadə masa, 10 ədəd ləvazimat və alət şkafı, 2 ədəd böyük hava pəri) icarəyə götürənin istifadəsinə vermiş və icarəyə götürən həmin əşya və avadanlıqların qorunmasını və sonradan qaytarılmasını təminat verməklə həmin Əlavəyə qol çəkmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehin istifadəsinə verilmiş dəmir şkaf (10 ədəd), dəmir dəzgah və alət masası (13 ədəd), böyük hava pəri (2 ədəd) cavabdehdən alınaraq ilkin iddiaçıya geri qaytarılmalıdır. Tələbin bu hissəsi ilə bağlı ilkin iddiaçı və cavabdehin verdiyi izahatlara, işə əlavə edilmiş sənədlərə və işin hallarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Əlavə 1-lə icarəçinin istifadəsinə verilmiş əşyalar cavabdehdə qalmışdır. Həmin əşyaların cavabdehdə qalmasını şərtləndirən hüquqi əsas yoxdur, ona görə də, bu ləvazimatlar cavabdehdən alınıb, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 701.2.4-cü maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi kommunal xərclərin (su,işıq,qaz) oktyabr ayının sonuna kimi ödəniş qəbzlərinin və icarə vergisinin xx.xx.2020-ci ildən oktyabr ayının sonuna kimi olan qəbzlərin ilkin iddia üzrə iddiaçıya təqdim edilməsi hissəsində əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı öz tələbində kommunal xərclərin (su,işıq,qaz) oktyabr ayının sonuna kimi ödəniş qəbzlərinin və icarə vergisinin xx.xx.2020-ci ildən oktyabr ayının sonuna kimi olan qəbzlərin ona təqdim edilməsini xahiş etsə də, lakin tələbi bu hissədə nə yazılı, nə də ki şifahi əsaslandırmamışdır. Bu baxımdan məhkəmə sübutetmə yükü ilə bağlı yuxarıda qeyd olunan normalara istinad etməklə hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 27 noyabr 2020-ci il tarixli, 3M-1131 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, xx.xx.2020-ci il tarixli İcarə müqaviləsi 15 yanvar 2022-ci il tarixədək bağlandığından və hazırda həmin müqavilə qüvvədən düşdüyündən qarşılıqlı iddia tələbinin bu hissədə təmin edilməklə müqavilənin ləğv edilməsinə zərurət qalmamışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi cavabdeh İddiaçından 2 ədəd yataq dəsti, 8 ədəd qonaq dəsti, 10 ədəd təknəfərlik çarpayı, 2 dəst stul karkaz, 40 ədəd dəmir karkaz, 20 ədəd taxta dəzgahı, 44 kamera və səs sistemi, 1 ədəd intenet sazz, 40 ədəd elektrik razetkası, 50 metr hava şlanqları, 40 ədəd hava şlanqları başlığı, 100 metr yüksək gərginlik kabeli, 20 ədəd palet, 3 kub metr taxta matrialı, dərzi otağının bütün işıqlandırma sistemi, 15 ədəd tikiş maşınları üçün elektrik razetkası, yonma aparatı, çırpıntı aparatı, 200 kvadrat metr yaşıl rəng dam örtüyü, 200 metr 4x5 ağ kabel, 300 metr 2.5x2 ağ kabel, 300 metr 4x3 ağ kabel, 100 ədəd 90x40 dolab güzgüsü, 5 ədəd kompüter masası, 40 ədəd prujun blokları, reklam hərfləri ilə mebellər, baner reklamlarının alınaraq qarşılıqlı iddiaçıya qaytarılması hissəsində əsaslı deyildir. Tələbin bu hissəsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş avadanlıqların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3500 manat müəyyən olunmuşdur (Qərardadın dördüncü sualı üzrə). Məhkəmə ekspert rəyinə qeyd olunan hissədə tənqidi yanaşır. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən ekspert Sarıyev Hüseyn qeyd olunan avadanlıqların qiymətləndirilməsi zamanı müəyyən foto və video çəkilişlər apardığını və onları məhkəməyə təqdim edə biləcəyini qeyd etsə də, lakin həmin foto və video çəkilişlərin məhkəməyə təqdim olunması üçün verilən müddət ərzində həmin materialları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, həmin əşyalar məhkəmənin qeyri-yaşayış sahəsinə yerli baxışı zamanı da qarşılıqlı iddiaçı tərəfindən göstərilməmişdir. (ərazidə aşkar edilməmişdir.) Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan da görünür ki, Cavabdeh icra məmurunun iştirakı ilə özünəməxsus əşyaları götürməklə icarə obyektini tərk etmişdir. Qarşılıqlı iddiada qeyd edilən əşyaların qarşılıqlı iddiaçı tərəfindən icarə obyektinə gətirilməsini, həmin əşyaların obyektdə yerləşdirilməsinin ilkin ididaçıya bildirilməsini, obyekti tərk edib gedərkən həmin əşyaların obyektdə saxlanıldığını sübut edəcək hər hansı yazılı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsinə sübutetmə ilə bağlı yuxarıda qeyd olunan normalara əsaslanıb qiymət verərək hesab edir ki, hazırda qarşılıqlı iddia tələbində qeyd olunan həmin əmlakların icarə obyektində qaldığını sübutetmə yükü məhz qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh üzərinə düşür. O isə həmin əmlakların icarə obyektində qalmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin bu hissədə təmin edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi cavabdeh İddiaçından vurulmuş zərərə görə 26780.00 (iyirmi min manat işgüzar nüfuza dəymiş ziyan və altı min yeddi yüz səksən manat əmək haqqı) və 3500 manat depozit məbləğinin tutularaq Cavabdeh ödənilməsi hissəsində əsaslı deyildir. Qarşılıqlı iddiaçı tələbini bu hissədə onunla əsaslandırır ki, ilkin iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında onun obyektdə fəaliyyəti qəflətən dayandırılmış və nəticədə o müştərilərdən aldığı sifarişləri yerinə yetirə bilməmiş və müqavilə itkisinə məruz qalmışdır. Nəticə olaraq da, digər şəxslərlə müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə onun işgüzar nüfuzuna ziyan vurulmuşdur. Məhkəmə, qarşılıqlı iddiaçının işgüzar nüfuza vurulan ziyan tələbin ilə bağlı qeyd edir ki, işin hallarından, tərəflərin izahatlarından müəyyən edildiyi kimi, tərəflərin işgüzar münasibətlərinin pozulmasına səbəb obyektin icbari sığorta edilməməsi olmuşdur. Qeyri-yaşayış sahəsində həyata keçirilən fəaliyyətlə bağlı artırılmış icbari sığorta məbləğini ilkin iddiaçı cavabdehdən ödəməyi tələb etmiş, cavabdeh isə bununla razılaşmamışdır. Tərəflər arasında müqavilə münasibətlərinin pozulması səbəbinə qiymət verərkən məhkəmə bildirir ki, bu münasibətlərin pozulmasında ilkin iddiaçının təqsirli hərəkətləri müəyyən edilmir. Qeyri-yaşayış sahəsində həyata keçirilən fəaliyyətlə bağlı artırılmış icbari sığorta məbləğini ilkin iddiaçı cavabdehdən ödəməyi tələb etmiş, cavabdeh isə bununla razılaşmamışdır. Düzdür, ilkin iddia tələbi icbari sığorta pulunun tələbi ilə bağlı yuxarıda qeyd edilən səbəblərə görə əsassız hesab edilmişdir. Lakin, bununla belə qeyd edilməmlidir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, eləcə də formalaşmış işgüzar münasibətlərə görə həmin dövr üçün ilkin iddiaçının cavabdehdən icbari sığorta haqqını ödəməyi tələb etməsi heç də əsassız olmamışdır. Çünki, icarəyə götürənin fəaliyyəti ilə bağlı sığorta haqqını icarəyə götürən özü ödəməlidir. Deməli, ilkin iddiaçının tələbi müqavilə münasibətlərindən kənara çıxmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan icarə müqaviləsi qarşılıqlı ididaçının təqsiri ucbatından pozulduğundan, ilkin iddiaçının müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etməsinə əsasları olduğundan ( ilkin iddiaçı mülkiyyətində olan əmlakın yanğından qorunmasına çalışıb) işgüzar nüfuza dəymiş hesab olunan məbləğin ilkin iddia üzrə iddiaçıdan tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən gördündüyü kimi, baxış zamanı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Cavabdeh icarəyə verilən 2007.7 kv.m sahənin 71,9 kv.m. otağın döşəməsinə DVP vurulmuş, divarları ağardılmışdır. Tədqiq olunan qeyriyaşayış sahəsində görülmüş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2136 manat məbləğində müəyyən olunmuşdur (Qərardadın üçüncü sualı üzrə) Lakin bununla belə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə ekspertizası təyin olunması zamanı ekspert qarşısında “ünvan 2 ünvanında yerləşən köhnə tikilidə elektrik xələrinin, yüksək təzyiqli havavurma sisteminin, döşəmə örtüyünün və divarların yaxşılaşdırılması məqsədilə Cavabdeh tərəfindən nə qədər vəsait xərclənmişdir?” sualının qoyulmasını təklif etsə də, lakin öz iddia tələbində həmin məbləğin tutulmasını xahiş etməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbində işçilərə ödənilməli olan altı min yeddi yüz səksən manat əmək haqqının tutulmasını xahiş etsə də lakin qarşılıqlı iddia üzrə iddiaçının müvafiq əmək müqavilələri əsasında işə götürdüyü şəxslərə əmək haqqının ödənilməsi öhdəliyinin ilkin iddia üzrə iddiaçının üzərinə qoyulması yuxarıda qeyd edilən səbəblərə görə (ilkin ididaçının təqsirli hərəkəti müəyyən edilmədiyinə görə) qanuni və əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbininin depozit məbləğinin qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı 3500 manat depozit məbləğinin ona geri qaytarılmasını xahiş etsə də, tələb bu hissədə əsaslı deyildir. Çünki, icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən, tərəflər razılaşır ki, müqavilə şərtlərinin lazımi qaydada yerinə yetirilməsinin təminatı kimi “icarəyə götürən" “icarəyə verənə” 3000,00 (üç min) manat depozit məbləği ödəməlidir. Müqavilənin hər hansı bəndi “icarəyə götürən" tərəfindən pozulduğu halda “İcarəyə verən" həmin məbləği təzminat kimi götürmək hüququna malikdir. Göründüyü kimi icarə müqaviləsində həmin müqavilə tələblərinin pozulduğu halda icarəyə verənin depozit olaraq ödənilmiş məbləği təzminat kimi götürməsi şərti öz əksini tapmışdır. Hazırki işdə isə icarə müqaviləsi şərtlərinə icarəyə götürən tərəfindən əməl edilməməsi halı müəyyən olunur (İcarə müqaviləsinin 2.4-cü bəndi). Yəni, qarşılıqlı iddiaçı icarə obyektində mülkiyyətçiyə məlumat vermədən özbaşına tikinti işləri aparmaqla və obyektə yuxarıda qeyd edilən həcmdə ziyan vurmaqla depozit məbləğinin geri tələb edilməsi hüququnu itirmişdir. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndini rəhbər tutaraq hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Hazırki işdə ilkin iddia tələbi qismən təmin edilməli olduğundan ilkin iddia tələbinin verilməsi üçün ödənilmiş 142 manat dövlət rüsumunun 65.2 manat hissəsi Cavabdeh alınaraq ilkin İddiaçına ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh tutularaq AR Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia tələbində vəkil xidmətləri üçün çəkilmiş xərcin cavabdehdən tutularaq ilkin iddiaçıya ödənilməsi tələb olunsa da, lakin həmin xərclərlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən və AR MPM-nin müvafiq madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh icarə obyektində bərpa işlərinin aparılması üçün 4520 manat məbləğində pul vəsaiti tutularaq ilkin İddiaçıə ödənilsin. İcarə müqaviləsinə əlavə edilmiş 1 saylı Qoşmaya əsasən verilmiş 10 ədəd dəmir şkaf, 13 ədəd dəmir dəzgah və alət masası, 2 ədəd böyük hava pərisi Cavabdeh alınaraq ilkin İddiaçıə geri qaytarılsın. İlkin iddia tələbinin verilməsi üçün ödənilmiş 142 manat dövlət rüsumunun 65.2 manat hissəsi Cavabdeh alınaraq ilkin İddiaçıə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçıə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh tutularaq AR Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-422/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-422/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver