Məhkəmə qərarları › İş №e-2(010)-425/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-425/2025

04.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-425/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması tələbinə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında (Yeni qaydalarla: AZ 1133, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, giriş 111, M9, mənzil 2) yerləşən 54 nömrəli mənzildən onun ½ hissədə, cavabdehin ½ hissədə paylarının naturada ayrılaraq bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin paylara uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdirlər.Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, tərəflər lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Lakin, hazırkı iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş, eləcə də iştiraklarının üzrlü səbəblərdən mümkün olmadığı barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Həmin məcəllənin 185.3-cü maddəsinə əsasən,əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Nəzərə alınmalıdır ki, işə baxılmasının təxirə salınmasından ibarət prosessual hüquq norması əvvəlcədən nəzərədə tutula bilməyən müstəsna halların mövcudluğu zamanı tətbiq edilir. Həmçinin, həmin məcəllənin 185.4-cü maddəsinə əsasən,tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Həmçinin, iddia ərizəsinin baxılmamış saxlanılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçının nümayəndəsinə (vəkilinə) geri qaytarılmalıdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş yazılı mütəxəssis rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi və iş üzrə qiymətləndirmə hesabatının tərtib edilməsi üçün 250 manat məbləğində xərc çəkilmişdir. Habelə, iş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Şübhəsiz, həm qiymətləndirmə fəaliyyətinin, həm də ekspert tədqiqatının aparılması ilə bağlı çəkilmiş xərclər mülki mühakimə icraatı haqqında qanunvericiliklə mütəxəssisə və ekspertə verilməli olan məbləğ anlayışı ilə əhatə olunmasa da, işə baxılması ilə əlaqədar məhkəmə tərəfindən zəruri hesab edilən digər məsrəflər kimi məhkəmə xərclərinə aid edilir. Həmçinin, mülki işin yekun məhkəmə aktı qəbul edilmədən yekunlaşdığı halda məhkəmə xərci qismində həm qiymətləndirmə fəaliyyətinin, həm də ekspert tədqiqatının aparılması ilə bağlı çəkilmiş xərclərin konkret olaraq hansı tərəfdən tutulmasına dair vahid normanın olmaması səbəbindən məhkəmə hesab edir ki, qanunun analogiyası əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin normanın məcburi göstərişlərinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Belə olan halda, iş üzrə qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün çəkilmiş 250 manat məbləğində xərcin 125 manat hissəsi, iş üzrə ekspert tədqiqatının aparılması üçün çəkilmiş 50 manat məbləğində ekspertiza xərcinin 25 manat hissəsi iddiaçıdan, qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün çəkilmiş xərcin 125 manat hissəsi, ekspert tədqiqatının aparılması üçün çəkilmiş xərcin 25 manat hissəsi isə cavabdehdən tutularaq müvafiq hesablara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5.Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il Qərarı. 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil qaytarılsın. İddiaçı 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddiaçı qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi və qiymətləndirmə hesabatının tərtib edilməsi üçün çəkilmiş xərcin 125 (yüz iyirmi beş) manat məbləğində hissəsi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə (VÖEN: **********, Hesablaşma hesabı: AZ63İBAZ********************) ödənilsin. Cavabdeh qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi və qiymətləndirmə hesabatının tərtib edilməsi üçün çəkilmiş xərcin 125 (yüz iyirmi beş) manat məbləğində hissəsi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə (VÖEN: **********, Hesablaşma hesabı: AZ63İBAZ********************) ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar