Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4243/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 3799.74 (üç min yeddi yüz doxsan doqquz manat yetmiş dörd qəpik) manat, hesablanmış cəriməyə görə 189.98 (bir yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat olmaqla, ümumilikdə 3989.72 (üç min doqquz yüz səksən doqquz manat yetmiş iki qəpik) manat pulun, məhkəməyə rüsum üçün ödənilmiş 59.90 (əlli doqquz manat doxsan qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. “İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 485 saylı “xampambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 5812 (beş min səkkiz yüz on iki) manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Həmin Müqavilənin 2.1.10-cu bəndinin şərtlərinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı sonuncuya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda Satıcı həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək Cəmiyyətə tam formada xam pambıq təhvil verilməmiş (ümumilikdə cavabdeh 2539.611 kq olmaqla, 2012.20 manat dəyərində xam pambıq təhvil vermişdir) bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Belə olan halda, cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə münasibətdə iddiaçıya 3799.74 (üç min yeddi yüz doxsan doqquz manat yetmiş dörd qəpik) manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir.Eyni zamanda Müqavilənin müvafiq bəndlərinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığa münasibətdə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 189.98 (bir yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat təşkil edir.
Tərəflərin izahatları
3. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasıın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi.
İş materialları
5. İddiaçı MMC (Alıcı) və Cavabdeh (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 485 nömrəli “Xam-pambığın alqı-satqısına dair” Müqavilədən görünür ki, Satıcı mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2 ha torpaq sahəsində pambıq əkib və istehsal olunmuş xam pambıq həcminin bütünlüklə təhvil verib “Alıcıya” satmağı, “Alıcı” isə “Satıcı”nın istehsal etdiyi xam pambığı qəbul etməyi və ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə qalan hissəni “Satıcıya” ödəməyi öhdəsinə götürür.
6. İddiaçı MMC (Alıcı) və Cavabdeh (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 485 nömrəli “Xam-pambığın alqı-satqısına dair” Müqaviləsinə 1 nömrəli Əlavə olan xx.xx.2022-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, İddiaçı MMC (Alıcı) və Cavabdeh (Satıcı) Aqrotexniki xidmətlərin adı, texnikanın modeli və hər hektar üçün xidmətin dəyəri (manatla) razılaşdırmışdırlar.
7. xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı”ndan görünür ki, İddiaçı MMC (Alıcı) və Cavabdeh (Satıcı) arasında bağlanmış müqavilənin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və qeyd olunan nəticə təsdiq edilmişdir : Fermer Cavabdeh xx.xx.2023-cü il tarixə olan borcu 2523 manat təşkil edir.
8. İddiaçı MMC-nin təqdim etdiyi hesabat cədvəlindən görünür ki, Cavabdeh qalıq borcu 3799.74 manat təşkil edir.
9. İş materiallarında olan “xam pambığın qəbulu” qəbzlərdindən və aktlardan müəyyən edilir ki, müyyən dövrlər ərzində istehsal edilmiş məhsul satıcı tərəfindən alıcıya təhvil verilmişdir.
10. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 3799.74 manat əsas borcu və 189.98 manat cərimə borcu olmaqla cəmi 3989.72 mana borcu vardır.
11. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
12. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 485 nömrəli “Xampambığın alqı-satqısına dair” müqavilə imzalanmışdır. Hazırki iddia tələbində iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini bildirirək ondan iddia tələbində qeyd olunan pul vəsaitinin tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
15. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, cavabdehin adına aktiv VÖEN yoxdur və müqavil münasibətləri yaranan zaman da olmamışdır.
16. Belə ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. İddiaçı MMC (Alıcı) və Cavabdeh (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 485 nömrəli “Xampambığın alqı-satqısına dair” Müqavilədən görünür ki, Satıcı mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2 ha torpaq sahəsində pambıq əkib və istehsal olunmuş xam pambıq həcminin bütünlüklə təhvil verib “Alıcıya” satmağı, “Alıcı” isə “Satıcı”nın istehsal etdiyi xam pambığı qəbul etməyi və ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə qalan hissəni “Satıcıya” ödəməyi öhdəsinə götürür.
17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə ona təqdim edilməsi nəzərdə tutulan məhsulun və eyni zamanda görülməli olan işlərin dəyərini əvvəlcədən avans olaraq cavabdehə vermiş, avans məbləği çıxıldıqdan sonra isə qalan məhsulu müəyyən edilmiş dəyərə uyğun cavabdehdən satın alması nəzərdə tutulmuşdur. Cavabdeh isə müqavilə üzrə öhdəliyini qismən icra etmişdir. Belə ki, iş materiallarından cavabdehin iddiaçıya məhsul satışı ilə bağlı öhdəliyini qismən icra etməsi müəyyən edilir. Lakin iddiaçı tərəfindən tərtib edilmiş hesabat cədvəli və maliyyə arayışından görünür ki, cavabdehin iddiaçı qarşısında 3799.74 manat dəyəri ödənilməmiş öhdəliyi qalmış və eyni zamanda tərəflər arasında bağlanan müqavilədə satıcının öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi təqdirdə cərimə ödənilməsi barədə razılıq mövcuddur və həmin bəndə uyğun olaraq hazırda iddiaçı eyni zamanda cavabdehdən 189.98 manat tələb edir. Cavabdeh öz izahatında qeyd olunan xüsuslarla razılaşaraq iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə hazırki vəziyyətdə tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 59.90 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3799.74 manat əsas borc və 189.98 manat cərimə borcu olmaqla cəmi 3989.72 manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli və iş üzrə ödənilmiş 59.90 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 3799.74 manat əsas borc və 189.98 manat cərimə borcu olmaqla cəmi 3989.72 manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 59.90 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.