Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4222/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, X2, E. Məhərrəmli küçəsi 2 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil vəsatətlə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəsatəti onunla əsaslandırmışdır ki, hazırkı mübahisələndirilən fərdi yaşayış evi ilə bağlı onun tərəfindən sorğu verilmiş və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş cavaba əsasən mübahisəli ev Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, F.B.Köçərli küçəsində yerləşir. Buna görə də həmin mülki işin Sabunçu rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdim olunan vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinə dair məlumatlardan müəyyən olunur ki, Məmmədov X1 rayonu, 2-ci Bayan kəndində rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 39.1.-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, həmin mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-4222/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4222/2022
14.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver