Məhkəmə qərarları › İş №e-2(010)-4306/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4306/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4306/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən yaşadığı evdə təbii qazdan istifadəyə görə yaranmış 1845.1 manat məbləğində borcun və ödənilmiş 38.86 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı İB (qaz paylayıcı) və Cavabdeh (istehlakçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin “xüsusi müddətlər və mübahisələrin həlli qaydası” adlanan 5-ci bölməsinin 2-ci bəndində qeyd edilmişdir ki: “Bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər”. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə bu müqavilədən qaynaqlanan mübahisələrin əvvəlcə “qarşılıqlı anlaşma” yolu ilə həll edilməsi, əgər bu yolla mübahisə həll olunmazsa, bundan sonra məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iddia ərizəsinə tərəflər arasında mübahisənin müqavilədə nəzərdə tutulmuş məhkəmədənkənar həlli qaydasına riayət edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. İş materiallarrında İddiaçı İB tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu əlavə edilsə də, bu xəbərdarlığın həqiqətən cavabdehə göndərildiyini təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilmədiyindən məhkəmə, bu sənədi mübahisənin məhkəməyə qədər həlli qaydalarına riayət edilməsi kimi qiymətləndirmir. Belə olan halda mübahisənin məhkəmədənkənar qaydada həlli imkanının hələ itirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar